Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Aşura – məktəb, yoxsa hadisə?

Aşura əksərimizə tanış söz ikən hələ də öyrənilməmiş bir məktəbdir. Ən azı Əhli-Beyt (ə) davamçılarının və ya bu iddiada olanların Aşura məktəbi ilə tanışlığı zəruri görünür. Bu necə məktəbdir ki, zalımlar, halal-haram bilməyənlər, özünü Allahın yerində hiss edib hökm çıxaranlar ondan zara gəlib? Qısaca tarixə nəzər salaq:

Həzrət Peyğəmbərin (s) nəvəsi, Əli (ə) və Fatimənin (s.ə) oğlu, 3-cü məsum imam Hüseyn ibn Əli hicri-qəməri 4-cü il şaban ayının 3-də Mədinə şəhərində doğulub.
Hüseyn ibn Əli uşaqlıq dövrünü Peyğəmbərin (s) kənarında keçirib. Peyğəmbər (s) dünyasını dəyişəndən sonra atası Əli ilə birgə yaşayıb. Atasının şəhadətindən sonra qardaşı İmam Həsənlə (ə) birlikdə olub.

İmam Həsənin (ə) şəhadətindən, eləcə də zalım Müaviyənin ölümündən sonra hakimiyyətə gələn Yezid ibn Müaviyə üç nəfərdən beyət (rəsmi tanınma) istəyib. Onlardan biri də İmam Hüseyndir (ə). İmam bu beyətdən imtina etmiş, hicri-qəməri 61-ci il, Aşura günü - məhərrəm ayının 10-cu günü İraqın Kərbəla çölündə şəhid edilmişdir.

İmam Hüseyn (ə) atasının hakimiyyəti dövründə baş vermiş üç döyüşdə iştirak etmişdir.
Cəməl döyüşündə, Siffeyn döyüşündə igidliklə vuruşmuşdur. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da Hüseyn əsas şahidlərdən idi.

Müaviyə Ömər və Osman tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu müddətdə özünü xəlifə kimi tanıtdırıb hakimiyyəti ələ keçirmişdi.

Yezidin vəliəhdliyi məsələsini ortaya çıxanda Hüseyn Müaviyəyə dedi: "Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil camaat onun keçmişini və kimliyini bilmir. Sanki burada olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz, quşbaz və eyş-işrət adamıdır. O, ömrünü çalıb- oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində öz günahların sənə bəs edər. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq, düşüncəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan".

İmam (ə) Müaviyənin təhdid dolu məktubuna belə cavab verir: “Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm, nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.
Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən?! Onların hamısı namaz qılan, Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən, keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.
Təqvalı müsəlman, ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi?!
...Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki, elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.
...Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.
Sözlərindən bir başqası bu idi ki, deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (s) ümmətinin dinini qoruyum. Səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq.”

Müaviyənin ölümündən qabaq Hüseyn Həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cəfər də onunla idi. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein Hüseynin çadırının yanına toplaşdı. Hüseyn ayağa qalxıb çıxış etdi. Atasının və Əhli-beytin parlaq sabiqəsini, onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini, cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı.

Hüseynin (ə) Kərbəla qiyamının üç səbəbi nəzərə gəlir:
1. Yezidə beyət etməmək;
2. Kufəlilərin dəvətinin qəbulu;
3. Əmr be-məruf və nəhy əz-münkər...

Hüseynin (ə) Yezidə beyət etməkdən imtina etməsi amili daha çox əhəmiyyət daşıyır. İmam Hüseyn (ə) dəfələrlə elan etmişdi ki, bütün təzyiqlərə baxmayaraq Yezidə beyət etməyəcək.

Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhlini elə tərbiyələndirmişdi ki, onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla tabe olurdular. Onun Həzrət Əli kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri, o Həzrəti söyməyi bir bidət kimi cəmiyyətdə yaydığını hamı bilir. Bəni-Üməyyənin çirkin hökuməti əks təbliğat və şəxsiqərəzliklərlə Peyğəmbərin (s) pak ailəsini Şam əhalisinin fikrində pis, pozğun qələmə verirdi.
Kərbəla əsirləri Şama daxil olduğu zaman bir kişi İmam Səccadın (ə) qarşısında durub dedi: "Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi".

Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağladı, uşaqları öldürdü, Peyğəmbər (s) ailəsini əsir götürdü. Camaat hamı bir nəfər kimi Yezidi lənətləyib söydü və ondan üz döndərdi.

Bu Kərbəla vaqeəsinin xülasə tarixi idi. Əsas məsələ Kərbəla hadisəsinin məktəbə çevrilməsi, Aşura məktəbinin dünya məzlumlarının zalım başçılara qarşı mübarizədə lider məktəb nüfuzu qazanmasıdır. Bəli, bəzən Fransa inqilabı kimi əxlaqi dəyərlərdən uzaq, yalnız siyasi mahiyyət daşıyan bir hadisə tarixdə daha geniş yer alır. Aşura qiyamı kimi əvvəldən axıra həyat dərsi olan bir hadisə kölgədə qalır. Çünki zalımları Fransa inqilabı yox, Aşura qiyamı qorxudur. Aşura qiyamıdır bu gün də məzlumların damarında qanı coşduran, zalımların yuxusuna haram qatan.

İmam Hüseynə (ə) əzadarlıq dünyanın ədlətsevər insanların zülmə “yox” cavabıdır. Bu sadə göz yaşı axıtmaq deyil. Hər göz yaşında haqq beyət, zülmdən zara gəlmə elanı var. Hüseyn (ə) əzadarlığı bütün zalım rejimləri qorxudur, bu mərasimləri ciddi nəzarət altında saxlayır, Aşuraya zaman və məkandan aslı olmayaraq haqq qiyamını şölələndirəcək qığılcım kimi baxırlar. Bəli, hər yer Kərbəla, hər gün Aşuradır. Dünyanın hansı nöqtəsinə baxsan insanlar zora beyətə məcbur edilir. Dünya imperializmi, beynəlxalq sionizmə əyilməyən xalqlar, o cümlədən Fələstin, Əfqanıstan, İraq xalqları qanına qəltan edilir. Məzlumların zalımlar qarşısında bir silahı var, iman silahı! Bu silahdır insanın gözündə ölümü kiçildən.

Məhərrəm ayının öz ibadətləri, əməlləri var. İlk gecə və gündüz üçün “İqbal”da bir neçə namaz zikr olunmuşdur.
-Yüz rəkət namaz, hər rəkətdə həm və surə...
- İki rəkət namaz, birinci rəkətdə Həmd və Ənam surələri, ikinci rəkətdə Həmd və Yasin surələri oxunur...
-İki rəkət namaz, hər rəkətdə Həmd və 100 İxlas surəsi oxunur.

Məhərrəm ayı səmada görünındə həmin gecəni oyaq qalmaq, gecəni dua və ibadətlə keçirmək;

Məhərrəmin əvvəli ilin əvvəlidir və onun iki əməli var: Birinci əməl oruc tutmaqdır. İmam Riza (ə) buyurur ki, bu gün oruc tutan şəxsin duası Zəkəriyyanın duası kimi qəbul olar.
İkinci əməl məhərrəmin ilk günü iki rəkət namaz qılmaqdır. Namazı başa çatdırandan sonra bu dua üç dəfə oxunur:



اَللّهُمَّ اَنْتَ الاِْلهُ الْقَديمُ وَهذِهِ سَنَةٌ

جَديدَةُ فَاَسْئَلُكَ فيهَاالْعِصْمَةَ مِنَالشَّيْطانِ وَالْقُوَّةَ عَلى هذِهِ النَّفْسِ


الاْمّارَةِ بِالسّوَّءِ وَالاِْشْتِغالَ بِما يُقَرِّبُنى اِلَيْكَ [ياكَريمُ] يا ذَاالْجَلالِ

