Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Həqiqi tövbə

Bəhlul adlı bir gənc Peyğəmbərin (s) hüzuruna yetişib ağlayaraq deyir: 
-Allahın qəzəbindən qorxuram.
Həzrət (s) buyurur:
-Allaha şərik qoşmusan?
Deyir:
-Xeyr.
-Bir nəfəri öldürmüsən?
-Yox.
Həzrət Peyğəmbər (s) buyurur:
-Əgər günahın dağlar qədər böyük də olsa Allah-Taala onları bağışlayar.
Gənc deyir:
-Mənim günahım dağlar, yer və ərşdən də böyükdür.
Həzrət (s) buyurur:
-Günahın Allahdan da böyükdür?
Deyir:
-Xeyr, Allah hər nədən böyükdür.
Həzrət (s) buyurur:
-Get, Allah sənin böyük günahlarını bağışlayar.
Sonra həzrət soruşur:
-Bəlkə deyəsən, günahın nədir?
Gənc deyir:
-Ey Allahın Rəsulu (s), sizdən xəcalət çəkirəm günahımı deyəm. Amma başıma gələn budur ki, mən 7 il qəbirləri açaraq ölülərin kəfənlərini çıxarırdım. Bir gün ənsardan olan gənc bir qız dəfn olunmuşdu. Onun kəfənini çıxardıqdan sonra şeytan məni vəsvəsə etdi və çirkin bir zinaya yol verdim…
Söhbət bu yerə çatanda həzrət Peyğəmbər (s) narahat halda buyurdu:
-Bu fasidi çölə çıxarın. Sən cəhənnəmə necə də yaxınsan!
Oğlan bayıra çıxıb səhraya üz tutdu. O ağlaya-ağlaya deyirdi: “Ey Peyğəmbərin Allahı, əgər mənim tövbəmi qəbul etsən, Öz peyğəmbərini də bundan xəbərdar et. Yaxud göydən atəş endirib məni yandır ki, axirətdə yanmaqdan qurtulum. Bu zaman vəhy mələyi həzrət Peyğəmbərə ayə gətirdi (Zumər, 53).

Ayrı bir rəvayətə görə, Peyğəmbər (s) ayəni təbəssümlə oxuyub buyurur:
-Kim Bəhlulun ünvanını bilir?
Peyğəmbər (s) öz səhabələri ilə birlikdə Bəhlulu biyabanda, qayalar arasından tapır. Həzrət (s) onun üz-gözünün torpağını təmizləyib buyurur:
-Sevin ki, atəş əzabından qurtulanlardansan.
Sonra səhabələrinə buyurur:
-Günahlarınızın bağışlanması üçün bu gənc kimi təlaş edin.
Sonra həmin ayəni oxuyur: ”Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim!"

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1350 بازدید
در حال ارسال اطلاعات...