Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

İSLAMÇI MƏHBUSLARLA HƏMRƏYLIK ONGÜNLÜYÜ - Yeniləndi

 

Dünən 2014-cü il iyun ayının 2-də Təbrizdə İran islam Respublikasının milli qəhrəmanı Səttarxanın evində İran İslam İnsan Haqları Komitəsinin təşkil etdiyi “İslam dinində və qərb mədəniyyətində insan haqlarının qorunması” adı altında Təbrizin ən tanınmış hüquqşünaslarının iştirakı ilə elmi seminar keçirilmişdir.

 Seminar əslində, Azərbaycan Respublikasında Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin “İslamçı Məhbuslarla Həmrəylik” ongünlüyü proqramlarına dəstək olaraq təşkil olunmuşdu.

Seminarda iştirak üçün Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri, Beynəlxalq əl-Mustafa (s) Universitetinin Quran və hüquq fakültəsinin doktorantı, Höccətül-İslam Faiq Vəlizadə də dəvət olunmuş, çıxışında Azərbaycanda haqları pozulmuş islamçı məhbuslar haqda məruzə etmiş, onların tezliklə həbsdən azad edilməsinin vacibliyini bildirmişdir.

Çox geniş auditoriyanın iştirakı ilə baş tutmuş seminarda çıxış edən tanınmış hüquqşünaslar Azərbaycandakı İslam məhbuslarının haqlarını müdafiə etmiş və onların dərhal azad olunmasını tələb elmişlər.

Müdafiə Komitəsinin Mətbuat Şöbəsi

2014-06-03

Hicab.org


Fanilər Mövsümü

 
Rəhman və Rəhim Allahın adı ilə

Müşriklərə ayələrimiz açıq-aydın oxunduğu zaman qiyamət günü bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Başqa bir Quran gətir  ya da onu dəyişdir!” Onlara de: “Mən onu özbaşına  dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün  əzabından qorxuram”. (Quran, 10/15)

Kimdir möminlər? Nəfs və əqlin, yoxsa Allahın hökmü altında yaşayanlar? Azğın nəfsini özünə tanrı seçənlər möminlərə gülər ki, nə daddınız dünyadan! Yalnız ağlına güvənənlərsə möminləri divanə sayar. Amma onlar Allah eşqində yanıb fani olanlar, Fanilərdir! Mömini tanımaq istəsən, bax onun Məninə - yanıb kül olubsa, mömindir, Mən rəngi Allah rəngini örtübsə ya Cahil, ya Təkəbbürlü, ya da Riyakardır.

Azərbaycanın Faniləri var, Allah eşqində yanmış Faniləri. Fanilərin Mövsümü var. Bir Mövsüm həzrət Höccət (əc) zühur edəndə gələr, o ilahi bahar mövsümündə möminlər çiçək kimi açar, zülm fəna olar. Fanilərin o biri Mövsümü Azərbaycan adlı həbsxanada zühuru gözləyir... Tezlət zühuru, ya Rəbb!  

Salam, Mövsüm…

http://kitab.nur-az.com/az/lib/view/375 


Təbrizdə islamçı məhbuslarla bağlı konfrans keçirildi

 

Aran xəbər agentliyinin İslam İnsan Haqları Komitəsindən verdiyi məlumata görə, Azərbaycan Respublikasında həbs olunan islamçı məhbuslarla həmrəylik ongünlüyü münasibəti ilə dünən 2 iyunda Təbrizin Səttarxan mərkəzində konfrans keçirilmişdir.
“İslamda və beynəlxalq hüquqda azadlıq haqqı” mövzusunda keçirilən konfransda komitənin katibi cənab Kazimzadə qonaqları salamlayaraq konfransın keçirilməsində məqsədin Azərbaycanın islamçı məhbuslarına dəstəkdən ibarət olduğunu bildirdi. Sonra Azərbaycan Respublikasının tanınmış ruhanilərindən olan Höccətül-İslam Faiq Vəlioğlu ölkəsinin dini-ictimai vəziyyəti, eləcə də mənəvi və mədəni azadlıqlar haqda məlumat verdi. O, İslam İnsan Haqları Komitəsinin rəhbərliyinə, Ali Liderin Təbriz şəhərindəki səlahiyyətli nümayəndəsinə və konfrans iştirakçılarına təşəkkürünü bildirərək dedi:
“Biz müstəqillikdən sonra Qarabağ böhranı ilə üz-üzə qaldıq, 1 milyon 200 min nəfər öz yurd-yuvasından didərgin düşdü, evləri dağıdıldı, el-obaları xarabalığa çevrildi. Düşmən bizim əcdadlarımızın qəbirlərinə də rəhm etmədi, onların baş daşlarını çıxarıb satdı. Lakin biz inşallah, gənclərimizin səyi ilə mübarizə aparıb Qarabağı azad edəcəyik”.
Faiq Vəlizadə 25 may - 3 iyun ongünlüyünün Azərbaycan Respublikasında həbs olunmuş islamçı məhbuslarla həmrəylik ongünlüyü elan olunduğunu xatırladıb bunun azəri mübarizlərin anılması üçün münasib zaman olduğunu bildirdi. O dedi: “Bizim dərdimiz budur ki, dini və mənəvi azadlıqlarımız əlimizdən alınıb. Və bütün bunlar əcnəbi və müstəmləkəçi düşmənlərin ədavətli siyasətinin nəticəsidir. Öz bacılarının hicabını qorumaq üçün fəryad qoparan qeyrətli azəri gəncləri isə həbsxanalara göndərilir. Azərbaycan xalqının əksəriyyəti İslamı və Quranı istəyir, İslam təlimlərinə qarşı mübarizə xalq üçün bir problem və hətta faciədir. Müsəlman intizamlı, sağlam və cəmiyyətə faydalı olur, qanuna hörmətlə yanaşır. Lakin təəssüf ki, Azərbaycanda belə insanları təcrid edir, dövlət işlərindən uzaqlaşdırır, yaxud cibinə narkotik maddə yerləşdirib yalançı şahidlər vasitəsilə həbs edirlər”.
Tanınmış ruhani çıxışının davamında dedi: “Biz bu ongünlükdə həbsdə olan din qardaşlarımızı müdafiə etmək üçün ayağa qalxmışıq. Əslində oğru və rüşvətxorlar həbsxanalarda olmalıdır, amma biz Azərbaycanda bunun əksini müşahidə edirik. Lakin bir məsələni də deyim: Hicab və İslam məhbusları Azərbaycan həbsxanalarını gülüstana çevirmişlər. Bəzən nəzarətçi polislər də onlardan təsirlənirlər. Bəzi həbsxanalarda məscid tikmiş və ibadət edənlərin sayını artırmışlar”.
Höccətül-İslam Faiq Vəlioğlu sonda bir daha məzlumu müdafiənin çox böyük və müqəddəs iş olduğunu xatırladıb konfransın təşkilatçılarına müsəlman Azərbaycan xalqı adından minnətdarlığını bildirdi, islamçı məhbusların azadlığı üçün dua etdi.
Təbriz şəhərinin çoxlu elm adamlarının, jurnalist və hüquqşünasların qatıldığı konfransın sonunda bəzi iştirakçılar da öz fikirlərini bildirdilər, Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edib, islamçı məhbusları bu ölkənin müsəlman xalqının ucalıq simvolu adlandırdılar.


