Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

İmam Musa Sədrin öz qızına dinlər haqqında cavabı

İmam Musa Sədrin qızı və İmam Musa Sədr adına Mədəni Araşdırmalar Mərkəzinin müdiri Həvra Sədr öz atasından belə bir xatirə nəql etdi: Yadımdadır ki, azyaşlı olduğum zaman atamdan dinlər və dinlərin ardıcılları haqqında soruşdum. Sualım dəqiq olaraq yadımda deyil. Bəlkə də belə idi: Axirətdə kim nicat tapacaq. Lakin atamın cavabını dəqiq yadımda saxlamışam. Onun cavabı “Bəqərə” surəsinin bu (62-ci – red) ayəsi idi: “İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.”
Onun cavabı ona görə mənim üçün maraqlı idi ki, bu sualı nə çıxışda soruşdum, nə də şüar verəcək bir toplu yanında. Qızı ilə etdiyi xüsusi bir söhbət idi. Onun bu cavabı göstərdi ki, bu ayəyə və dinlərin yaxınlığına etiqad bəsləyir.
Bu xatirə mənim üçün bunu göstərirdi ki, dinlər arası vəhdət və təfriqə əvəzinə hamını bir yerə toplamaq istəyi onun qəlbi istəyi idi. Bu etiqad hətta qızına cavab verərkən belə aydın sezilirdi.

Nur-az.com


1370 بازدید
در حال ارسال اطلاعات...