Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

İrandan oğurlanmış pullar

İrana məxsus 50 milyard dollar hazırda xarici bank hesablarında dondurulub. Bu məbləğin 12 milyard dolları Amerikanın ixtiyarındadır. Bank sanksiyaları ilə əlaqədar 35 milyard dollar Avropa banklarında saxlanılır.

Amerikadakı 12 milyard dollara diplomatik əmlak, nağd yatırımlar, hərbi mülk, Məhəmədrza şah və ailəsinin varidatı daxildir. Bu məbləğ şəmsi 1358-ci il, aban ayının 13-də baş vermiş hadisələrdən sonra Ağ Ev tərəfindən dondurulub. Əlcəzairin vasitəçiliyi ilə İran xalqına məxsus bu pulların geri qaytarılması ilə bağlı müəyyən razılıqlar əldə olunsa da, hüquqi problemlər bəhanəsi ilə proses yarıda saxlanılıb. Əlcəzair razılaşmasına əsasən ABŞ öhdəsinə götürüb ki, İran İnqilabı zamanı bu ölkədə casusluqla məşğul olan Amerika səfirliyi tutulduqdan sonra saxlanılan bütün pullar geri qaytarılacaq. Təəssüf ki, ABŞ həmişəki kimi vədinə əməl etməyib.

İran Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlarda uzun müddət fəaliyyəti göstərmiş, beynəlxalq hüquq və beynəlxalq əlaqələr üzrə professor doktor Davud Hermidasbavənd mövzu ilə bağlı bir sıra qaranlıq nöqtələri işıqlandıracaq şərhlər verib. Bəzi qərb informasiya vasitələrində belə bir xəbər yayılıb ki əgər İran nüvə mövzusunda müsbət addımlar atarsa ABŞ İrana məxsus pulları geri qaytara bilər. Əlcəzair bəyənnaməsindən sonra İrandan oğurlanmış 14 milyard dollar böyük problemlərlə geri qaytarılıb. Bu pullar səfirliyin tutulmasından sonra saxlanılan pullardır. Hazırda haqqında danışılan isə ABŞ-da dondurulan 12 milyard dollar, Avropada dondurulan 35 milyard dollardır.

İranın bir növ qəsb olunmuş mülkü çeşidlidir. Bunun bir hissəsi Amerika banklarındadır. Bu pulların bir hissəsi silah almaq üçün İran şahı tərəfindən köçürülüb. İranda İslam İnqilabı baş verdikdən sonra ABŞ silah verməkdən imtina edib. Razılaşmaya görə həmin pul müqabilində İrana sualtı qayıq, təyyarə, qırıcılar verilməli imiş. Bu məbləğ bir milyardı aşır. 30 ildən sonra həmin məbləğ 3-4 milyarda qalxıb. Saxlanılmış mülkün bir hissəsi şahın Nyu-yorkdakı tikintilərinin puludur. Bu pullar 12 milyard civarında dəyərləndirilir.

Əgər İrandan oğurlanmış mülkün siyahısına nəzər salsaq bu siyahı olduqca rənagarəngdir. Hərbi təchizatdan tutmuş şaha məxsus dəbdəbəli ləvazimatlara qədər bu siyahını doldurur. Siyahıda f-15 təyyarələrinin də adı var.

Belə bir sual yaranır ki, İran xalqına məxsus mülkün həbsi, eyni zamanda geri qaytarılması üçün kim məsuliyyət daşıyır? Əslində belə bir ixtiyara bilavasitə ABŞ prezidenti malikdir. ABŞ-ın İrana qarşı sanksiyalarını üç qrua bölmək olar. Bu sanksiyaların bir hissəsi ABŞ prezidentinin səlahiyyətindədir. Bu sanksiyaları ləğv etmək çox asandır. Sanksiyaların ikinci qrupu Konqres tərəfindən qüvvəyə minmişdir. Prezidentin bu sanksiyaları da ləğv etmək ixtiyarı var. Üçüncü qrup sanksiyalar isə prezident tərəfindən imzalanmayıb. Konqresə qaytarılsa konqres bu sanksiyaları prezidentə imzalatdırmaq səlahiyyətinə malikdir. Prezident üçüncü qrup sanksiyaları imzalamağa məcburdur. Bu sanksiyalar daha əhatəli, daha mürəkkəbdir. Bu sənddə insan haqları, terrorizm kimi arqumentlər irəli sürülür. Birinci və ikinci qrup sanksiyaların ləğvi nə qədər asandırsa, üçüncü qrup sanksiyaların ləğvi bir o qədər çətindir.

Bəziləri iddia edir ki, İrana məxsus mülkün bir hissəsi saxta məhkəmə şikayətləri əsasında dondurulub. Bəzi Amerika vətəndaşları İrandan ABŞ məhkəməsinə şikayət edib və məhkəmə həmin şəxslərin iddiası əsasında İran xalqına məxsus pulları müsadirə edib. Əslində belə deyil. ABŞ-la İran arasında razılığa əsasən İran 1 milyard dollar pul ayırıb və bu pullar İrana qarşı məhkəmə qarşı iddiaların təmini üçün nəzərdə tutulub. Bu pul 500 milyon dollara qədər azaldıqda İran dövləti (şah zamanında) bu məbləği 1 milyarda çatdırmalı idi.

Son dövrlər ABŞ-İran münasibətlərində yeni faza yaranıb. Obamanın sanksiyalarla bağlı konqresə təsiri üçün fürsət mövcuddur. Təəssüf ki, konqresdə sanksiyaların ləğvinə qarşı olan şəxslər möhkəmlənib. Onlar prezidentin səlahiyyətlərinə belə müdaxilə edirlər. Amerikadan kənarda da sanksiyalara qarşı çıxanlar var.

Qeyd etmək yerinə düşər ki, İnqilabdan sonra dondurulmuş pulların böyük bir qisminin sanksiyalara aidiyyatı yoxdur. ABŞ-ın İrana verməli olduğu silah-sursat heç bir əsasla saxlanıla bilməz. Bir zaman Livanda qətlə yetirilmiş amerikalıların yaxınları ABŞ məhkəməsinə İrandan şikayət edib. Beynəlxalq hüquqa əsasən yerli məhkəmə hər hansı dövlətə qarşı hökm çıxara bilməz. Təəssüf ki, məhəlli Nyu-york məhkəməsi İran İslam Respulikasına qarşı hökm çıxarıb.

Buna cavab olaraq İran İslam Şura Məclisi adekv