Astaranın imam-cüməsi islamçı məhbuslardan danışdı


Qafqaz Mədəniyyət Mərkəzinin informasiya bölməsinin verdiyi məlumata əsasən, Astar şəhərinin imam-cüməsi qafqaz.ir saytının müxbiri ilə söhbətdə Azərbaycan Respublikasında islamçı məhbuslar mövzusuna toxunub. Höccətül-islam Kazim Hafizniya islamçı fəalların həbsini Azərbaycan dövlətinin böyük səhvi adlandıraraq deyib: "Azərbaycan hökuməti bu ölkədə dindarları həbsə almaqla böyük səhvə yol verib. Azərbaycan dövlət rəsmiləri bilməlidirlər ki, dindarlar Azərbaycan hökuməti üçün təhlükə deyil, yalnız İslam dəyəri olan hicabın qadağasına qarşıdır. Əslində bu ölkədə azad fəaliyyət göstərən vəhhabi firqəsi məmləkətin gələcəyi üçün ciddi təhlükədir. Bu firqədən elə fərdlər səhnəyə gələcək ki, xalq üçün bəla olacaq." İmam-cümə sözünün davamında Azərbaycan dövlət rəsmilərinə məsləhət görüb ki, dindar məhbusları azad etsin, keçmişdən ibrət götürsün. İranda şah rejimi dövründə Rzaxan hicab və dinə qarşı çıxmaqla öz hökumətini süquta uğratdı. Əgər Azərbaycanda dindarlara qarşı repressiyalar davam edərsə şübhəsiz ki, Azərbaycan hökuməti şah hökuməti kimi sıradan çıxacaq. İmam-cümə məhbus dindarlar və onların ailələri ilə həmdərd olduğunu dilə gətirərək onlara ümid verib və yada salıb ki, Allah-Taala buyurub: Bu müqavimət və fədakarlığın sonu qələbə və başıucalıqdır, inşaallah!


Azərbaycan İslam Partiyasının Lənkaran rayon: Böyük mübarizə yolunda haqsız olaraq həbs olunan bütün şəxslərin tezliklə azadlığa qovuşmaları üçün Allaha dualar edirik.

İslaminsesi.az saytının verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının Lənkaran rayon şöbəsinin təşəbbüsü ilə İmam Hüseyn(ə)nin mövludu günü qeyd olunub. Rayon dindarlarının iştirakı ilə keçirilən məclisi qurumun sədri İlham Haçıyev giriş sözü ilə açaraq təbrik nitqi söyləyib:

“Bismillahir-Rəhmanir-Rəhim
Bu gun təkcə müsəlmanların deyil, bütün azadlıqsevər insanların bayramıdır. Bu münasibətlə Dünya Müsəlmanlarını və inanclı insanları AIP-in Lənkəran şobəsi adından təbrik edərək onlara sülh və əmin-amanlıqda yaşamağı arzulayırıq. Haqq-ədalət yolunda daim mübarizədə olan bacı və qardaşlarımızı hər an Həzrəti İmam Sahibiəz Zamanın (ə.s) gəlişinin intizarında olmağı xahis edərək, onlara daim mübariz və zülmə qarşı barışmaz mövqe tutmağı diləyirik. Böyük mübarizə yolunda haqsız olaraq həbs olunan bütün şəxslərin tezliklə azadlığa qovuşmaları üçün Allaha dualar edirik. Bu davamlı mövludlar hər il oldugu kimi, indi də möhtəşəm şəkildə Lənkəran zonasının bütun məscid, dini ocaqlar, o cumlədən, AIP-in qərargahında qeyd olunur.”
İslam partiyasının mövlud tədbiri zöhr namazından sonra qadınlar, şam namazından sonra isə kişi dindarlar üçün təşkil olundu. AIP-in Lənkəran şöbəsi tərəfindən mərasimdə çıxış edən insanlara mövlud münasibətilə hədiyyələr təqdim edildi. Suallları ən fəal və düzgün cavablandıran Rufanə xanım namaz dəsti ilə mükafatlandırıldı. Mərasim kiçik yaşlı uşaqların ifasında səslənən ilahi seirlər və surutları ilə daha maraqlı oldu. Tədbirin sonunda el ağbirçəyi xanim Xalidə gənc dindar xanımlara öz məsləhət və tövsiyələrini çatdırdı.


