Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Allahla rabitə

Duanın və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan, mənəviyyatdan bəhrələnməkdən, ruhu paklamaqdan və beyni şübhələrdən təmizləməkdən ibarətdir.

İnsanın Allahla rabitəsi və ona arxalanması
Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin qələbənin zirvəsində olduqda da duaya möhtacdır. Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə” yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!” (Nəsr, 1-3.) Yəni bu sənin tövbənin başlanığıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvə