Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Ərdəbilin cümə namazı – 18 aprel (29 fərvərdin)

Birinci xütbə

اعوذبالله من الشیطان الرجیم

بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. 

Təqvasız əməllər

Təqva insan vücudunda ruhani bir gücdür. O insanı dünya şirinlikləri, günah ləzzəti, haram işlərdən qoruyur. Dünya şirinlikləri ilə rastlaşanda, dünya insana göz vuranda, başqalarının namusuna, haqlarına təcavüz şəraiti yarananda, milyardlarla pula qanunsuz yolla sahib olmaq mümkün olanda insandakı təqva qüvvəsi baş qaldırır, xəyanətlərin qarşısını alır. Bəli, bu ruhani güc təqvadır. Əgər təqva olmasa, insanın gördüyü işlər faydasız, Quran təbirincə "əbtər"dir. Allah-Təala buyurur ki, xoşaqibət təqva sahiblərinə məxsusdur. Bir insan ailə qurmaq istəsə, cəmiyyətə böyük insanlar təqdim etmək qərarında olsa, ailəsini təqva üzərində qurmalıdır. Əgər ailənin ehtiyaclarını təmin etmək istəyirsə, təqvanı gözləməlidir. Belə olmasa, haram mala əl uzadacaq, onun evində və nəslində bərəkət olmayacaq. Uğurlu müdiriyyətə çatmaq üçün bu müdiriyyətdə ismət, paklıq şərti gözlənilməlidir. Bunun yolu təqvadır. Rəvayətdə deyilir ki, Allah öz bəndəsinin niyyətini xeyir görsə, onun əməllərini pak edər, xətadan qoruyar. (Biharul-ənvar).

Müamilədə, alış-verişdə sədaqət

Bir ərəb Qüreyş qəbiləsində olan qadına bir kisə buğda satmışdı. Qadın buğdanı alıb aparandan sonra gördü ki, kisədəki buğda istifadəyə yararlı deyil, xarab olub. Qadın və qardaşı əsəbi halda ərəbin yanına gəldilər, dava-dalaş yarandı. Həzrət Peyğəmbərin (s) səhabələrindən biri onları Peyğəmbərin yanına apardı. Peyğəmbər (s) ərəbdən buğdanın xarab olduğunu bilib-bilmədiyini soruşdu. Ərəb cavab verdi ki, buğdanın xarab olduğunu bilirdim, amma pula ehtiyacım vardı. Həzrət buyurdu: "Buğdadan əlinə gələn pulda bərəkət gördünmü?" Ərəb həmin pulun bərəkətsiz olduğunu dedi. Dedi ki, səhəri gün övladım xəstələndi, aldığım pulun çoxunu dava-dərmana xərclədim. Söhbət bu yerə çatanda həzrət Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurdu: "Əgər satıcı və alıcının alış-verişdə sədaqəti olsa, Allah-Təala onların hər ikisinə bərəkət əta edər. Amma yalan danışsalar, malın eybini gizləsələr, Allah-Təala bərəkəti aradan götürər."

Bərəkət Allahın əlindədir

Bərəkət var-dövlətdə, alış-verişin çoxluğunda deyil. Bərəkət Allahın əlindədir. Səbəb salan Allahdır. Bazar əhli, səhər ailənin ehtiyaclarını ödəmək üçün evdən çıxanlar dua üçün əllərini qaldırıb desinlər ki, Pərvərdigara, öz bərəkətinlə mənim var-dövlətimi artır. 
Yalanda, rüşvətdə, xəyanətdə, saxtakarlıqda, hiylədə bərəkət üçün səbəb, təsir yoxdur. Bəziləri yalan danışıb fərasət göstərdiklərini düşünürlər. Anlamırlar ki, bu işin acı sonluğu onları gözləyir və ən böyük fərasət sədaqət, düzlükdür.

Təqva cəmiyyətin gözəllik səbəbidir

Cəmiyyətdə təqva ruhu olmasa, onun siması çirkinləşər. Dövrü, cəmiyyəti çirkin edən təqvasız insanlardır. Əslində dövr, zaman çirkin olmur. Allah heç nəyi çirkin yaratmayıb. İmam Rizadan nəql olunan bir şeirdə deyilir ki, dövrana irad tuturuq, hansı ki, eyib özümüzdədir. Əbdülmütəllibə məxsus olan şeirdə deyilir ki, Allah zamana dil versəydi, zaman bizim eyblərimizdən danışardı. Canavar yırtıcı olsa da, başqa canavarın ətini yemir. Biz insanlar bir-birimizin ətini yeyirik. Bir-birimizi aldatmaq üçün mələk libası geyinirik. Vay xəbərsiz müsafirin halına. Baxanda görür ki, bir mələk nəsə satır. Xəbəri yoxdur ki, bu libasın arxasında bir vəhşi dayanıb. 