Ərdəbildə İSLAMÇI MƏHBUSLARLA HƏMRƏYLIK ONGÜNLÜYÜ  ilə əlaqədar keçirilən sərgidən fotoreportaj 

Azərbaycan Respublikasının din uğrunda mübarizələrinə görə həbsə alınmış islamçı məhbuslarına aid sənədlər və fotolardan təşkil olunmuş sərgi 04.06.01 tarixindən başlayaraq dörd gün müddətində Şeyx Səfiyyədin Ərdəbili abidəsində davam edəcək.
Ərdəbil Şiəliyin Beşiyi mədəniyyət müəssisəsi və Qafqaz Mədəniyyət Mərkəzinin həmkarlığı ilə, islamçı məhbusların dəstəklənməsi məqsədi ilə keçirilən bu sərgidə islamçı məhbusların bioqrafiyasına aid fotolar, məhbusların ailələri ilə müsahibələr, alimlərin və böyük şəxsiyyətlərin fikirləri, bu ölkənin pis vəziyyətdə olan zindanları barəsində məlumatlar nümayiş etdirilir. Sərgidə həmçinin Azərbaycan Respublikasının tarixi və siyasi həqiqətləri barəsində məlumat verilir. Hicab Məhbuslarının Müdafiə Komitəsi tərəfindən 25 maydan 3 aprel tarixinədək Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik ongünlüyü elan olunmasından sonra İranın bəzi şəhərləri də müqəddəs Qum şəhəri ilə eyni mövqedən çıxış edir və İslam məhbuslarına, hicab hərəkatına aid mərasimlər, konfranslar təşkil edir.
Mədrəsə tələbələri ilə birgə müqəddəs Məşhəd, Təbriz, Ərdəbil və bir neçə şəhərdə də universitet tələbələri və cəmiyyətin müxtəlif siniflərindən olan şəxslər islamçı məhbuslarla həmrəylik elan edir, onlara olan eşqlərini göstərir və müqavimət və cihad səhnəsinin qəhrəman övladlarının xatirələrini yada salırlar. Onlar bu addımları ilə göstərirlər ki, səadət və qurtuluşa çatmağın yolu çətinliklər qarşısında səbrlə dayanmaqdadır. Həmçinin müsəlmanların ən əsas müvəffəqiyyət və qələbə səbəbi kibirli dövlətlər və zülm cəbhəsi qarşısında birlik və vəhdətdədir.
Qeyd edək ki, Azərbaycan Respublikası İslam Partiyasının sədri və digər üzvləri azadlığa çıxmış məhbuslarla görüş zamanı Azərbaycandakı digər İslam məhbuslarını və hicab hərəkatı qəhrəmanlarını yüksək şəkildə yad ediblər.
Qeyd etməliyik ki, “Azərbaycan islamçı məhbuslarıyla həmrəylik” dəyirmi masası Ərdəbil şəhərində həftənin altıncı günü, 2014.05.31 tarixində saat 18:30 da keçirildi. Dəyirmi masada Ərdəbil vilayətinin elmi hövzəsinin hörmətli müdiri Höccətül-islam vəl-müslimin Novruzi söhbət etdi və Qafqaz Mədəniyyət Müəssisəsində tələbələrlə sual-cavab proqramı Mühəqqiq Ərdəbili universitetinin elmi heyətinin üzvü Dk. Novin tərəfindən təşkil olundu. Mərasim müvəffəqiyyətlə başa çatdı.

IMG_0624

IMG_0627

IMG_0626

IMG_0613

12345678910111213252628271415161718192021222324

Ərdəbildə islamçı məhbuslarla bağlı mətbuat konfransı





İslamçı məhbuslarla həmrəylik ongünlüyü münasibətilə dünən 31 mayda İİR-nın Ərdəbil şəhərində mətbuat konfransı keçirilmişdir. Ərdəbil vilayətinin elm hövzələrinin rəisi Höccətül-İslam Mehdi Novruzi konfransda çıxış edərək Azərbaycan Respublikasında İslam dəyərlərinin keşikçilərinin həbsini, eləcə də BMT-nin hicab məhbuslarına diqqətsizliyini qınadı. O, Qafqaz mədəniyyət mərkəzində baş tutan mətbuat konfransında İslamçı məhbuslarla həmrəylik ongünlüyü təşəbbüsünü yüksək qiymətləndirərək dedi: “Bu ongünlük dini dəyərlər məhbusu olan İmam Kazimin (ə) şəhadəti, cəmiyyətdə əxlaqi qaydaların icrasını məqsəd seçən Peyğəmbərin besəti, yaxşı işlərə dəvət etməkdə və pis işlərdən çəkindirməkdə nümunə olan İmam Hüseynin təvəllüd günlərinə təsadüf edir”.
Höccətül-İslam Novruzi Azərbaycanda baş verənlərin iranlılara aidiyyəti olmadığını düşünənlərə cavab olaraq İslam Respublikasının müsəlman qonşularına laqeyd qalmasının yolverilməz olduğunu bildirdi. O dedi: “Vahid ümmət daxilində siyasi və inzibati sərhədlər yoxdur və bütün müsəlmanlar bir-birinə qardaş olmalıdır”.
İnsanın etiqadda azad olduğunu bildirən natiq bir nəfərin digərlərinin yerinə qərar çıxarmasının yanlış olduğunu söylədi. O, Azərbaycan Respublikasında Qərbə bağlı hakimiyyət tərəfindən əsassız ittihamlarla həbs olunmuş 180 islamçı məhbusun olduğunu media nümayəndələrinin diqqətinə çatdırıb dedi: “Onların hamısı vicdan məhbusları, din və etiqad mübarizləridir. Onlar Azərbaycanda milli təhlükəsizliyə qarşı cinayət əməli törətdiklərinə görə həbs olunmayıblar. Onların həbsinə yeganə səbəb hicabı, insani və əxlaqi dəyərləri müdafiə etmələridir”.



Moskvada İSLAMÇI MƏHBUSLARLA HƏMRƏYLIK ONGÜNLÜYÜ münasibətilə mərasim keçirilib









Gənclər elmi-praktik konfransda - FOTO 
GƏNCLƏR ELMİ-PRAKTİK KONFRANSDA

Bu gün Azərbaycan İslam Partiyasında qurumun gənclər təşkilatının təşəbbüsü ilə “İctimai-siyasi sahədə fəal gənclər vicdan məhbusları haqqında” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransda AİP Gənclər Təşkilatının sədri Vüqar Abdullayev geniş çıxış edərək, başda AİP sədri Hacı Mövsüm Səmədov olmaqla, partiyanın daha bir neçə üzvü və haqsız həbs olunan digər məhbuslar, bu həbslərin saxta motivləri barədə geniş məlumat verdi. Gənclər təşkilatının sədri çıxışında ölkənin ictimai-siyasi həyatında gənclərin oynadığı mühüm rolu qeyd etdi.

