Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Allah möminin tükünü də dünyaya dəyişməz

Mal sahibi onun əsl dəyərini, qiymətini bilir. Allah möminin bir tükünü bütün aləmə satmaz. Siz öz qiymətinizi bilmirsiniz, elə buna görə də bəzən özünüzü ucuz satırsınız.
Bəhlulun topal bir ulağı var idi, onu satmaq üçün alverçiyə verdi. Alverçi ulağı tərifləməyə başlayıb, dedi: Bu ulaq deyil, Bərraqdı. Bərraq Peyğəmbərin meraca getdiyi miniyin adıdır. Alverçi ulağı o qədər təriflədi ki, Bəhlul özü də onun sözlərinə inanıb, öz-özlüyündə dedi: Heyfdi bu ulağı satım.
Bəhlul bazarda uca səslə qışırmağa başladı: “Satmıram, satmıram”və alverçinin zəhmət haqqını ödəyib, ulağı geri aldı.
Əslində möminin bədəni Bərraqdı. Mömin bədəni ilə ibadət edir və meraca gedir. Allah və onun övliyaları hər nə qədər desələr ki, sən yaxşısan, dəyərli