وَالاِْكْرامِ يا عِمادَ مَنْ لا عِمادَ لَهُ يا ذَخيرَةَ مَنْ لا ذَخيرَةَ لَهُ يا حِرْزَ


مَنْ لا حِرْزَ لَهُ يا غِياثَ مَنْ لا غِياثَ لَهُ يا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يا كَنْزَ


مَنْ لا كَنْزَ لَهُ يا حَسَنَ الْبَلاَّءِ ي ا عَظيمَ الرَّج اَّءِ ي ا عِزَّ الضُّعَف آءِ ي ا مُنْقِذَ


الْغَرْقى يا مُنْجِىَ الْهَلْكى يا مُنْعِمُ يا مُجْمِلُ يا مُفْضِلُ يا مُحْسِنُ

اَنْتَ الَّذى سَجَدَ لَكَ سَوادُ اللَّيْلِ وَنُورُ النَّهارِ وَضَوْءُ الْقَمَرِ وَشُعاعُ

الشَّمْسِ وَدَوِىُّ الْمآءِ وَحَفيفُ الشَّجَرِ يا اَللّهُ لا شَريكَ لَكَ اَللّهُمَّ

اجْعَلْنا خَيْراً مِمّا يَظُنُّونَ وَاغْفِرْ لَنا ما لا يَعْلَمُونَ وَلا تُؤ اخِذْنا بِما

يَقُولُونَ حَسْبِىَ اللّهُ لا اِلهَ اِلاّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ

الْعَظيمِ امَنّا بِهِ كُلُّ مِنْ عِنْدِ رَبِّنا وَما يَذَّكَّرُ اِلاّ اُولُوا الاْلْبابِ رَبَّنا


لاتُزِغْ قُلُوبَنا بَعْدَ اِذْ هَدَيْتَنا وَهَبْ لَنا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ اَنْتَ الْوَهّابُ

Şeyx Tusi məhərrəmin ilk ohgünlüyünü oruc tutmaq, Aşura günü günortadan sonraya qədər yemək-içməkdən çəkinmək müstəhəbdir.

Məhərrəmin üçüncü günü Həzrət Yusifin zindandan çıxdığı gündür. Həmin gün oruc tutn şəxsin müşkülləri həll olar.

Aşura gecəsi və Aşura gününün öz əməlləri var. “İqbal”da yazlır ki, Tasua günü gecə, yəni onuncu gecə yüz rəkət namaz, hər rəkətdə Həmd və üç İxlas, namazdan sonra dua oxunsa savabı var:


سُبْحانَ اللّهِ وَالْحَمْدُلِلّهِ وَلااِلهَ اِلا اللّهُ وَاللّهُ اَكْبَرُ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّ بِاللّهِ الْعَلِىِّ العَظيمِ


Ələliyyil-əzimdən sonra istiğfar tövsiyə edilir.
Gecənin sonunda dörd rəkət namaz, hər rəkətdə Həmddən sonra Ayətəl-kürsi, İxlas, Fələq, Nas 10 dəfə oxunur, salamdan sonra 100 dəfə İxlas oxunur.
Başqa bir dördrəkətli namazda hər rəkətdə Həmd, 50 dəfə İxlas oxunur. Bu namaz Əmirəlmöminin namazına uyğundur. Namazdan sonra zikr, Peyğəmbərə (s) salavat, Onun düşmənlərinə lənət tövsiyə edilir. Tasuadan Aşurya keçən gecəni oyaq qalıb ibadət etmək mələklərin ibadəti ilə müqayisə olunur. Bu gecənin ibadəti 70 ilin ibadəti qədər fəzilətlidir.

