Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Vəhhabizm, “Manqurt” və analara müraciət

Bəli, söhbət Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında çəkilmiş “Manqurt” bədii filmindən, valideynləri, əzizləri və bütün keçmişi haqda yaddaşını, duyğularını itirmiş zombidən bəhs edən fəlsəfi, faciəvi hekayədən gedir.
Döyüşdə düşmənə əsir düşən gəncin saçı qırxılır, keçəl başına dəvə dərisi keçirilir, günlərlə susuz səhrada qızmar günəş altında qalır, istidən beyni bişərək yaddaşını tamamilə itirir. Özündən gedəndən sonra isə “ağa”sı onu ayıldır və yeni adını öyrədir: manqurt.
Elə bu ərəfədə anası oğlunun ölmədiyini, əsir düşdüyünü öyrənib onu axtarmağa gedir. Yolda rastlaşdığı bir qoca deyir: “Əgər oğlunu manqurt etmişlərsə, sağ qalmasının heç bir mənası yoxdur”. Təbii ki, ana bununla razılaşmır: “Nə olursa-olsun, təki oğlum yaşasın!”
Ana oğlunu tapır, amma nə qədər çalışırsa, ona heç nəyi xatırlada bilmir: nə adını, nə ata-anasını, nə də vətənini. Və manqurt oğul ağasının əmri ilə öz anasını qətlə yetirir.
“Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir... Bu dünyada nə əcaib iş desən, olar! İndi kim bilsin ki, bunların hansı düzdür, hansı yalan?!”
Günümüzə, daha doğrusu, İslam dünyasının real durumuna nə qədər uyğundur “Manqurt”. Bu gün manqurtlaşdırılaraq dünyanın dörd tərəfinə səpələnmiş vəhhabiləri və ümumiyyətlə vəhhabizmi tam dərk etmək üçün bu filmə baxmaq çox vacibdir.
Qədim Orta Asiyada beyinləri yumaq üçün günəş altında istidən büzüşən dəvə dərisindən istifadə edirdilər, bu gün isə özlərindən uydurdıqları “din”, “məzhəb” nəzəriyyələri ilə qardaşı qardaşa düşmən edirlər, övladlar “kafir” valideynlərini “cəhənnəm”ə vasil etmək üçün fürsət gözləyirlər.
Fiziki təhlük