Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Pak insan

Mərhum ustad şəhid Mütəhhəri böyük mütəfəkkir, dəyərli yazar, güclü xətib, İmam Xomeyninin ömrünün bəhrəsi idi. Şəhid Mütəhhəri öz gedişi ilə onu tanıyanların, onu sevənlərin qəlbini dağladı. Əmirəlmöminin Əli (ə) alimlərin misilsiz məqamı haqqında buyurur: "Nə qədər ki gecə və gündüz hərəkətdədir alimlər də var."
Şübhəsiz ki, rəbbani alimlər, ustad Mütəhhəri kimi böyük insanlar yalnız Allahın razılığı üçün ömürləri ilə insanların yaddaşında həmişəlik yer tutub. Təsadüfü deyil ki, şəhid Mütəhhərinin şəhadət ildönümü müəllim günü kimi qeyd olunur. Müsəlman cəmiyyətinin təlim-tərbiyəsi ilə məşğul olan bütün müəllimlər ustad Mütəhhəridən eşq dərsi almalıdır. Şəhid Mütəhhəri bütün vücudunu, enerjisini, sevgisini təlim-tərbiyəyə sərf etmişdi. Ondan gözəl əsərlər qalıb.
Şəhid Mütəhhəridən öyrəniləsi xüsusiyyətlər çoxdur. Daha çox qürur yaradan müəllim peşəsində çalışanlar şəhid Mütəhhərinin əxlaqi xüsusiyyətlərini özlərinə örnək götürməlidir. Ustad Mütəhhərinin bəzi əxlaqi sifətlərini yada salaq:

1.Şagirdlərə ehtiram
Ustad Mütəhhəri şagirdlərinə hörmətlə yanaşar, onlara heç zaman yuxarıdan aşağı baxmazdı. O şagirdi dinləyər, onun düşüncəsindəki düyünləri açardı. Hətta dərs başa çatandan sonra sualı olan şagirdlərə xüsusi vaxt ayırar, onlarla yaşıd kimi söhbətləşərdi. Ustad Mütəhhərinin bu xüsusiyyəti tədrisdən çox araşdırma sahəsində özünü göstərirdi. O şagirdlərə meydan verər, onları özündən aşağı hesab etməzdi. 

2.Müdəra
Ustad Mütəhhərinin dərsində sərt bir rəftar görmək qeyri-mümkün iş idi. O, iradları aradan qaldırmaq üçün möhkəm bəyanla çıxış edərdi. Qarşı tərəfin sualını, etirazını sərtliklə susdurmağa cəhd göstərməzdi. Bəzən müəllim qane olmayan şagirdlə sərt davranır. Ustadda belə bir xüsusiyyət yox idi, şagirdlə keçinər, ona güzəştə gedərdi. Ustadın sifində əsəbləndiyini kimsə görməmişdi.

3.Mənəviyyat
Ustad elə bir mənəviyyata malik idi ki bu mənəviyyatın cazibəsinə düşən şagird bütün vücudu ilə onu dinləyirdi. O həmişə sinif otağına dəstəmazlı halda daxil olar, elə bir fəza yaradardı ki bu fəzaya mənəviyyat hakim olsun. Ustadı yaxından tanıyanlar nəql edir ki, onun tədris prosesində abidlik, zahidlik nümayişinə yer yox idi. Rəftarları çox adi idi, eyni zamanda olduqca səmimi davranırdı. Ustad Mütəhhəridən kimsə qeybət eşitməmişdi. Onda paxıllıq, müridbazlıq, başına dəstə toplamaq xüsusiyyətləri yox idi. Gecələr tez yatmağa çalışardı ki, gecə namazına duranda süst olmasın. Özü bu barədə heç vaxt danışmayıb. Sadəcə deyərdi ki, səhhətimlə bağlı tez yatmalıyam.

4.Xüzu
Allah-Taala ustad Mütəhhəriyə fövqəladə zehn əta etmişdi. O elmi baxımdan çox güclü idi. Dərs zamanı nəyisə unutması, səhvə yol verməsi olası iş deyildi. Amma şagirdlər onun sözünə irad bildirəndə həvəslə dinləyər, yeri olanda qəbul edərdi. Heç vaxt səhvinə don geyindirməyə cəhd göstərməzdi. Sözünü yeritməyə çalışmazdı. Həqiqət qarşısında müti idi, səmimiyyətlə baş əyirdi.

5.Mehribanlıq
Mətin və qətiyyətli insan olan Mütəhhəri eyni zamanda mehriban bir insan idi. O ətrafdakı insanlarla ədəbli davranar, şagirdlərinə mehribanlıqla yanaşardı. Gülərüz, şagirdlərə bir ata kimi məhəbbət göstərən ustad idi. Onun seyr-süluku, mənəviyyatı, təqvası şagirdlərində böyük sevgi yaratmışdı. Mütəhhərinin şagirdlərinin ona münasibəti sadəcə şagird-müəllim münasibəti deyildi. Bu rabitə rəsmi yox, eşq dolu bir rabitə idi.

Nur-az.com/tebyan


1344 بازدید
در حال ارسال اطلاعات...