Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Allahla rabitə

Duanın və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan, mənəviyyatdan bəhrələnməkdən, ruhu paklamaqdan və beyni şübhələrdən təmizləməkdən ibarətdir.

İnsanın Allahla rabitəsi və ona arxalanması
Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin qələbənin zirvəsində olduqda da duaya möhtacdır. Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə” yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!” (Nəsr, 1-3.) Yəni bu sənin tövbənin başlanığıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə etdikdə duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.

İnsanın lütf mənbəyilə rabitəsi
Dua elm və qüdrət mənbəyi ilə möminin vasitəsi, çarəsizin pənahı zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və mahiyyətcə ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda sərgərdan və aciz qalacaq, ömrü hədər gedəcəkdir: “(Ey Rəsulum) de: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!” (Furqan, 77.)

Ayətullah Seyid Əli Xamenei

Nur-az.com


1410 بازدید
در حال ارسال اطلاعات...