Aşura günü İmam Hüseynin (ə) şəhadət günü, bəşər tarixinin ən üzüntülü günüdür. Bu gün əzadarlığın savabı çox böyükdür. Həmin gün İmamın (ə) qatillərinə lənət oxumaq, əzadarlara xitabən belə demək tapşırılır:



اَعْظَمَ اللّهُ اُجُورَنا وَاُجورَكُمْ بِمُصابِنا بِالْحُسَيْنِ عَلَيْهِ السَّلامُ

وَجَعَلَنا وَاِيّاكُمْ مِنَ الطّالِبينَ بِثارِهِ مَعَ وَلِيِّهِ الاِْمامِ الْمَهْدِىِّ مِنْ الِ

مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ


Aşura günün bu ziyarətlə başa vurmaq tapşırılır:

اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ ادَمَ صَِفْوَةِ اللّهِ

اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ نُوحٍ نَبِىِّ اللّهِ اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ

اِبْراهيمَ خَليلِ اللّهِ اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ مُوسى كَليمِ اللّهِ اَلسَّلامُ

عَلَيْكَ يا وارِثَ عيسى رُوحِ اللّهِ اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ مُحَمَّدٍ

حَبيبِ اللّهِ اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ عَلِي اَميرِ الْمُؤْمِنينَ وَلِىِّ اللّهِ

اَلسَّلامُ عَلَيْكَ يا وارِثَ الْحَسَنِ الشَّهيدِ سِبْطِ رَسُولِ اللّهِ اَلسَّلامُ

عَلَيْكَ يَا بْنَ رَسُولِ اللّهِ اَلسَّلامُ عَلَيْكَ يَا بْنَ الْبَشيرِ النَّذيرِ وَابْنَ سَيِّدِ

الْوَصِيّينَ اَلسَّلامُ عَلَيْكَ يَابْنَ فاطِمَةَ سَيِّدَةِ نِسآءِ الْعالَمينَ اَلسَّلامُ

عَلَيْكَ يا اَبا عَبْدِ اللّهِ اَلسَّلامُ عَلَيْكَ يا خِيَرَةَ اللّهِ وَابْنَ خِيَرَتِهِ اَلسَّلامُ

عَلَيْكَ يا ثارَ اللّهِ وَابْنَ ثارِهِ اَلسَّلامُ عَلَيْكَ اَيُّهَا الْوِتْرُ الْمَوْتُورُ

اَلسَّلامُ عَلَيْكَ اَيُّهَا الاِْمامُ الْهادِى الزَّكِىُّ وَعَلى اَرْواحٍ حَلَّتْ بِفِناَّئِكَ

وَاَقامَتْ فى جِوارِكَ وَوَفَدَتْ مَعَ زُوّارِكَ اَلسَّلامُ عَلَيْكَ مِنِّى ما

بَقيتُ وَبَقِىَ اللَّيْلُ وَالنَّهارُ فَلَقَدْ عَظُمَتْ بِكَ الرَّزِيَّةُ وَجَلَّ الْمُصابُ

فِى الْمُؤْمِنينَ وَالْمُسْلِمينَ وَفى اَهْلِ السَّمواتِ اَجْمَعينَ وَفى

سُكّانِ الاْرَضينَ فَاِنّا لِلّهِ وَاِنّا اِلَيْهِ راجِعُونَ وَصَلَواتُ اللّهِ وَبَرَكاتُهُ

وَتَحِيّاتُهُ عَلَيْكَ وَعَلى ابآئِكَ الطّاهِرينَ الطَّيِّبينَ الْمُنْتَجَبينَ وَعَلى

ذَراريهِمُ الْهُداةِ الْمَهْدِيّينَ اَلسَّلامُ عَلَيْكَ يا مَوْلاىَ وَعَلَيْهِمْ وَعَلى


[رُوحِكَ وَعَلى ] اَرْواحِهِمْ وَعَلى تُرْبَتِكَ وَعَلى تُرْبَتِهِمْ اَللّهُمَّ لَقِّهِمْ

رَحْمَةً وَرِضْواناً وَرَوْحاً وَرَيْحاناً اَلسَّلامُ عَلَيْكَ يا مَوْلاىَ يا اَبا