O, cəmiyyətimizdə azad fikirli, mübariz gənclərin fəaliyyətinin genişlənməsini sevindirici hal kimi qiymətləndirərək, hakimiyyət tərəfindən bu cür gənclərə qarşı qoyulan məhdudiyyətlərdən danışdı. Müxtəlif saxta ittihamlarla həbs olunan ziyalı gənclərə bu gün cəmiyyətin siyasi həyatında nə qədər böyük ehtiyac duyulduğunu qeyd edən natiq, belə insanların azadlığının əllərindən alınmasının cəmiyyətə vurduğu zərərdən danışdı:

“Onların həbsə məruz qalması yeri doldurulmayacaq boşluqların yaranmasına gətirib çıxarıb ki, bunun nəticəsində də təxribatçı qüvvələrin meydana gəlib öz ziyanlı təbliğatlarını aparması üçün münbit zəmin yaranıb. Biz buna imkan verməməliyik. Öz fəaliyyətimizi genişləndirməklə sübut etməliyik ki, biz gənclər vicdan məhbuslarının davamçıları olaraq mübarizəmizi qətiyyətlə davam etdiririk”

İslam məhbuslarının vəziyyəti, fiziki və mənəvi durumu barədə məlumat vermək üçün söz AİP sədr əvəzi Hacı Elçin Manafova verildi.

Günahsız yerə həbsə atılmış islamçıların mübarizə ruhiyyələrini qoruyub saxladıqlarına və bunu Allahın bir sınağı kimi qəbul etdiklərinə diqqəti cəlb edən hacı Elçin bu konfransın növbəti sivil addımlara, fəal mübarizəyə təkan olacağına ümid etdiyini bildirdi. Gənclərin bu gün üzərinə düşən məsuliyyətlərdən danışan natiq, məhbusların müdafiəsi üçün hamının öz səylərini ortaya qoymağın vacibliyini dilə gətirdi.

İslamçıların müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimov belə bir aktual məzmunda konfransın təşkil olunmasını yüksək qiymətləndirdi.

Dini fəalların həbsinin iki kateqoriyaya- siyasi və vicdan məhbusuna aid olduğunu diqqətə çatdıran komitə sədri Hacı Mövsüm Səmədovun, Tale Bağırovun, Hacı Abgül Süleymanovun vicdan məhbusları olduqlarını vurğuladı.

Məhbusların siyahısının AŞPA-da qəbul edilməməsinin əsas səbəbinin dövlətin təzyiqləri olduğunu deyən Kərimov həbs olunan dindarların hüquqlarının müdafiə komitələrinin fəaliyyətlərini qənaətbəxş hesab etmədiyini bildirdi:

“Bu gün bütün müdafiə komitələri vahid güç mərkəzində birləşməlidir. Əks halda heç bir nəticə əldə olunmayacaq. Biz ancaq məhbuslara həbsxana şəraitində edilən təzyiqlərin qarşısını almağa nail ola bilmişik. Bu yönümdə bizə yardımçı olan Qırmızı Xaç təşkilatının səylərini yüksək qiymətləndirirəm.”

AİP-in Siyasi məsələlər üzrə sədr müavini Hacı Akif Heydərli Azərbaycan cəmiyyətində “cinayətsiz cəza” faktını təəssüfediçi reallıq kimi qiymətləndirdi: ”Çünki bu, hakimiyyətin marağında olan bir prosesdir. Bu cür mənfi halların təəssübkeşlik olmadan aradan qaldırılması mümkünsüzdür.”

Natiq AİP sədri Mövsüm Səmədovun çıxışındakı siyasi, mənəvi mötivlər əsasında qurulan saxta həbs prosesini xatırladaraq, bütün bunların başlıca səbəbinin hakimiyyətin özünü müdafiə tədbirləri olduğunu bildirdi:

”Biz keçən il Azərbaycan qanunlarına uyğun olaraq, prezident seçkilərinə qoşulduq və cəmiyyətin istəyi ilə Hacı Mövsümün sənədlərini seçki kompaniyasına təqdim etdik. O, cinayətkar deyil. Hakimiyyətin idarəetmədə mövcud qüsurlarını dilə gətirdiyi üçün həbs edilib. Hakimiyyətin sənədləri niyə qəbul etməməsi haqda susqunluğunu da məhz razılıq əlaməti olması kimi qəbul etdik.

Daha sonra ADP sədrinin təşkilat məsələlər üzrə müavini Rəşid Mansurova söz verildi. O, ədalətsiz quruluşun davam etməsində təkcə hakimiyyətin yox, həm də cəmiyyətin münbit şərait yaratmasını vurğulayaraq, xalqın etiraz etməməsini, zülmə qarşı ayağa qalxmamasını haqsızlıqların baş verməsinin əsas səbəbi kimi izah etdi. Ədalətsiz cəmiyyətdə insana şərəf gətirməyən simasızların mövcudluğunu təəəssüflə dilə gətirdi. Siyasi fikirlərinə görə günahsız həbs olunan insanların adının sabah Azərbaycanın tarixində qızıl hərflərlə yazılacağını bildirən çıxışçı islam tarixinə nəzər saldıqda bütün bəşərin ədalət axtardığını, cəmiyyətdə olan narazılıqların kökünün sosial və ideoloji məsələlər olduğunu, ən başlıca səbəbin isə mənəviyyatsızlıqdan irəli gəldiyini qeyd etdi. Bu gün siyasi sistem dəyişikliyinə böyük ehtiyac olduğunu deyən natiq, əfv fərmanının günahsız yerə tutulanlara şamil edilməməsinin ədalətsiz olduğunu, ölkə iqtidarının tutduğu bu mövqeyi dəyişməyəcəyi təqdirdə, bu halın yaxın gələcəkdə zorakılıq mühitinin yaranmasına gətirib çıxaracağını söylədi./İslaminsesi/