Namazda Allah hüzurunun dərki

Namazın mahiyyəti bundan ibarətdir ki, insan özünü Allahın hüzurunda görsün. Namazın ruhu budur. Namazda bu ruh yoxsa, insan fayda görməz. Taha, 14: "Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!" Rəvayətdə deyilir ki, bəzən namazın bir səcdəsi, bir rükusu, bir qiyamı qəbul olur. Çünki insan yalnız həmin hissədə özünü Allahın qarşısında görüb. Bəzən insan namazda o qədər tələsir ki, sanki onu nə yolla olur olsun, sahibinə qaytarmaq istəyir. Bundan da pisi odur ki, bəziləri namaza dayananda zülm və xəyanətə yol verdiyindən Allah ona lənət göndərir. 
Pərvərdigara! Mənim ruhumu öz ərşinin nuru qarşısında qərar ver! Namazın mahiyyəti bundan ibarətdir. Namaza dayanan insan özünü müqəddəs zatla müqayisə edəndə təkamül hərəkətinə başlamış olur. Bu səfər ilahi ərşdə səfərdir. Bütün varlıq aləmi Allahın ərşidir. Bu ərşin sonunda insan anlayır ki, mərifət yolu özünü mərifətdə aciz görməkdir.

Zərrə sonsuzluq, ilahi kəramət qarşısında 

İnsan namazda iki mehvərdə seyrə çıxır. Allah öz kainatında təcəlla etdiyindən ilk səfər kainatdadır. İnsan namazda özünü Allahın qarşısında görmək istəyir. İkinci seyr-səfər Allahın ad və sifətlərinə aiddir. Bu ad və sifətlər də kainatda təcəlla edib. İnsan namazda özünü Allahın hüzurunda görəndə, müqayisə aparanda səfərə başlamış olur və bir zaman anlayır ki, dayanmalıdır, irəliyə getmək mümkün deyil. Çünki iki tərəf arasında heç bir bənzərlik yoxdur. Zərrə sonsuzluq qarşısında necə dayana bilər?! İnsan bu zaman anlayır ki, İmam Səccad nə üçün belə deyib: "Pərvərdigara! Sənin qarşında dayanmağım özü bir xəyanətdir. (Yəni qarşında dayanmağa layiq deyiləm) Əgər ibadəti vacib buyurmasaydın, mən zərrə Sənin qarşında dayanmazdım..." Allah-Təalanın zərrələrə onun qarşısında dayanmaq icazəsi verməsi böyük kəramətdir. İnsan öz səviyyəsinə uyğun hərəkətə başlamalıdır. Tədricən Allahın camal və cəlalında qərq olur. Zərrə sonsuzluğa səfərə çıxa bilərmi?! Camal və cəlal sonsuzluğunu əhatə etmək mümkündürmü?! Bu məqamda həzrət Peyğəmbər buyurur: "Pərvərdigara! Biz Sənə həmd-sənaya qadir deyilik." Sonsuza həmd-səna demək istəyən zərrə ola bilməz. Sonsuz yalnız özü özünə həmd-səna deyə bilər. Pərvərdigara! Sən özün səna deyə bilərsən. Buna görə də kəlam elmində deyilir ki, Allahın adları bir tövfiqdir və kimsə özündən bir ad deyə bilməz.

