Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Sünni alimləri vəhhabiliyə qarşı

Bildiyimiz kimi, vəhhabilər özlərini əhli-sünnə kimi qələmə verib bundan xal qazanmağa, şiə-sünni birliyini pozmağa çalışırlar. Amma onların tora saldıqları məlumatsız gənclər bilməsələr də, tarixdən az-çox xəbəri olanlar bilirlər ki, 14-cü əsrdə İbn Teymiyyəyə qarşı çıxan, onu həbsə məhkum edən alim və qazilər, həmçinin 18-ci əsrdən sonra Məhəmməd ibn Əbdülvəhhaba qarşı saysız-hesabsız əsərlər yazan, bəyanatlar verən əksər İslam alimləri məhz Əhli-sünnə mənsubları olmuşlar. Təbii ki, bütün bunlar səbəbsiz olmamış, hər hansı ədavətdən doğmamış və əslində vəhhabilərin əməllərinə cavab xarakteri daşımışdır.
Məhəmməd ibn Əbdülvəhhab öz hərəkatına bütün ümmətin şirk içində olduğunu elan etməklə başladı və 20 il ərzində apardığı 300 müharibənin demək olar hamısı məhz Əhli-sünnəyə qarşı həyata keçdi. O, həmçinin bugünkü vəhhabilər özlərini hənbəli məzhəbli saysalar da, elə hənbəli məzhəbinə təqlidçi olan Taif şəhərini sonralar darmadağın etdilər, hətta məscidlərdə namaz qılanları da qılıncdan keçirdilər.
Belə olan halda Əhli-sünnə alimləri vəhhabiliyin heç də islahatçı deyil, dağıdıcı hərəkat olduğunu, Səud sülaləsinin ekspansionist məqsədləri, eləcə də hər vəchlə Osmanlı imperiyasını zəiflətməyə çalışan İngiltərənin müstəmləkə siyasətləri üçün alətə çevrildiyini anladılar. Maraqlıdır ki, vəhhabizmə qarşı ilk kitab yazan alim Məhəmməd ibn Əbdülvəhhabın qardaşı Süleymandır. Bu gün vəhhabilər bunu inkar etsələr də, “Əs-Səvaiq əl-İlahiyyə fir-rəddi əla əl-Vəhhabiyyə” və “Fəsl əl-xitab fir-rəddi əla Məhəmməd ibn Əbdülvəhhab” kitablarının məhz Süleyman tərəfindən yazıldığı şübhəsizdir.
Vəhhabilik tarixi boyu Əhli-sünnə alimləri bu firqəyə qarşı şiələrdən olduqca çox kitab yazmışlar. Şiələr vəhhabiliyi Məhəmməd ibn Əbdülvəhhabın ölümündən 20 il sonra – onların Kərbəlaya hücumu zamanı tanıdılar, halbuki Ərəbistanın sünni alimləri lap əvvəldən vəhhabizm təhlükəsini dərk edir və ona etirazlarını bildirirdilər. Məhəmməd ibn Əbdülvəhhabın əsərlərindən də görünür ki, o, dövrünün bir çox sünni alimləri ilə məktublaşmış, etiraz və təbliğatlarına qarşı onları kafir və müşrik adlandırmışdır.
Məhəmməd ibn Əbdülvəhhabın vəfatından 25 il sonra Məkkədə dünyaya gəlmiş Əhməd ibn Zeyni Dəhlan Şafei (1816-1886) onun dövründə günahsız insanlara qarşı edilən qəddar rəftarların şahidlərinin söylədiklərini qələmə alaraq vəhhabizmin tarixinə dair “Fitnə əl-Vəhhabiyyə”, vəhhabizmin etiqadi və fiqhi əsaslarının sərt tənqidinə dair isə “Əd-Dürər əs-səniyyə fir-rəddi əla əl-Vəhhabiyyə” kitablarını yazmışdır.
Əhli-sünnənin dörd məzhəbinə mənsub alimlərin vəhhabiliyə qarşı yazdıqları əsərlərə nümunə olaraq aşağıdakıları qeyd etmək olar:
İbrahim Riyahi Maliki – “Ər-Rədd əla əl-Vəhhabiyyə”
İsmayıl Təmimi Maliki – “Ər-Rədd əla Məhəmməd ibn Əbdülvəhhab”
Xacə Serhindi Hənəfi – “Əl-Üsul əl-ərbəə fi tərdid əl-vəhhabiyyə”
Abdullah ibn Əbdüllətif Şafei – “Təhriz əl-əğbiya”
Məhəmməd ibn Əbdürrəhman Hənbəli – “Təhəkkum əl-müqəllidin”
Müşrifi Maliki – “İzhar əl-üquq”
Ramazan əl-Buti Şafei – “Əs-Sələfiyyə mərhələ zəməniyyə”
Məhəmməd Ələvi Maliki – “Məfəhim yəcib ən tusahhih”
Həsən ibn Fərhan – “Daiyə və ləysə nəbiyyə” və sair.

Nur-az.com


1673 بازدید
در حال ارسال اطلاعات...