Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Ayətullah Xameneinin gənc cütlüklərə tövsiyələrindən

Həyatın məqsədi
Həyat mənzil və mərhələləri, eləcə də uca məqsədi olan uzun bir karvandır. Həyatda insanın məqsədi öz varlığından və ətrafındakı yaranmışlardan mənəvi və ruhani təkamül üçün istifadə etmək olmalıdır.
Ümumiyyətlə biz nə üçün dünyaya gəlmişik? Biz heç bir ixtiyarımız olmayan halda dünyaya daxil oluruq; uşağıq, təsir altındayıq. Lakin tədricən ağlımız inkişaf edir, ixtiyar və seçim qüvvəsi əldə edirik. Bu yerdə insanın düzgün düşünməsi, düzgün seçməsi və bu seçim əsasında hərəkət edib irəliləməsi lazımdır. Əgər insan bu fürsətdən yaxşı istifadə etsə, bu dünyada olan bu bir neçə gündən yaxşı bəhrələnsə və özünü kamala çatdıra bilsə, dünyadan xaric olduğu gün həbsdən azad olan şəxs kimi olar və onun həqiqi həyatı başlayar.

Nikah bir İslam dəyəri kimi
Birinci və əsas məsələ budur ki, Allah-Taalanın qanun qoyduğu və yaranışın tələb etdiyi bu nikah ilahi nemət və sirlərdən və insan yaşayışının qaçılmaz məsələlərindən biridir. Allah səmavi qanunlarda bu məsələni lazım, vacib, zəruri və yaxud icazəli edib, xalqı bir-bir gedib ailə qurmalarında sərbəst buraxa bilərdi. Amma bu işi görməmişdir. O, nikahı bir dəyər etmişdir. Yəni izdivac etməyən şəxs özünü bu dəyərdən məhrum etmişdir.

"Allah israrlıdır!"
İslama görə ailə qurmaq vacib əməldir. Kişi və qadın bu əməli ilahi iş və bir vəzifə kimi yerinə yetirməlidirlər. Bu iş şəriət baxımından vacib əməllər sırasında qeyd olunmasa da, buna o qədər həvəsləndirilmişdir ki, insan Allah-Taalanın bu işə israrlı olduğunu, özü də bir kargüzarlıq kimi yox, həmişəyaşar, həyatda və cəmiyyətdə təsirli bir hadisə kimi israrlı olduğunu anlayır. Odur ki, qadın və kişi arasında nikaha bu qədər həvəsləndirmiş və ayrılığı məzəmmət etmişdir.

"Allahın yalqız qadın və kişidən xoşu gəlmir!"
Allah-Taalanın yalqız qadın və kişidən xoşu gəlmir; xüsusən də gənc və ilk dəfələri olanlar. Bu təkcə gənclərə məxsus deyil. Allah-Taalanın müştə