Məşhəddə islamçı məhbuslarla həmrəylik

Müqəddəs Məşhəd şəhərində təhsil alan azərbaycanlı tələbələr keçirdikləri iclasda islamçı məhbuslarla həmrəylik ongünlüyünü qeyd etdilər. 
Quran oxunuşu ilə başlayan iclasda ruhani Tohid İbrahimbəyli çıxış etdi. O, şəban ayının gəlişi münasibəti ilə məclis iştirakçılarını təbrik etdi, din tələbələrinin təbliğatını Peyğəmbərin (s) besətinin davamı olduğunu bildirdi.
Tohid İbrahimbəyli çıxışında peyğəmbərlərin göndərilməsində məqsədin mənəvi saflaşdırma və maarifləndirmədən ibarət olduğunu qeyd edib qeyb dövründə peyğəmbər davamçılarının da bu iki mühüm vəzifəni yerinə yetirməli olduğunu xatırlatdı. O, həmçinin dedi: “Allah peğəmbərlərini göndərib ki, insanlar yalnız Ona ibadət etsinlər və tağut hesab edilən zalım və hakimlərdən uzaq dursunlar, onlarla mübarizə aparsınlar. Bizim təbliğatımız da bu iki nəticəyə hesablanmalıdır. Əgər Allaha ibadət olsa, amma tağut və zalıma nifrət olmasa, deməli, Quranın göstərişinə əsasən, maarifləndirmə düzgün aparılmamışdır”. 
Ruhani daha sonra islamçı məhbuslardan danışaraq onların yolunu besətin davamı adlandırdı, Quran ayəsinə uyğun olaraq, Allahın bəndəliyinə dəvət, xalqı tağutdan və zülmə boyün əyməkdən çəkindirmək hesab etdi. Məhbuslarımızın din tələbələri boynunda böyük haqqı olduğunu qeyd edən ruhani onların azadlığı üçün dualar etdi və Allahdan bütün İslam düşmənlərinin məhvini dilədi.
Tohid İbrahimbəyli bildirdi ki, peyğəmbərin besətinin fəlsəfəsi və məqsədi yalnız İmam Zamanın (ə) zühurundan və hakimiyyətindən sonra tamamlanacaq: “Besəti zühursuz təsəvvür etmək çox böyük nöqsandır. Gərək hamımız İmam Mehdinin (ə) qlobal hakimiyyətinin bərpasına zəmin yaratmağa çalışaq”.
İşğal altında olan torpaqlarımızı yada salan İbrahimbəyli qeyd etdi ki, Qarabağa azadlıq duası bəzilərimizin dilinin əzbəri olub. Lakin dua kifayət etmir. Biz tələbələr İmam Hüseyn (ə) məktəbindən dərs almış Şəhid Mübariz kimi balalar yetişdirməliyik ki, arzuladığımız Qarabağ bizə qayıtsın, inşallah.
Məclisin sonunda ehsan süfrəsi açıldı.




Aqşin Fatehdən Hicab məhbuslarına aid yeni mahnı (Video)



Hacı Yaşar Cahid Nardarani "Hər kəs ki sala zülm ilə ruhanini həbsə" 
nardaranpiri.com 



İslamçı məhbuslar barədə dəyirmi masa

İslamçı məhbuslarla həmrəylik ongünlüyü tədbirləri çərçivəsində dünən - may ayının 26-da Qum şəhərində yerləşən Məsumiyyə mədrəsəsində hövzənin azərbaycanlı və iranlı tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada İslam dünyasının vəziyyəti, dünyada İranın və Azərbaycanın mövqeyi, Azərbaycan respublikasında dini-ictimai vəziyyətin təhlili, son bir neçə ildə İslama qarşı qanunsuz qadağalar, bu qadağalara qarşı konstitusion etirazlar, ruhani, alim və dindarlardan ibarət yüzdən artıq etirazçının absurd ittihamlarla, narkobiznes, dövlət çevrilişi və sair iftiralarla şərlənərək hər birinin uzunmüddətli, bəzən 10-11 illik həbslə cəzalandırılması, islamçı məhbusların vəziyyəti və digər məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.




Qadınlar Şəhadət və Həmrəylik tədbiri keçirdilər
İmam Kazimin (ə) şəhadəti və İslamçı məhbuslarla həmrəylik ongünlüyü münasibətilə dünən - may ayının 25-də Qum şəhərində azərbaycanlı qadınlar tərəfindən tədbir keçirildi. Hicab və Hicab Məhbuslarının Müdafiə Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbir Quran tilavəti ilə açıq elan olundu. Tədbirdə çıxış edən ilahiyyatçı alim xanım Zeynəb Nəzadi İmam Musa Kazimin (ə) məşəqqət dolu həyatından, ona dəstək verən qadın möminlərdən danışdı, dövrün mömin məhbuslarına maddi və mənəvi dəstəyin vacibliyini vurğuladı.
Tədbirdə şəhadət münasibətilə mərsiyələr və islamçı məhbuslara həsr olunmuş şeirlər oxundu. Çıxış edənlər hicab məhbuslarının ailələri ilə həmrəyliklərini və onları yalqız qoymayacaqlarını bildirdilər.
Tədbirin sonunda şəhadət münasibətilə ehsan süfrəsi açıldı, tədbirdə iştirak edən məhbus ailələrinin komitə tərəfindən Məşhəd ziyarətinə göndərilməsi üçün müvafiq göstərişlər verildi. Şəhadət və həmrəylik tədbiri İmam Mehdinin (ə) zühuruna dualarla başa çatdı.

