Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Nümunə səbr

Kaşiful-Ğita İslam məktəbi və şiə aləminin böyük alim, fəqihlərindən olub. Onun şagirdləri arasında fəqih və alimlər çox olub. Minlərlə insan Fitr bayramı namazını həzrət Əlinin (ə) hərəminin səhnəsində yerinə yetirirdi. Çox kasıb bir insan mərhum Kaşiful-Ğitaya yaxınlaşıb deyir: “Camaatın gətirdiyi fitrə pullarından mənə də ver, çox ehtiyacım var.” Kaşiful-Ğita buyurur: “Mən o pulların hamısını lazım olan yerə çatdırmışam. Məndə o pullardan qalmayıb.” Yoxsul şəxs böyük alimin sözlərindən bərk əsəbləşərək ağzının suyunu ona tərəf atır və deyir: “Sən ki mənim kimi fəqirə kömək edə bilmirsən nəyə görə orada əyləşmisən?”
Kaşiful-Ğita üzündə və saqqalındakı ağız suyunu silir. Əbasını götürüb ayağa qalxır, üzünü namaz qılanlara tutub buyurur: “Kim məni çox istəyirsə imkanı həddində bu əbay