İlahi əzəmət qarşısında kiçiklik

Allaha doğru seyr-səfərdə mühüm olan budur ki, insan özünü kiçik görsün. İnsan tərbiyəsində bu çox böyük sərmayədir. İnsan özünü kiçik görəndə nəfsini paklaşdıra bilir. Həzrət Peyğəmbər və onun Əhli-beyti böyük əzəmətə sahib ikən özlərini kiçik görürdülər. İmam Səccad deyir: "Pərvərdigara! Mən Sənin qarşında bütün kiçiklərdən kiçik, bütün zəlillərdən zəliləm. Bir zərrə, zərrədən də aşağıyam." Allah özü bilir ki, bu sözlərdə nə məna var. İnsanın "mən" deməsində nöqtələr var. Hafizin şeirlərində də "mən"in tərifini görmək olur. Şair deyir ki, mənə özümdən xəbər ver. Özünə səfərə çıx deyilir. 
"Mən"in tərifini İmam Səccaddan soruşmaq lazımdır. Həzrət kiçiklərin kiçiyi, zəlillərin zəlili deyir. Yenə də buyurur ki, bu adla Allah hüzurunda mən üçün çoxdur. Həzrət özünün zərrəyə oxşadır. Bu sözlər təkəbbürlü və lovğa adamlar üçün bir xəbərdarlıqdır. Çoxları "mənəm-mənəm" deməklə özünü gözə soxur, qəlb sındırır. İnsanın mərifəti olsa, özünü zərrə kimi kiçik görər. Düşünər ki, onun kimi min zərrə tərəzinin gözünü tərpədə bilməz. Həzrət bu təbiri də çox görüb buyurur ki, zərrədən də kiçik! Bundan tutarlı nə demək olar! Həzrət Peyğəmbər (s) bu yöndə daha irəli gedir. Allah onu ərş aləminə aparır. Nəcm, 8, 9: "Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi; (Onların arasındakı məsafə) İki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu." Biz bunu dərk edə bilmərik. Peyğəmbər (s) haraya aparıldı? Zərr aləminə, yoxsa başqa bir zamana? Rəvayətdə deyilir ki, Peyğəmbər (s) sonsuz əzəməti görə biləcək bir yerə aparıldı. Allah onu apardı ki, bu əzəməti yaxından müşahidə etsin. Maraqlı bir söz deyiblər. Peyğəmbər həmin məqama çatanda bir özünə baxdı, bir Allahın əzəmətinə. Tər axıtdı. Bu tər Allahın əzəməti qarşısında kiçiklik hissindən yaranan tər idi. İnsanın ilahi əzəmət qarşısında əriməsi çox dəyərlidir. Peyğəmbər çox tər axıdırdı və Allah bunu dəyərləndirirdi. Bunun əvəzini verməyə dəyərdi. Amma necə? Allah həmin tər damcılarından başqa peyğəmbərləri yaratdı. Hər damladan bir peyğəmbər yarandı. Bu səbəbdən peyğəmbərlər bütün insanlardan daha çox Allahın əzəməti qarşısında təvazö göstərib, kiçiliblər.

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm.

Asayiş yolu təqvadır

Təqva insanın özünü Allahın iradəsinə tapşırmasıdır. Bu halda insanda qorxu və iztirab olmur. O tam təhlükəsizlik fəzasında yaşayır. (bax: Duxan, 51; Yunis, 62). Təqvalı insan Allahın vilayətinə daxil olur, bu vilayət onun üçün bir təhlükəsizlik qalasına çevrilir. Belə bir insana xoş aqibət müjdəsi verilib. Ölüm zamanı belə müjdə almaq çox xoşdur. Yunis, 64: " Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!" Gözəl ayədir. Allah təqva ilə yaşayan insana müjdə verir. Bu müjdə dünya və axirəti əhatə edir. Yəni can bədəndən çıxmamış, canvermə halında insan xoş xəbər alır. Onun istiqbalı dəyişməzdir. Buna görə Allah-Təala ayənin ardınca öz qanununun dəyişməz olduğunu bildirir. İnsanın dəyərsiz dünya malına görə özünü bu müjdədən məhrum etməsi ağılsızlıqdır. Böyük uğur bu məqamı əldə etməkdir. İmam Sadiq (ə) müjdəyə ("bəşarət") tərif verir. Həzrət (ə) buyurur ki, Allah qiyamət günü əməlləri qəbul etməz. Əməllərin qəbulu üçün Peyğəmbər, İmamət, vilayətə etiqad şərtdir. Bu iman olmasa, heç bir əməl məqbul deyil. İmam (ə) sözünün davamında buyurur ki, sizinlə həmin məqam arasındakı fasilə canın boğaza çatması həddindədir. İmam (ə) bu sözü deyəndə əli ilə boğazına işarə edir. Yəni canvermə halında can çıxan kimi insan həmin məqamı görür. Ravi deyir ki, canvermə halında insanın nə görməsi məni maraqlandırdı. Həzrət bu barədə bir söz buyurmamışdı. Onun heybəti məni tutmuşdu. Ravi deyir: Müəlla ibn Xunəys mənim kənarımda əyləşmişdi. O əlini sıxıb dedi ki, İmamdan (ə) mömin insanın son anda nə gördüyünü soruş. Mən İmama (ə) sual verdim. Amma nə qədər sualımı təkrarlasam da, İmamın (ə) cavabı bu oldu ki, özünüz görəçəksiniz. Mən sualı onuncu dəfə təkrarlayanda ağladım və dedim: Canım Sizə fəda olsun, mən dini Sizdən öyrənmişəm. Mənə möminin son anda nə gördüyünü deyin. Həzrət (ə) buyurdu: "And olsun Allaha, can boğaza çatanda Həzrət Peyğəmbər (s) və Həzrət Əlini (ə) görəcəksiniz. Qapı açılır, Peyğəmbər (s) və Əli (ə) daxil olur. Peyğəmbər (s) möminin başı üzərində, Həzrət Əli (ə) ayağı tərəfdə dayanır. Peyğəmbər (s) canverən insana müjdə verir və buyurur ki, Mən Peyğəmbərəm, sənin üçün dünyada olan hər şeydən üstünəm. Sonra Peyğəmbər (s) qalxır, Həzrət Əli (ə) canverənin başı üstə dayanır. Buyurur: "Mən həmin Əliyəm ki, Məni çox sevirdin. Bu gün sənin əlindən tutacaq, sənə kömək edəcəyəm." Sonra İmam (ə) buyurdu: "Bu əhvalat Quranda bəyan olunub." Ravi Quranda harada bu barədə danışıldığını soruşur. İmam Yunis surəsini yada salır.

