Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Düşmənini tanımasan...

Düşməni tanımağın əhəmiyyəti Düşməni tanımaq ictimai həyatın zərurətlərindəndir. Düşməni tanımadan dostu tanımaq mümkünsüzdür. Düşmənini tanıyan insan dostunu asanlıqla müəyyənləşdirir. Düşmən yol üstündə üzəri çör-çöplə örtülmüş quyu kimidir. Yol üstündə! Onu tanımayan şəxsin quyuya yuvarlanması qaçılmazdır. Şeytan tarixi düşməndir İnsanla şeytan arasında təkcə ictimai həyatda yox, həm də fərdi həyatda tarixi düşmənçilik var. Quran xəbərdarlıq edir ki, insanla şeytan yaranış günündən düşməndir. Şeytan hələ behiştdə ikən insanda vəsvəsələr yaradıb onu zovcəsi ilə birlikdə yer aləminə endirməyə nail oldu. Bəli, bu iki varlıq bir-birlərinin düşmənidir. "Bəqərə" surəsinin 36-cı ayəsində oxuyuruq: "Şeytan onları azdırıb nemət içində olduqları yerdən uzaqlaşdırdı. Biz dedik: "Bir-birinizə düşmən halda buradan yerə enin..." Şeytanın varlığı və insanla tarixi düşmənliyi peyğəmbərlərin ən qəti təlimlərindəndir. Qurani-kərimin bir çox ayələrində şeytanın insana aşkar düşmən olduğu bildirilir. Şeytanın varlığını və insanla düşmənliyini bəziləri təxəyyül, məcazi saysalar da İslam dini bunu reallıq kimi təqdim edir. Allah və ölümdən sonrakı həyata şübhə ilə yanaşanlar arasında da şeytanın gerçəkliyini qəbul edənlər var. Şeytanla bir cəbhədə Düşməni tanımaq və onunla mübarizə yolları dini elmlərin əsas mövzularındandır. Əlbəttə ki, insanın düşməni təkcə şeytan deyil. Quran imanlı insana onun və cəmiyyətin düşmənlərini tanıtdırır. Şeytan, şeytanın nəsli, kafirlər, (əqidəcə) yəhudilər, münafiqlər, bəzi zövcələr və övladlar... Dost-düşmənə biganəlik, həqiqi dostların və həqiqi düşmənlərin müəyyənləşdirilməməsi mömin fərd və cəmiyyət üçün olduqca təhlükəlidir. Dünya və axirət səadətinə nail olmaq istəyən şəxs dini təlimlərdən yararlanmaqla bu iki zümrəni dəqiq tanımağa çalışmalıdır. Nələrin keşiyində dayanmaq? Hansı hücümların mümkünlüyünü bilmək düşmənlərin müəyyənləşdirilməsi qədər əhəmiyyətlidir. Quran bu sahədə də bəşəriyyətin yolunu işıqlandırır. İnsan hansı hücumlara məruz qala bilər? Dini təlimlərdə sərhədlər, namus, iman, Quran, peyğəmbərlər, dini hökmlər, İslam mədəniyyəti, dini dəyərlər, dini müqəddəsliklər, imamlar, Aşura dəyərləri, fəqih hakimiyyəti, azadlıq,əqidə məktəbi, düşüncə və əxlaq, müsəlmanların birliyi şeytan və şeytansifətıərin hədəfi kimi qeyd olunur. Ən böyük düşmən İnsan adətən öz ətrafında, özündən kənarda düşmən axtarır. Amma onun ən böyük düşməni öz içindədir. Bu azğın nəfsdir. İmam Sadiq (ə) buyurur: "Düşmənindən qorxduğun kimi öz azğın nəfsindən qorx. İnsan üçün azğın nəfsdən böyük düşmən yoxdur."

Nur-az.com