Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Əyri otur, düz danış!

Sözün düzü zarafatla

Sərnişinlər təyyarəyə əyləşəndən sonra pilot otağından məlumat verilir ki, bu ilk milli təyyarədir və onu paytaxt universiteti layihələndirib. Hamı yerindən qalxır ki, tez salondan çıxsın. Bir nəfər halını pozmadan deyir: “Narahat olmayın, qorxmağa səbəb görmürəm.” Bu adamdan kim olduğu soruşulur. Cavab verir: “Mən universitetin professoruyam. Əgər bu təyyarə bizim universitetimizdə layihələndirilibsə, havaya qalxmayacaq. Demək, qorxmağa əsas yoxdur!”

***
Məşhur xəstəxanalardan birində ağır vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulmuş otaqda hər gün düz saat 11-də xəstə dünyasını dəyişirdi. Bütün tibbi personel, müdiriyyət şoka düşmüşdü. Nəhayət, qərara gəldilər ki, həmin otaqda kamera qurub bu sirri açsınlar. Kamera quruldu, monitoru izləmək üçün işçi ayrıldı. O nə gördü? Düz saat 11-də otağı təmizləməyə gələn xidmətçi süni nəfəs qurğusunu şəbəkədən ayırır və öz tozsoranını şəbəkəyə qoşub işə başlayır. O işini qurtarana qədər oksigensiz qalmış xəstə dünyasını dəyişir!!

***
Həyat yoldaşına qayğı müsabiqəsində qalib gəlmiş xanımları mükafatlandırmaq üçün mərasim qurulur. Mərasimdə xanımlara təklif edilir ki, salonda olmayan ərlərinə belə bir ismarıc göndərsinlər: “Əzizim, sən mənim həyatımsan.” Münsiflər heyəti hər xanımın ismarıcına gələn cavabı iştirakçılar üçün oxuyur:
...Bağışlayın, mənim arvadımın telofonu əlinizə necə düşüb?
...Yenə də maşını hansı divara vurmusan?
...Anlamadım, nəsə baş verib?
...Bu dəfə bağılamayacağam, de görüm nə zibil iş görmüsən?
...Yaxşı, uzatma, nə qədər pul lazımındır?
...Deyəsən yuxu görürəm.
...De görüm bu ismarıcı kimə göndərmək istəmisən ki, səhvən mənə gəlib? Öldürəcəyəm!

***
Müəllimin sualları və şagirdin onu mat qoyan cavabları:

-Napoleon hansı müharibədə ölüb?
-Son müharibəsində!

-Amerikanın istiqlal bəyannaməsi harada imzalanıb?
-Səhifənin sonunda!

-Yumurtanı betona necə vura bilərsən ki, çatlamasın?
-Yumurtanı necə vurasan beton çatlamayacaq!

-Boşanmaların səbəbi nədir?
-İzdivaclar, evlənmələr!

-Tələbələrin universiteti tərk etməsinin əsas səbəbi nədir?
-İmtahanlar!

-Sübh vaxtı hansı yeməkləri yemək mümkün deyil?
-Günorta və şam yeməyini!

-Para almaya ən çox bənzəyən nədir?
-O biri para!

-Qırmızı daşı mavi suya atsaq nə baş verər?
-Daş islanar!

-Bir adam səkkiz gün necə yatmaya bilər?
-Gecələr yatsa!

-Fili bir əllə necə qaldırmaq olar?
-Şəkildə onu bir barmaqla qaldırmaq olar!

-Bir əldə iki qarpız tutmaq olar?
-Əliniz çox böyük olsa!

-On ustanın on saata qaldırdığı divarı beş usta neçə saata qaldıra bilər?
-Heç vaxt, çünki divar artıq qaldırılıb!