İran İslam Respublikasının ordusu ən iqtidarlı və sülhsevər ordudur

29 fərvərdin İran İslam Respublikasında ordu günüdür. Bu məmləkətin izzət və müstəqilliyi yolunda ordu 48 min şəhid verib. Ordumuz regionun ən güclü, eyni zamanda sülhməramlı ordusudur. Ordumuz öz texnoloji tərəqqisi ilə beynəlxalq orduya çevrilib. Hərbi-dəniz qüvvələrimiz ilk dəfə beynəlxalq sularda təlim keçirib. Hərbi gəmilərimiz Amerika və İsrail sahillərinə yaxınlaşıb. Gəmilərimiz Süveyş kanalından keçəndə İsrail qəzəbləndi, hay-küy saldı. Bəli, ordumuz minlərlə kilometr aralıda öz qüdrətini nümayiş etdirdi. Bu bizim millət üçün böyük iftixardır. Ordu və SEPAH-ın iqtidarı sayəsində ən gərgin regionda ölkəmiz ən əmin-aman ölkədir. Ordumuz öz elm və gücü ilə milli sərmayədir. Biz onları dəyərləndirib təşəkkür etməliyik.

Yeni nüvə strategiyasında super güclərin heyrəti

Obama dövləti yeni nüvə strategiyası hazırlayıb. Bu strategiya 50 səhifədə nəşr olunub. Bu layihədə ölkəmizə nüvə hücumundan danışılır. Görün necə naşılıq edir və ölkəmizi dünyaya böyük güc kimi tanıtdırırlar. Axı zəif ölkəyə nüvə hücumuna nə ehtiyac! Amerika İran qarşısında özünü çox kiçildib. Onların bütün nigarançılığı İrana istənilən şəkildə pul axınının qarşısını almaqdır. Bir zaman İranda toyuq yemi olmadığından toyuq əti qıtlığı yarandı. Özlərini toyuq yemlərinə də kiçiltdilər və dedilər İrana toyuq yemi buraxılmayacaq!!

