Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Sünni alimləri vəhhabiliyə qarşı

Bildiyimiz kimi, vəhhabilər özlərini əhli-sünnə kimi qələmə verib bundan xal qazanmağa, şiə-sünni birliyini pozmağa çalışırlar. Amma onların tora saldıqları məlumatsız gənclər bilməsələr də, tarixdən az-çox xəbəri olanlar bilirlər ki, 14-cü əsrdə İbn Teymiyyəyə qarşı çıxan, onu həbsə məhkum edən alim və qazilər, həmçinin 18-ci əsrdən sonra Məhəmməd ibn Əbdülvəhhaba qarşı saysız-hesabsız əsərlər yazan, bəyanatlar verən əksər İslam alimləri məhz Əhli-sünnə mənsubları olmuşlar. Təbii ki, bütün bunlar səbəbsiz olmamış, hər hansı ədavətdən doğmamış və əslində vəhhabilərin əməllərinə cavab xarakteri daşımışdır.
Məhəmməd ibn Əbdülvəhhab öz hərəkatına bütün ümmətin şirk içində olduğunu elan etməklə başladı və 20 il ərzində apardığı 300 müharibənin demək olar hamısı m