Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

4 iyun - 14 xordad İmam Xomeyninin vəfatının ildönümüdür

İmam Xomeyni (r) 1902-ci il sentyabrın 24-də Xanım Fatimə (s) sülaləsindən olan pak alim və mühacir ailəsində dünyaya göz açır. Valideynləri onun adını Ruhulla qoyurlar. Atası Ayətullah Seyid Mustafa Musəvi dövrünün tanınmış alimlərindən olmuşdur. Zalım hakimiyyətlə çarpışmada olan Ayətullah 47 yaşında ikən rejim tərəfindən terror edilir. Həmin vaxtdan beş aylıq körpə Ruhullah atasız böyüyür. Ruhullah 15 yaşına çatmamış iki son yaxınını – anası və bibisini itirir. Beləcə, yetimlik qəm-qüssəsi ömrünün ilk günlərindən İmama yoldaş olur. İmam Xomeyni körpəlik dövründən yüksək istedadı sayəsində elm və mərifət kəsb etməyə başlayır. İmam 1920-ci ildən başlayaraq iki il Ərak Elmi Hövzəsində təhsil alır. Sonra təhsilini Qum Elmi Hövzəsində davam etdirir. O hövzədə fiqh və üsul dərsləri ilə yanaşı riyaziyyat, astranomiya, fəlsəfə, irfan və məntiq elmlərinin incəliklərinə yiyələnir. Gənc yaşlarında elmi ictihad dərəcəsinə yüksələn imam öz təqva və ibadəti ilə dillər əzbəri olur. İmam Xomeyni 1963-cü ildə dünya imperializmi, o cümlədən İranda şah rejimi ilə açıq mübarizəyə başlayır. Həmin vaxtlar Amerika İranın təbii sərvətlərini qəsb etməklə yanaşı, qonşu dövlətlərə təzyiq üçün şah rejimini silahlandırır. Amerika ilə əl-ələ vermiş şah rejimi öz ağasının siyasətini – İslam və Quranla mübarizəni ilkin vəzifəsi sayır. Ölkədə repressiyalar, əxlaqsızlıq, dindarlara qarşı təxribatlar yüksək həddə çatır. 1963-cü ildə şah rejimi İslamın rəsmi din olması və Qur`ana vəzifə andını inkar edib, mövcud qanunlara əl gəzdirir. Şahın bu addımı bütün ruhaniləri, o cümlədən İmam Xomeynini çox qəzəbləndirir. Şah üsuli-idarəsi ruhaniləri cəzalandırmaq üçün Qumda "Feyziyyə", Təbrizdə "Talibiyyə" mədrəsələrinə cilahlı yürüş təşkil edir. 1964-cü ilə İmam Sadiqin şəhadət ildönümündə şah xəfiyyələri tələbələrə hücum edir, odlu silahlardan atəş açılır. Bu cinayətdən sonra İmam öz mübarizələrini daha da şiddətləndirir. Həmin il şəmsi təqvimlə xordad ayının 13-də, Aşura günü İmam öz alovlu nitqi ilə şah rejimini tənqid atəşinə tutur. Səhəri gün İmam Xomeyni həbs olunur. Xordadın 15-də geniş xalq kütlələri etiraz nümayişi keçirir. Qaniçən şahın əmri ilə nümayişçilərə atəş açılır. On beş mindən artıq nümayişçi qətlə yetirilir. Xalqın qəzəbindən qorxan şah İmamı azad edir. Az sonra movcud rejimin Amerikanın mənafeyinə qəbul etdiyi kapitulyasiya layihəsi etiraz dalğalarını daha da gücləndirir. Şəmsi təqvimlə aban ayının 12-də Qum şəhərində İmamın tarixi çıxışı baş tutur. Abanın 12-də İmam həbs edilir və Türkiyənin Ankara şəhərinə sürgün olunur. İmam on bir ay Türkiyə