Vilayəti-fəqihin olmaması bir zaman İran torpaqlarını parçaladı

Obama prezidentlik təbliğatı şüarlarında deyirdi ki, hakimiyyətə gəlsəm, İran prezidenti ilə birbaşa danışıqlara gedəcəyəm. Amerika tarixində hansısa ölkə prezidenti ilə birbaşa danışıqlar şüarı verilməyib, hansısa ölkənin hörməti bu qədər yuxarı qaldırılmayıb. Buş 8 il prezidentlikdən sonra kitab yazdı və bildirdi ki, İraqa hücum İrana hücumun müqəddiməsi idi. Amma bunu bacarmadılar. Təəssüf edirik ki, keçmişdə İranın belə qüdrəti olmayıb. Əgər olsaydı, torpaqlarımızı istila etməzdilər. Bir tərəfdən Rusiya, bir tərəfdən Britaniya, bir tərəfdən də ABŞ ölkəmizə əl uzadıb. Dəyərli torpaqlarımızı əldən çıxarmışıq. Son yüz ildə İrandan milyon kv km ərazi qoparılıb. Səfəvilərdən sonra elmi və hərbi baxımdan tənəzzülə uğramışıq. Xalq heç vaxt olanını məmləkətə əsirgəməyib. Rusiya İranın 17 şəhərinə sahib duranda alimlərin fitvası ilə xalq müharibəyə gedib. Amma Qacar xalq və alimlərdən gizli plan qurdu, onları tək buraxdı, nə silah, nə də qida baxımından kömək etdi. Qan ağlamalıyıq! Azərbaycan, Ermənistan və Gürcüstanı İrandan qopardılar. Sovetlər Birliyi bilərəkdən həmin regionu üç öləkəyə böldü. Məqsəd bu idi ki, Moskvaya qarşı bir iş görə bilməsinlər. Erməniləri İrəvana köçürtdülər, milli qarşıdurma yaratdılar. İranın başına bu müsibətlərin gəlməsinin əsas səbəbi vilayət üsul-idarəsinin olmaması idi. 

İnqilabı qorumaq üçün İmam Xomeyninin SEPAH layihəsi

SEPAH-ın yaradılması münasibəti ilə bu qüvvəyə təşəkkürümüzü bildiririk. SEPAH sırf hərbi qüvvə deyil. Onun müxtəlif funksiyaları var. Əsas vəzifəsi ərazi bütövlüyü və müstəqilliyi qorumaqdır. Amma konstitusiyanın 150-ci maddəsində yazılır ki, SEPAH-ın əsas vəzifəsi İslam İnqilabını qorumaqdır. SEPAH o biri güc qurumlarından seçilir. SEPAH düşmənin gözündə tikandır. Düşmənləri ümidsiz edən SEPAH-dır. Məmləkətimizə qarşı müxtəlif hücumlar və fitnəkarlıqlar zamanı könüllülər (bəsic) və SEPAH ayağa qalxıb, qəbul etdirilmiş müharibəni müqəddəs müdafiəyə çevirib. SEPAH ABŞ-ın Yaxın Şərq, Əfqanıstan, İraq, Livan və Suriya planlarını pozub. SEPAH-ın ölkənin quruculuğunda, sanksiyaların təsirsizləşdirilməsində rolu böyükdür. İdeoloji müharibə dövründə də SEPAH olmasaydı, durumumuz qaranlıq idi. Mərhum İmam Xomeyni bilirdi ki, İslam İnqilabı üçün şərq və qərbdən böyük təhlükələr var. Bu hücumların qarşısını almaq üçün SEPAH-ı yaratdı.

Xalxal gizli xəzinədir

Bu həftə Xalxal məntəqəsinə səfərimiz baş tutdu. Xüsusilə indiki fəsildə bu məntəqənin gözəlliyi misilsizdir. Səfərdə məqsəd əkinçilik sahəsində layihələrin müzakirəsi idi. Onu deyə bilərəm ki, Xalxal ölkəmizin gizli xəzinəsidir. Başqa şəhərlərimizdə də oxşar imkanlar var. Amma məmləkətimizin ən zəngin tərkibə malik torpaqları Xalxaldadır. Məntəqə turizm üçün misilsizdir. Çox iş görülüb, amma bəs etmir. Xalxalın müxtəlif nöqtələrindən su qızılozana axır. Bu sulardan səmərəli istifadə edə bilmirik.

İran iqtisadiyyatının müdiriyyət problemi

Bu səfərdə yaxşı anladım ki, bir Amerika rəsmisi nə üçün "iranlılar öz iqtisadi güclərindən xəbərsizdir", deyib. Bu səfərdə əmin oldum ki, İran iqtisadiyyatının əsas problemi düzgün müdiriyyətin olmamasıdır. 
İmam Sadiq (ə) buyurur ki, işi bacarıqsıza tapşırmaqla xainə tapşırmaq arasında fərq yoxdur – mənim üçün bu eynidir. Həzrət (ə) naşı adamı xain adlandırır. O, bu sözü ilə müdiriyyət mövzusunda qovqa qoparıb. Mən kiməsə irad tutmuram. Demək istədiyim budur ki, böyük fürsətləri əldən buraxırıq. Hazırda Mişkin, Germi, Muğan, Xalxaldan sular axıb gedir. Əgər bu sulardan səmərəli istifadə olunsa, ölkənin bir çox ehtiyacları təmin edilər. Ostanımızın (rayonlar) imkanlarına başqa ustanlar qibtə edə bilər. Hazırda su böhranı yaşayan ustanlarımız var. Yaxın gələcəkdə şəhərlərimiz böyük problemlə üzləşə bilər. Bizim ustan haqqında isə bunu demək olmaz. Ostanımızla bağlı Səba surəsinin 15-ci ayəsi yada düşür: "(Yurdunuz) Gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!" Xalqımız məsullardan iş gözləyir.