***
Rahibə sinifdə əlində qızıl sikkə tutub deyir:
-Kim dünyanın ən böyük insanının adını desə bu sikkəni alacaq.
İtaliyalı şagird deyir:
-Siz Leanardo do Vinçini nəzərdə tutursunuz?
-Yox, o sənətkardır, ən böyük insan deyil.
Yunan şagird deyir:
-O Ərəstindur?
-Yox, Ərəstun filosofdur, ən böyük insan deyil
Nəhayət, yəhudi şagird ayağa qalxır və deyir ki, həmin şəxs İsa Məsihdir. Rahibə sikkəni ona verir və soruşur:
-Doğrudanmı, İsa Məsihi ən böyük insan sayırsan?
Şagird cavab verir:
-Hamı bilir ki, ən böyük insan Həzrət Musadır. Amma pul da qazanmaq lazımdır!

***

Dörd qardaş təhsil ardınca getdi və biri mühəndis, biri rejissor, biri biznesmen, biri keşiş kimi geri döndü. Onlar qoca analarını sevindirmək istəyirdilər. Mühəndis oğul dedi:
-Mən anama böyük bir imarət tikmişəm.
Rejissor dedi:
-Mən anam üçün böyük teatr salonu işə salmışam.
Biznesmen dedi:
-Mən anama ən sürətli mersedesi almışam.
Keşiş dedi:
-Anamızın dua oxumaqdan xoşu gəlir, indi isə gözləri tutulub. Mən neçə illərdir bir tutuquşuya dualar öyrətmişəm. Anam onu dinləyib ləzzət ala bilər.
Oğlanlar analarına hədiyyələri təqdim edəndə ana təşəkkürünü bildirib deyir:
-Mənim üçün tikdiyiniz imarət çox böyükdür, mənə bir otaq lazımdır. Gözüm görmür, teatr salonunda qabaq sırada bir yer mənim üçün çoxdur. Mən çox qocalmışam, sürətli maşında səfərə çıxmaq gücüm yoxdur, həyətdə gəzmək bəs edər. Amma tutuquşuna görə sağ olun. Qulaqlarım eşitməsə də o çox məzəli danışır!

***
Yol polisi arvadı ilə səfərə çıxmış kişiyə maşını saxlamaq işarəsi verir.
-Siz sürət həddini aşmısınız.
Kişi:
-Sizin radarın təmirə ehtiyacı var, mən sürəti qaldırmamışam, maşının kruz nəzarət sistemi var.
Qadın corab toxuya-toxuya:
-Əzizim, bizim maşında kruz sistemi yoxdur.
Kişi qadına acıqlanır ki, sən mumla!
Qadın gülə-gülə:
-Yaxşı ki, radartapan qurğunu işi salmışdın, yoxsa sürət həddini daha çox keçərdin.
Ər yenə qadını acılayır.
Polis qeyri-qanuni radartapan qurğuya görə ikinci cəriməni yazanda qadın dillənir:
-Qalan yolu hökmən mühafizə kəmərini tax.
Polis sürücünün kəmər taxmadığını görüb üçüncü cəriməni yazır.
Kişi arvada ağzına gələni deyir. Polis qadına müraciətlə:
-Əriniz sizinlə həmişə kobud rəftar edir?
Xanım nazlana-nazlana:
-Yox, yox, əsla! O yalnız spirtli içki içəndə belədir.
Polis dərhal əmr edir ki, kişi sükan arxasından düşsün!..

***
Şagirdlər müəllimdən soruşur:
-Müəllim, məntiq nədir?
Müəllim deyir:
-Sizə bir misal çəkirəm ki, hər şey aydın olsun. Biri çirkin, o biri təmiz iki kişiyə hamama getmək əmr olunur. Onlardan hansı hamama gedər?
Şagirlər:
-Şübhəsiz ki, çirkin!
-Axı çirkin adam hamama adət etməyib.
Şagirdlər bir ağızdan:
-Təmiz kişi hamama gedər.
-Axı çirkin kişinin hamama ehtiyacı var.
-Hər ikisi gedər.
-Baxın, çirkin adət etməyib, təmizin də ehtiyacı yoxdur.
-Heç biri getməz!
-Axı biri çirklidir, o biri də hamam adət edib...
Şagirdlər etiraz edir:
-Biz nə deyiriksə, siz qəbul etmirsiniz. Nə cavab verək?
Müəllim:
-B