Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Möminlərin sevinci

Əgər möminlər dünyanın halal nemətlərindən də yetərincə istifadə etmirlərsə, bəs onları şadlandıran nədir? Uyğun hədisdə Allah-təala buyurur: “Onlar dünyada üç şeyə xoşhal olarlar: Allahın zikri, Allahın məhəbbəti, Allahın razılığı. Allahı sevən insan təbii olaraq onu xatırlayır və bu düşüncələrdən ləzzət alır. Vüsal dəmi çatanadək Allah aşiqlərini məşğul edən və sevindirən Allahın xatırlanması, Onun zikridir. İmam Səccaddan (ə) nəql olunmuş duada oxuyuruq: “Qəlbim zikrinlə diridir.” (“Biharül-ənvar”, c. 98, s. 89.)