Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Nəfsin hiylələri müqabilində ayıq olmaq lazımdır

Allah-təalanın həzrət Musaya müraciətində üçüncü mühüm nöqtə nəfsin ittiham edilməsidir. İnsan öz nəfsini qınayıb ona arxayın olmamalıdır. Bəli, azğın nəfs bəndəlik və ilahi təkliflərin icrası yolunda, Allah və dinlə tanışlıqda insanı aldada bilər. Nəfsin təlqinləri sayəsində insan həqiqəti təhrif olunmuş şəkildə tanıyıb doğru yoldan çıxa bilər. Allah-təala azğın nəfs istəklərinin tə’siri altında doğru yoldan çıxan alimlər haqqında buyurur: “Azğın nəfsini özünə mə’bud edəni görmədinmi? Allah onu bilərəkdən azdırdı, qulağına və qəlbinə möhür vurdu, gözünə pərdə çəkdi. Allahdan savayı onu kim hidayət edəcək? Öyüd götürmürsünüz?!” (“Casiyə”, 23) İnsan nəfsini özünə mə’bud seçdikdən sonra onun qəlbinə, gözünə və qulağına pərdə çəkilir. Belə bir insan haqqı batildən seçə bilmir. Onun din haqqında anlayışları təhrif olunur. Demək, insan həqiqi dini dərk etmək üçün öncə nəfs istəklərini nəzarətə almalı, nəfsin tə’siri altına düşməməlidir. Bir çox əhvalatlarda həqiqi din alimlərinin nəfs istəklərini susdurması gözəl şəkildə bəyan olunmuşdur. Onlar dini məsələlər haqqında qərar çıxararkən nəfsin tə’sirindən qurtulmağa müvəffəq olmuşlar. Mərhum Əllamə Hilli haqqında belə nəql edirlər: Bir gün alim murdarlanmış quyunun paka çıxarılması məsələsini araşdırırmış. Müəyyənləşdirmək istəyirmiş ki, quyunun paka çıxması üçün ondan nə qədər su çəkilməlidir. Həmin vaxt alimin həyətində quyu olmuşdur. Öz quyusuna xatir asan hökmə meyl etməmək üçün mərhum Hilli həmin quyunun doldurulmasını göstəriş vermişdir. Bəli, quyu olmayan yerdə nəfs istəklərinin qorxusu yox idi!
İnsan bə’zən müəyyən mənafe və ya zərərlərə görə dinə münasibətini dəyişir, onun düşüncəsi tə’sir altına düşür. Yüksək ixlas mərtəbəsinə çatmış alimlər həqiqətin üzə çıxarılması yolunda nəfs istəklərini susdurmuş, müəyyən məhrumiyyətlər yaşamışlar. Onların əsas məqsədi din haqqında düzgün qənaətə gəlmək olmuşdur.
Deyildiyi kimi, nəfsin ittihamı və onun nəzarət altında saxlanılması təkcə dinlə tanışlıq mərhələsinə aid deyil. Dini tanıdıqdan sonra da nəfs öz işini görə bilər. İnsan çalışmalıdır ki, dini vəzifələrini yalnız Allahın razılığı üçün yerinə yetirib xoşbəxtlik və kamala çatsın. Nəfs ilahi vəzifələrə əməl məqamında insana çox xəyanət edir. O insanı riyakarlığa, şöhrətpərəstliyə, məqampərəstliyə sürükləməklə onun ixlasını əlindən alır. Əlbəttə belə bir görüntü yaradır ki, bütün işlər Allaha xatir görülüb. Bə’ziləri əməldəki riyakarlığı görməyə də bilər. Amma nəfsini tərbiyə edənlər əməlin Allah xatirinə olub olmadığını yaxşı anlayır. Hər hansı sahədə bilik qazanan insan özünü təmənnasız göstərsə də, nəfs istəklərinin tə’siri altında ola bilər. Bə’ziləri zahirdə Allahın razılığı üçün çalışdığını nümayişə qoyur, amma daxildə ad-san və məqam üçün tər tökür.
İnsan özünü aldatmamalıdır. İnsan atdığı addımların və fəaliyyətlərinin, hətta dini xidmətlərinin Allaha xatir olub