Hicab və Hicab Məhbuslarının Müdafiə Kömitəsinin Mətbuat Xidməti



Azərbaycanlılar Qumda İmam Kazimin (ə) şəhadətini qeyd etdilər

İmam Kazimin (ə) şəhadəti münasibətilə dünən - may ayının 24-də Qum şəhərində azərbaycanlılar tərəfindən tədbir keçirildi. Tədbirin əvvəlində Quran oxundu, sonra isə Hicab və Hicab Məhbuslarının Müdafiə Kömitəsinin sədri məclisi açıq elan edərək, sözü tanınmış əxlaq ustadı Ayətullah Füruği cənablarına verdi.
Ayətullah Füruği tədbiri Allaha məhəbbət məclisi adlandırıb ilahi sevginin insan həyatında əsas amil olduğunu, daim mühüm rol oynadığını və ölümdən sonra da böyük təsirə malik olduğunu vurğuladı. O, qeyd etdi ki, Əhli-beytə məhəbbət eynilə tövhid kimi insanı Allaha doğru aparan güclü amildir. Allah-Taalanın ilk yaradılışda məhəbbəti yaratdığını bildirən ustad İslam Peyğəmbərindən (s) “ən əvvəl mənim nurum xəlq olunmuşdur” - hədisini yada saldı. Allah yolunda xərclənən məhəbbətin daimi və əbədi olduğunu vurğulayan Ayətullah bu yolda heç nədən və heç kəsdən qorxmamağı tövsiyə etdi: “Allaha eşq və məhəbbət olduğu halda insanda qorxu yaranırsa, deməli, hələ özünü Allaha tam təslim etməmiş və imanı tamamlanmamışdır”.
Ustad Füruği Azərbaycan Respublikasındakı Əhli-beyt aşiqlərini, o cümlədən, İslam elmləri ilə məşğul olub bu yolda fədakarlıq göstərən ruhani və tələbələri xatırlatdı, bu yolda öz dini borcunu yerinə yetirən, Allaha görə canından, rahatlığından və azadlığından keçən islamçı məhbusları, xüsusilə hicab qadağasına qarşı çıxıb din və imanı qoruyan, zindanlara düşən ruhani, alim və möminlərin Allaha eşq və məhəbbətini alqışladı. 
İmam Kazimin (ə) ən çox həbsdə qalmış imam olduğunu bildirən natiq onun şəhadət gününü İslam və hicab məhbusları ilə həmrəylik günü adlandırdı, onların İmam Kazimin (ə) yolu ilə getdiyini vurğuladı. O, həmçinin hər bir Quran və Əhli-beyt aşiqinə bu yolda möhkəm olub heç bir şeydən çəkinmədən ilahi sevgi və ixlasını sübut etməyi məsləhət gördü.
Tədbir Əhli-beyt məddahı Ustad Ərğəvanın İmam Kazimin (ə) zindandakı şəhadəti ilə bağlı rövzə, mərsiyə və duaları ilə sona çatdı. Tədbirin sonunda şəhadət münasibətilə ehsan verildi.

Hicab və Hicab Məhbuslarının Müdafiə Kömitəsinin Mətbuat Xidməti

 
Azərbaycan İslam Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə qurumun ofisində dəyirmi masa keçirildi.

Xəbər verdiyimiz kimi ötən şənbə günü Azərbaycan İslam Partiyasının mərkəzi ofisində İmam Museyi-Kazımın(ə) şəhadəti ilə bağlı dəyirmi masa təşkil edilib. Tədbirdə ölkənin bir neçə tanınmış ictimai-siyasi xadimi, ruhani alimlər, ictimaiyyət nümayəndələri iştirak edib.

İslaminsesi.az-ın verdiyi xəbərə görə, toplantı iştirakçıları öncə, AİP-in sədr əvəzi Hacı Elçin Manafovun yeddinci imam Museyi-Kazım(ə) haqqında, Onun keşməkeşli və məşəqqətli həyatı barədə geniş çıxışını dinlədilər. E. Manafov İmamın atasının- İmam Cəfər Sadiqin(ə) məzhəbimizin banisi olduğunu, həyatını İslam elmi və maarifinə həsr eydiyini, dövrünün böyük mütəfəkkiri kimi tanındığını, Onun cəmiyyətdə hikmət-fəzilət sahibiliyini sübuta yetirən hədis və tarixi mənbələrlə, göstərilən faktlarla izah etdi. O, qeyd etdi ki, İmam Museyi-Kazım(ə) həm də dövrünün mübariz insanlarından olub və bu günün mövsümləri, abgülləri, talehləri ondan ilham alıb.

“İmamın həyatı Abbasilər xilafətinin Mənsur, Mehdi Abbasi, Harun ər Rəşidin xəlifəliyi dövrünə təsadüf edib. Dövrün zalım hökmdarları İmama olmazın əziyyətlər verib. O, həyatının on ilini müxtəlif zindanlarda keçirib. Buna baxmayaraq hər addımında zülmə qarşı mübarizə aparıb, məşəqqətlərdən sarsılmayıb,”- deyə, hacı vurğulayıb.

AİP siyasi şöbəsinin rəhbəri A. Heydərli çıxışında İmam Museyi-Kazımın(ə) həbsxana həyatı ilə müasir dövrdə hüquqları pozulmuş, haqsız yerə məhrumiyyətlərə düçar edilən və ittiham olunan islamçı məhbusların daşıdıqları çətinliklərlə paralellik apardı. O, dəyirmi masa iştirakçılarının diqqətini ayrı-ayrı dövrlərdə yaşasalar da, ağıllı və fəzilətli insanların haqq və hüquqlarının mütəmadi şəkildə ayrı-ayrı hakim zümrələr tərəfindən pozulması hallarına yönəltdi.

Qeyd etdi ki, bu gün məhz AİP sədri Hacı Mövsüm Səmədovun həbsinin əsas səbəbləri dövrün naqisliklərinə, insanların mənəvi hüquqlarının pozulmasına qarşı etirazı, mübarizəsidir. “Ölkəmizdə və dünyada siyasi əqidəsinə, inancına görə təzyiqlərə məruz qalan vicdan məhbusları kifayət qədərdir. İmamın həyatını özlərinə örnək kimi qəbul edən sadə insanlar, ruhanilər heç zaman zülmə boyun əyməyiblər. Bu gün insanlar üçün ayrı bir seçim qoymayanlar bilməlidirlər ki, belə şəraitdə İslam müqəddəslərimizin tutduqları yol kimi nümunələr də vardır. Maarifçilik, əqidəli insanların düzgün seçim edərək vəhdətdə birləşmələri vacibdir. Çıxış edəcək natiqlər fikirlərində İmam M Museyi-Kazım(ə) kimi nümunələrin həyatını indiki reallıqlarla, haqsızlıqlara məruz qalanların həyatı, cəmiyyət üçün gərəkli addımları ilə müqayisələrə diqqət vermələri yerinə düşərdi.” -deyə A. Heydərli dövrün siyasi və vicdan məhbuslarını bir daha xatırlatdı.

