Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Kəramətli insanlar

«NAMAZI NİYƏ TƏK QILDIN?»
Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım.
Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:
Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.

«ZAMANDA SEYR»
Mərhum Mühəddis Nuri “Mustədrəkül-vəsail” kitabında tanınmış alim Seyyid Hüseyn Qəzvinidən belə nəql edir:
955-ci hicri ili (Birinci Şəhidin şəhadətindən 179 il sonra) yuxuda gördüm ki, Cəzzin qəryəsində, yəni “Birinci Şəhid” ləqəbiylə məşhur olan Şeyx Şəmsəddin Məhəmməd ibn Məkkinin (vəfatı 786 q.) kəndindəyəm. Şeyxin evinə gedib qapını döydüm. Şeyx özü qapını açdı. Mən ondan xahiş etdim ki, Şeyx Cəmaləddin ibn Mütəhhər Əllamə Hillinin ictihad haqqında yazdığı kitabı mənim üçün gətirsin. Evə daxil olub həmin kitabla birgə zənnimcə, hədislərə aid başqa bir kitabı da gətirib mənə verdi.
Yuxudan oyandığım zaman gödüm ki, o iki kitabın ikisi də yanımdadır.

«FƏDAKARLIĞIN BƏHRƏSİ»
Şiə məzhəbinin fəxri, zöhd və təqvasıyla məşhur olan mərhum Müqəddəs Ərdəbili ( vəfatı 993 q.) bahaçılıq və qıtlıq ilərində öz malını kasıb və yoxsullar arasında bölüşər, özünə isə ancaq bir fəqirin payı qədər götürərdi.
İllərin birində yenə bu işi təkrarlayarkən arvadı bu işdən narahat olub dedi:
Bizim malımızı fəqirlərə paylayır, amma öz övladını ac qoyursan?
O, arvadının bu sözünə etiraz etmədən etikaf etmək üçün Kufə məscidinə getdi. Etikafın ikinci günü bir kişi müəyyən qədər əla növ un və buğdanı Ərdəbilinin mənzilinə gətirib dedi:
Bunları ev sahibi göndərdi və özü isə Kufə məscidində etikaf saxlayır. Halbuki mərhum Ərdəbili bundan xəbərsiz idi. Etikafdan sonra bu məsələdən agah olduqda başa düşdü ki, bu Allah-taala tərəfindən bir mərhəmət imiş və buna görə də Allaha həmd-səna etdi.

«NURLA BİRGƏ»
Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və etibarlı şagirdlərindən biri belə hekayət edir:
Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində mütaliəni başa vurub hücrədən çölə çıxdım. Gördüm ki, bir şəxs hərəmə yaxınlaşır. Öz-özümə dedim: Bəlkə, oğrudur. Beləcə yavaş-yavaş ardınca düşdüm, belə ki, mən onu görür, o isə məni görmürdü. Gəlib hərəmin qapısının qarşısında dayandı. Birdən qıfıl yerə düşdü və qapı açıldı. Ardınca ikinci qapı da açıldı. O şəxs zərihə yaxınlaşıb salam verdikdə qəbirdən salamın cavabını eşitdim. Səsindən tanıdım ki, öz ustadımdır. Sonra o İmamla (ə) danışmağa başladı. İmamdan (ə) elmi bir məsələ haqda nə isə soruşurdu. Sonra hərəmdən çıxıb şəhərdən xaric oldu və Kufə məscidinə tərəf yollandı. Mən də dalınca getdim. O, hələ də məni görmürdü. Kufə məscidinin mehrabına yaxınlaşdığım zaman səsini eşitdim ki, bir şəxsə həmin məsələ haqda danışır. Sonra oradan çıxıb Nəcəfə yollandı. Mən də arxasınca yola düşdüm. Nəcəfin darvaza qapısına çatanda artıq səhər açılırdı. Amma o, hələ də məndən xəbərsiz idi. Ona yaxınlaşıb dedim:
Mən əvvəldən axıradək sizinlə idim. Hərəm və Kufə məscidində sizinlə danışanın kim olduğunu mənə söyləyin. O, mənimlə əhd kəsdi ki, sağlığında bu haqda heç kimə bir söz deməyim. Sonra belə dedi:
Ay oğul, bəzən məsələlərin düz və ya səhv olması məndə şübhə yaradır. Buna görə də, çox vaxt, gecələr Həzrət Əlinin (ə) qəbri üstə gedib həmin məsələni İmamdan soruşuram və o da cavab verir. Bu axşam o həzrətdən bir məsələni soruşdum. Həzrət Əli (ə) məni İmam Mehdinin (ə) yanına göndərdi. Dedi ki, bu gecə övladım Mehdi (ə) Kufə məscidində olacaq. Onun hüzuruna gedib bu məsələni ondan soruşarsan. Kufə məscidində gördüyün o şəxs İmam Mehdi (ə) idi.

«QEYBDƏN PAY»
Böyük İslam alimlərindən olan Şeyx Bəhayi belə buyurur:
Bir dəfə bizim məntəqəyə çoxlu qar yağmışdı. Babam Şeyx Şəmsəddinin evində uşaqlar acından ağlayır və yemək istəyirdilər. Evdə yeməyə heç nə yox idi. Babam arvadına dedi:
Uşaqları sakit et ki, dua edib Allahdan bir təam istəyək. Elə bu zaman nənəm qardan bir ovuc götürüb təndirə yaxınlaşaraq dedi:
İndi bu çörəyi sizin üçün bişirəcəyəm. Əvvəl təndiri qaladı. Qarı kündə formasına salıb təndirə yapışdırdı. Elə həmin an babam dua edirdi. Çox keçməmiş Allahın mərhəməti ilə təndirdən isti təzə çörək onlara nəsib oldu. (Əllamə Seyyid Məhəməd Baqir Xonsari, “Rövzatül cənnat”, c.2, səh. 331)

«İKİNCİ ŞƏHİD»
Şeyx Bəhayi atasından belə nəql edir:
Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin ibn Əli Amulinin hüzuruna getmişdim (911-966 q.). Şeyx çox fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi:
Ay qardaş, elə güman edirəm ikinci şəhid mən olacağam! Mən soruşdum:
Niyə, nə olub ki? Dedi:
Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük bir qonaqlıq təşkil edərək bütün şiə alimlərini ora dəvət edib. Mən məclisə daxil olduğum zaman Seyyid Murtəza ayağa qalxaraq mənə xoş gəldin deyib buyurdu:
Filankəs, buyur Məhəmməd ibn Məkkinin (Birinci Şəhid) yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan oyandım. Elə buna görə də zənn edirəm ki, ikinci şəhid mən olam.

Nur-az.com


1832 بازدید
در حال ارسال اطلاعات...