Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

İnsan və izdivac

İzdivac, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və cansızlarda təkvini qanunlar, qərizələrin düzgün yönəldilməsi ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqlarında göstərilən qayda-qanunlar əsasında həyata keçirməlidirlər.
Bu həqiqətin ilk mayası qərizə, meyl, dostluq, eşq və mehribanlıq şəklində, Allah-təalanın iradəsi ilə bərpa edilmişdir.
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət nişanələrindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır!» («Rum» surəsi, ayə 21.)
«İnsanları sudan (nütfədən) yaradan, onları bir-birinə əsil-qohum (qan qohumu) və sonradan (izdivac vasitəsi ilə) qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!» («Fur