Toplantıda iştirak edən İslamçıların Hüquqlarının Müdafiə Komitısinin sədri Kərbəlayi Natiq Kərimov bir sıra vicdan məhbusunun fiziki durumunun yaxşı olmadığını dilə gətirdi. O, bildirdi ki, həbsxanalarda haqsız yerə məhkumluq həyatı yaşayan insanlara qarşı qərəzli münasibət bu gün də özünü göstərir. Məhbusların adi hüquqlarının pozulması halları müşahidə olunur. Hər hansı bir neqativliklə razılaşmayan məhbus dərhal xüsusi cəza rejiminə-karsa məriz qalır. N. Kərimov onu da qeyd etdi ki, elə bu günlərdə Hacı Mövsüm Səmədovun heç bir əsaslı səbəb olmadan karsa salınması baş verib, sonradan məlum olub ki, M. Səmədov sadəcə həbsxanada baş verən qanunsuzluqları dilə gətirmiş, bunun insanlar üçün, bütövlükdə cəmiyyət üçün zərərli olmasını diqqətə çatdırmışdır.

Sonra söz ruhani alim Hacı Sərdara verildi. Geniş məzmunlu çıxışı ilə Hacı məclis iştirakçılarında, istər İmam Museyi-Kazımın(ə) həyatı, dövrünün zalım hökmdarları və İmamın bu səbəbdən çəkdiyi məşəqqətlər, müxtəlif dövrlərdə, müxtəlif həbsxanalarda məhbus həyatı yaşaması və heç zaman sarsılmaması, istərsə də müasir dövrdə insanların hüquqlarının pozulması halları və bunu doğuran əsas səbəblər haqqında mülahizələri dərin təəssüratlar yaratdı. O, qeyd etdi ki, hər hansı bir məmləkətdə qanun, ona nəzarət və qanunu pozanlara cəza obyektiv, ədalətli olmasa, o məmləkətdə hər kəsin hüququ pozula bilər. Natiq bildirdi ki, hər şeydən öncə qanunlar insanların maraqları və sosial, mənəvi hüquqlarının qorunması əsasında tərtib və qəbul edilməlidir.

“Qanunlar hər bir vətəndaşa bərabər hüquq əsasdında tətbiq edilməli, nə cinayət cəzasız, nə də cəza cinayətsiz olmamalıdır. Müsəlman məmləkətdə cəmiyyət üzvləri Allaha yaxınlıqları, sədaqətlilikləri ilə, dininə, xalqına, vətəninə sadiqlikləri ilə dəyərləndirilməlidirlər.”-deyə, Hacı Sərdar fikrini tamamladı.

Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyev müasir dövrün mübarizə taktikasının mahiyyətində cəmiyyətdə olan qarşılıqlı təəssübkeşliyin mühüm yer tutduğunu dilə gətirdi. O, bu mühüm məziyyətin zəif olduğunu və nəticədə cəmiyyətin mübarizə həyatında süstlüyün baş verdiyini vurğuladı. Ə. Əliyev nitqində hakimiyyətin haqsızlığı zülmlə həyata keçirmək istəyindən danışarkən həm də bu gün onun ağır şərtlərini qəbul etməyən, məhbus həyatını əqidəsini dəyişməkdən, tutduğu düz yoldan çəkinməməkdən, insan haqq və hüquqlarının pozulmamasından üstün tutmaq kimi keyfiyyətlərə maklik əqidə sahiblərinin olduğunu bildirdi.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Rəşid Mansurov çıxışında tarixi nümunələrin, o cümlədən İslam müqəddəslərinin həyatlarının hadisələrdən nəticə çıxarmaq üçün bir məktəb, bir dərs olduğunu diqqətə çatdırdı.

“Məncə zindan azadlıqdan ötrü zahiri bir əlamətdir. İnsanın qəlbi, təfəkkürü, düşüncəsi azad olmalıdır, İmam Museyi-Kazım(ə) kimi. İmamlar dövrünün fərqli həyat, fərqli əməl, xüsusi proqram sahibi olmuşlar. Onlar dövrü, zamanı düzgün qiymətləndirməyi bacarmış, cəmiyyətin, bəşəriyyətin aydın gələcəyi naminə dövrün zülmkarlarının iç üzünü açmış, bu yolda hətta özlərini, canlarını fəda etmişlər.”- deyə, bildirdi. 

Çıxış edən “Vətən” blokunun icra katibi Mais Güləliyev, VİP funksioneri Cavid Cabbarlı, “Nəbz” qəzetinin baş redaktoru Qurban Cəbrayıl, Nardaran ağsaqqalı Hacı Əli, AİP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Hacı Fayaz Nəbizadə, AİP sədrinin Təşkilat məsələləri üzrə müavini Kərbəlayı Vüqar İbayev İmam Museyi-Kazımın(ə) keçdiyi həyat yolu və məhrumiyyətləri ilə müasir dövrün azadlıqsevər insanları, əqidə sahibləri olan siyasi məhbuslar arasındakı oxşar cəhətlərdən, insan azadlıqlarının dəyərləndirilməsinin vacibliyindən, mübarizə metodlarından danışdılar.


İmamın şəhadəti münasibətilə sonda ehsan süfrəsi açıldı./İslaminsesi/


 
İmam Museyi Kazimin şəhadəti keçirildi 

Bu gün İmam Museyi Kazimin (ə) şəhadətidir

İslamazeri.az-ın verdiyi xəbərə görə, "Cəfəri" heyəti İmam Museyi Kazimin (ə) şəhadəti ilə bağlı tədbir təşkil edib.

Tədbirdə ilahiyyatçılar Hacı Seyid Mircəfər Əyyubzadə və Kərbəlayi Fərhad Mirzə çıxış edib, Kərbəlayi Zaur nöhə və mərsiyələr oxuyub.

Tədbirdə zindanda olan islamçılar yad edilib.



İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü 25 rəcəb - 6 şəban (25 may – 3 iyun)

16 may, 2014-cü il tarixində Müqəddəs Qum şəhərində Azərbaycan Hicab Məhbuslarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan komitənin sədr müavini, Əhli-Beyt (ə) səmasının 7-ci parlaq ulduzu İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə Əsrin İmamı (əc), Cənab Rəhbər, dünya müsəlmanlarına və ədalətsevər insanlara başsağlığı verib. İmam Sadiqin (ə) əziz oğlu İmam Kazimi (ə) Əbu-İbrahim adı ilə də çağırıblar. İmam (ə) hicri 128-ci ildə Məkkə və Mədinə arasındakı Əbvada dünyaya göz açıb, 183-cü ildə Kazimeyndə şəhadətə yetirilib. İmam (ə) həm də İmam Riza (ə) və xanım Məsumənin (sə) atasıdır. Sonra komitə sədri çıxış edib. O, 2008-ci ilin sonunda «Həftə içi» qəzetinə müsahibə verən AİP sədri Mövsüm Səmədovun Qərb, ABŞ, İsrail əleyhinə çıxışlarını, 10 dekabr 2010, 5 oktyabr 2012, 6 may 2014-ci il tarixli hicab aksiyalarını, yada salıb. Komitə sədri 25 may-3 iyun günlərinin İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü kimi qeyd olunmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və komitə rəhbərliyi, fəalların, tələbələrin yekdil razılığı ilə qəbul edilib. Komitə iclasının gedişində bəyanat hazırlanıb və bu bəyanatla islamçı məhbuslardan dolayı narahatlığı davam edən Azərbaycan dini cameəsinə müraciət edilib. Bəyanatın mətni ilə tanış olun:

İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü ilə bağlı bəyanat

Bismillahir-Rəhmanir-Rəhim

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi İslam tarixində həbs həyatı, işkəncələrlə yadda qalmış İmam Musa Kazimin (ə) şəhadət ildönümü günündən başlayaraq Azərbaycanda İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü keçirilməsinə qərar verib. Bu ongünlüyə dəyərli tarixlər daxildir: 25 rəcəb İmam Musa Kazimin (ə) şəhadət ildönümü, 27 rəcəb Məbəs bayramı, 3 şəban İmam Hüseynin (ə) mövlud ildönümü, 4 şəban həzrət Əbülfəzlin mövlud ildönümü, 5 şəban İmam Səccadın (ə) mövlud ildönümü. 
HHMMK Azərbaycan dini cameəsinə, bütün ədalətsevər, əhli-beytsevər azərilərə müraciət edərək bu ongünlüyü islamçı məhbusların azadlığı yolunda bir hərəkata çevirməyə çağırır. Bu ongünlükdə konfransalar, seminarlar keçirmək, islamçı məhbuslara və onların ailələrinə baş çəkmək, Azərbaycanın din və vətən yolunda canından keçmiş oğullarının qəbrini ziyarət etmək, broşurlar, kitabçalar, CD-lər hazırlamaqla cəmiyyətimizi onun gələcəyini hədələyən unutqanlıq halından çıxarmaq nəzərdə tutulur. 
Əziz azərilər! Əziz həmvətənlər! Dini dəyərlər və dini fəalların həbsi ilə barışmaq millətimizə heç bir xoş vəd vermir. Onlar mətbuatda, toplantılarda, meydanlarda “İslama azadlıq”, “Hicaba azadlıq!” deyə fəryad qopardılar və bu fəryadları ilə din düşmənlərinin qəlbinə qorxu saldılar. Bu böyük insanlar çirkin şəkildə şərlənərək sifarişli məhkəmələrin hökmü ilə azadlıqdan məhrum edildilər. Onların müqəddəs işini davam etdirmək biz müsəlmanların borcudur. İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü dini cameəmizdə dirçəliş, oyanış günləri olacaq. Həmin ongünlükdə ölkə daxilində və xaricdə Azərbaycanın islamçı məhbusları, vicdan məhbusları, siyasi məhbusları xatırlanacaq. Həmin tədbirlər uzun müddətə azadlıqdan məhrum edilmiş Azərbaycan oğulları üçün bir təsəlli olacaq, cəmiyyətimizi durğunluqdan qurtaracaq.
İclasda bu tarixi ongünlük üçün işçi proqram təklif olunub:
1.Məhbusların fəaliyyətlərini dəyərləndirmək məqsədi ilə mərasimlər keçirmək;
2.Bu ongünlükdə müxtəlif münasibətlərlə keçiriləcək tədbirlərdə islamçı məhbusları yada salmaq;
3.Məhbus ailələri ilə görüşlər təşkil etmək;
4.Mətbuatda, xüsusilə İslam mətbuatında ongünlük boyu məhbusların həyat və fəaliyyətlərini işıqlandırmaq;
5.Ongünlüklə bağlı sosial şəbəkələrdə aparılan kampaniyalara qoşulmaq;
6.Məscidlərdə və dini yığıncaqlarda məhbusların azadlığı üçün dua və təvəssül;
7.Məhbusların azadlığı üçün fərdi qaydada dua və zikrlər;
8. "İslamçı Məhbuslara Azadlıq" devizi altında konfrans, seminar, dəyirmi masaların təşkili;
9.Məhbusların həbsxana problemlərinin aradan qaldırılması üçün yardım;
10.Məhbus ailələrinin normal həyat səviyyəsinin təmini üçün yardım, məhbus övladlarına təhsil, iş və ailə qurmaqda yardım;
11.Məhbus ailələri üçün ölkə daxili və xaricdə ziyarət səfərlərinin təşkili;
12.Məhbus ailələri üçün bank hesablarının açılması və azadlıq gününə qədər maddi dəstək;
13.Hazırkı və keçmiş məhbusların ziyarəti, maddi və mənəvi dəstək;
14.Məhbusların azadlığı üçün imza toplamaq, səlahiyyətli orqanlara müraciət etmək; 
15.İslamçı məhbusların unudulmaması ilə bağlı Allah-Taala, Əsrin İmamı (əc) ilə əhd-peyman bağlamaq, sədaqət andı içmək. 
Yaşasın İslam! Yaşasın Ədalət! Yaşasın fədakarlıq və isar! Yaşasın din və ədalət yolunda özünü oda atanlar! 
O gün uzaqda deyil. Yaxın gələcəkdə biz bütün islamçı məhbusları, vicdan məhbuslarını öz aramızda gör