عَبْدِاللّهِ يَا بْنَ خاتَمِ النَّبِيّينَ وَيَا بْنَ سَيِّدِ الْوَصِيّينَ وَيَا بْنَ سَيِّدَةِ

نِسآءِ الْعالَمينَ اَلسَّلامُ عَلَيْكَ يا شَهيدُ يَا بْنَ الشَّهيدِ يا اَخَ الشَّهيدِ

يا اَبَا الشُّهَدآءِ اَللّهُمَّ بَلِّغْهُ عَنّى فى هذِهِ السّاعَةِ وَفى هذَا الْيَوْمِ

وَفى هذَا الْوَقْتِ وَفى كُلِّ وَقْتٍ تَحِيَّةً كَثيرَةً وَسَلاماً سَلامُ اللّهِ عَلَيْكَ

وَرَحْمَةُاللّهِ وَبَرَكاتُهُ يَابْنَ سَيِّدِالْعالَمينَ وَعَلَى الْمُسْتَشْهَدينَ مَعَكَ

سَلاماً مُتَّصِلاً مَا اتَّصَلَ اللَّيْلُ وَالنَّهارُ السَّلامُ عَلَى الْحُسَيْنِ بْنِ

عَلِىٍّ الشَّهيدِ السَّلامُ عَلى عَلِىِّ بْنِ الْحُسَيْنِ الشَّهيدِ اَلسَّلامُ عَلَى

الْعَبّاسِ بْنِ اَميرِ الْمُؤْمِنينَ الشَّهيدِ السَّلامُ عَلَى الشُّهَدآءِ مِنْ وُلْدِ

اَمِيرِ الْمُؤْمِنينَ اَلسَّلامُ عَلَى الشُّهَدآءِ مِنْ وُلْدِ الْحَسَنِ اَلسَّلامُ عَلَى

الشُّهَدآءِ مِنْ وُلْدِ الْحُسَيْنِ السَّلامُ عَلَى الشُّهَدآءِ مِنْ وُلْدِ جَعْفَرٍ

وَعَقيلٍ اَلسَّلامُ عَلى كُلِّ مُسْتَشْهَدٍ مَعَهُمْ مِنَ الْمُؤْمِنينَ اَللّهُمَّ صَلِّ

عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَبَلِّغْهُمْ عَنّى تَحِيَّةً كَثيرَةً وَسَلاماً اَلسَّلامُ

عَلَيْكَ يا رَسُولَ اللّهِ اَحْسَنَ اللّهُ لَكَ الْعَزآءَ فى وَلَدِكِ الْحُسَيْنِ اَلسَّلامُ

عَلَيْكِ يا فاطِمَةُ اَحْسَنَ اللّهُ لَكِ الْعَزآءَ فى وَلَدِكِ الْحُسَيْنِ اَلسَّلامُ

عَلَيْكَ يا اَميرَ الْمُؤْمِنينَ اَحْسَنَ اللّهُ لَكَ الْعَزآءَ فِى وَلَدِكَ الْحُسَيْنِ

اَلسَّلامُ عَلَيْكَ يا اَبا مُحَمَّدٍ الْحَسَنَ اَحْسَنَ اللّهُ لَكَ الْعَزآءَ فى اَخيكَ

الْحُسَيْنِ يا مَوْلاىَ يا اَبا عَبْدِاللّهِ اَنَا ضَيْفُ اللّهِ وَضَيْفُكَ وَجارُ اللّهِ

وَجارُكَ وَلِكُلِّ ضَيْفٍ وَجارٍ قِرىً وَقِراىَ فى هذَا الْوَقْتِ اَنْ تَسْئَلَ

اللّهَ سُبْحانَهُ وَتَعالى اَنْ يَرْزُقَنى فَكاكَ رَقَبَتى مِنَ النّارِ اِنَّهُ سَميعُ

الدُّعآءِ قَريبٌ مُجيبٌ


Nur-az.com


1690 بازدید