Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Dünya möminin zindanı, kafirinsə behiştidir

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.”
* * *
Hədis 3: Həzrət Məhəmməd (s) buyurur: “Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.”
* * *
Hədis 4: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
* * *
Hədis 5: Həzrət Məhəmməd (s) buyurur: “Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.”
* * *
Hədis 6: Həzrət Məhəmməd (s) buyurur: “Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ed