Ərdəbil olmasaydı, İran olmazdı

Ostanımıza qibtə edən çoxdur. Amma bu yaxınlarda dünyada tanınmış bir şəxsin dedikləri daha maraqlıdır. Ayətullah Seyid Hatəmi buyurur ki, ziyarət səfərində Ayətullah Sistaninin görüşündə oldum. Ayətullah Sistani buyurdu ki, 60 ildir Nəcəfdəyəm, bütün alimləri Səfəvilərə borclu bilirəm. Ərdəbil xalqı Səfəviləri dünyaya tanıtdıra bilməyib. Ayətullah Sistani buyurub ki, ömründən bir gün də qalsa, Ərdəbili görmək, Səfəvilərin qəbrini ziyarət etmək arzusundayam. Ayətullah Sistani buyurub: "Çaldıran döyüşünün tarixini oxudum. Bu döyüşdə şəhid edilənlərə aşiq oldum. Bu şəhidlərin qəbrini Şeyx Səfiəddin ziyarətgahında ziyarət etmək istəyirəm. Hələ mümkün olmadığından Nəcəfdən onları ziyarət edirəm." Bir neçə il öncə alimlərimizdən biri Ayətullah Sistaninin görüşündə olub və bu görüşdə böyük alim buyurub: "Ərdəbil olmasaydı, İran olmazdı!" Bu cümləni ondan qabaq ustad Təbatəbai buyurub: "Ərdəbil və Səfəvilər olmasaydı, İran olmazdı, tam parçalanardı." Ərdəbil ustanı bu tarixi və ilahi nemətləri ilə məsulların intizarındadır, öz yerini görmək istəyir.

Ərdəbil-Mişkin yolunda külüng çalınacaq

Allaha şükr edirik ki, qarşıdakı həftədə hazırkı dövlətin mühüm bir layihəsinə start veriləcək. İnşaalah Həzrət Zəhranın (ə) viladəti günü Ərdəbil-Mişkin yolunda işə başlanılacaq. Bu layihə üçün 120 milyard tümən büdcə nəzərdə tutulub. Dövlətin bu şəraitdə ustana belə bir diqqəti dəyərlidir. Bu layihəyə SEPAH-ın Xatəmül-ənbiya qərargahı rəhbərlik edəcək.

Xatəmül-ənbiya qərərgahının layihəsi

Xatəmül-ənbiya qərargahının dövlətdən 450 milyard tümən alacağı var. Bu qərərgah ölkədə 55 böyük layihə icra edib. Hazırda yeni enerji bazasında işi başa çatdırmaq üçün 1420 milyard tümən büdcəyə ehtiyac var. Bu layihə üzərində 3 il 1000 nəfər çalışacaq. Mərkəz işə düşsə, Ərdəbil ustanında işlənən qaz və yanacağın ümumi həcmi həddində enerjiyə qənaət olunacaq. Mən ustan rəhbərlərinə təşəkkür edirəm ki, Xatəmül-ənbiya (s) qərərgahını meydana çəkə bildilər və bu qərərgaha da təşəkkür edirəm.
Xatəmül-ənbiya (s) qərərgahı başqa ustanlarda da iş görür. Bizim ustanda enerji stansiyasının işini qərərgah öz istəyi ilə üzərinə götürüb. Mən cənab Rəhbərin dəftəri və prezidentə məktub yazdım ki, nə üçün başqa ustanların borcunu biz verməliyik? Həmin məktubu Xatəmül-ənbiya (s) qərərgahının başçısına verdilər. O bu probelmi aradan qaldırmağa çalışır. Təşəkkür edirik ki, enerji stansiyası və Ərdəbil-Mişkin yolunun tikintisinə başlayıblar. Arzumuz budur ki, bütün məsullar əl-ələ verib Ərdəbil-Muğan dəmir yolunda da işə başlasınlar. Bu yol ustanımızdan keçən mühüm tranzit yol olacaq.

Nur-az.com


2112 بازدید
در حال ارسال اطلاعات...