Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

İmam Məhdinin (ə) kəramətləri (Baş vermiş həqiqətlər əsasında)

İflic xəstəliyinə tutulmuş körpə uşağın şəfası

Ömrünün 20 ilini müqəddəs Cəmkəran məscidində xidmətçi işləyən, bu məscidin görkəmli heyət üzvlərindən biri belə söyləyir:
1971-1972-ci illər idi. Dəqiq yadımda deyil. Cümə axşamı həmişəki kimi məscidə getmişdim. Qədim İran məscidinin qarşısında, məscidin işçilərindən biri mərhum Hacı Əbülqasim ağanın yanında oturmuşdum. O, balaca xüsusi dükanın içində qəbz verib, pul alırdı. Məğrib və işa namazı qurtardı. Cəmiyyət az-çox gəlib-gedirdi. Həmin vaxtda bir xanım bizə yaxınlaşdı. O, təqribən 12-13 yaşında görünən qızının əlindən tutmuş və 9 yaşında da görünən oğlan uşağını qucağına almışdı. Oğlanın ayaqları iflic idi. Onlara diqqətlə baxdım və dedim: Buyurun, nəsə işiniz vardır?
Xanım salam verdi və mən də salamın cavabını aldım. O heç bir müqəddimə olmadan dedi: «Əgər imam Zaman (ə) uşağıma bu gecə şəfa versə, 5000 tümən pul nəzir verərəm. İndi isə istəyirəm hələlik 1000 tümən verəm!»
Mən dedim ki, xanım, imtahan edib yoxlamağa gəlmisən?
O, cavab verdi ki, bəs mən nə edim?
«Qətiyyətlə de ki, bu 5000 tümən pulu nəzir edir və övladıma şəfa istəyirəm!»
Xanım bir az fikirləşdikdən sonra dedi: «Çox yaxşı, qəbulumdur.»
5000 tüməni verdi və qəbz alıb getdi. Bu söhbətdən 3-4 saat keçmişdi. Söhbəti həqiqətən unutmuşdum. Gecənin axırı idi. Bir qadın mənə yaxınlaşdı. Amma bu dəfə o, qızıyla bərabər oğlan uşağının da əlindən tutmuşdu. Əvvəlcə mənə elə gəldi ki, qabaqcadan qız uşağını görmüşəm. Amma yadıma düşmədi. O, dayanmadan bizə dua edib deyirdi: «Allah sizə uzun ömür versin, Hacı ağa, Allah inşallah sizi müvəffəq etsin!» Dedim: - Nə olub xanım? Dedi: - Bu uşaq həmin uşaqdır ki, gecənin əvvəlində sizin yanınıza gələndə qucağımda idi. Xanım uşağın ayaqlarını göstərdi. Tamamilə sağalmışdı. İflic və zəiflikdən əsər-əlamət qalmamışdı. Xanım dedi: - Sizi Allaha and verirəm, heç kəs bunu başa düşməsin! Dedim: Bacı, bu cür hadisələrlə biz tez-tez üzləşirik. O söylədi: - Gələn həftə inşallah atası ilə gələcəyik və bir qurbanlıq qoyun da gətirərik. Sağollaşdı və getdi. Növbəti həftə onlar gəldilər və qurbanlıq qoyun da gətirmişdilər. Qoyunu kəsdilər və bizə də təşəkkür etdilər. Mən uşağın özünü gördüm və qucaqlayıb öpdüm. Beləliklə, bu həqiqətin canlı şahidi oldu. 

Xərçəng xəstəliyinin şəfası

Bir qoca kişi nəql edir: - Mənim xəstəliyim sadə və yüngül bir soyuq dəymənin nəticəsində başladı. İyirmi beş gün ərzində o qədər halım pis oldu ki, Şəhid Mustafa Xomeyni adına xəstəxanada yatmalı oldum. Yemək yeməyə qüdrətim yox idi. Sistem və dərman vasitəsi ilə məni yaşadırdılar.
Bir gün qohumlarımdan biri məni görməyə gəldi. O gedəndən sonra gördüm ki, bir seyyid bizim otağımıza daxil oldu. Otaqda üç çarpayı vardı. Seyyid mənim çarpayımla üz-üzə dayandı və buyurdu: «Niyə yatmısan?» Dedim ki, xəstəyəm, vəziyyətim ağırdır.
Ağa buyurdu: «Sabah Cəmkərana gəl!»
Səhər çağı həkim gəldi ki, məni müayinə eləsin. Dedim ki, istəmirəm. Məni müayinə eləməyin. Həkim bilirdi ki, buna görə məsuliyyət daşıyır. Dedim: Məsuliyyəti özüm boynuma götürürəm. Əgər ölsəm, özüm məsuliyyət daşıyacağam, mən sağalmışam. İmam Zaman (ə) mənə şəfa verib. Həkim güldü və dedi: «İmam Zaman (ə) quyudadır (əlbəttə, pis niyyəti yox idi. Zarafatca bu sözü dedi). Şəfqət bacısı sistem vurmaq istədi özüm qoymadım. Elə ki, uşaqlarım məni görməyə gəldilər dedim ki, məni hamama aparın Cəmkəran məscidinə hazırlaşım. Hamama getdim. Qurbanlıq hazırladım. Neçə gün idi ki, elə bil qarnımda bir daş parçası qalmışdı. Yeməyə də meylim yox idi.
İştaham açılmışdı, daş da tamamilə aradan getmişdi. Əlbəttə, yemək yeməkdə hələ bir az çətinlik çəkirəm. Ümid edirəm ki, imam Zaman (ə) bunun da şəfasını verəcək. Sonra Cəmkərana getdim. Yolüstə ağlaya-ağlaya imam Zamanı (ə) çağırırdım və onun mərhəmətinə görə ona təşəkkür edirdim.

İflic xəstəliyinə şəfa və “fərəc” duasına sifariş etmək

İmam Hüseynin (ə) aşurasından bir gün əvvəl, müqəddəs Cəmkəran məscidinin həyətində gəzirdim. Məscid çox sakitçilik idi. Qəflətən bir kişini həyəcanlı halda məscidin xidmətçilərinə yaxınlaşaraq öpüb qucaqladığını gördüm. Elə ki, ona yaxınlaşdım məni də qucaqlayıb öpdü. Gözlərindən yaş axırdı. Nə olduğunu ondan soruşdum. Dedi: - Neçə vaxt əvvəl avtomobil qəzası nəticəsində iflic olmuşdum. Ayaqlarım işdən düşmüşdü. Yeriməyi bacarmırdım. Hər gecə Allaha və məsum imamlara təvəssül edirdim. Bu gün ailəmlə Cəmkəran məscidinə gəldik. Günortadan sonra xoş hal idim. İmam Zaman (ə)-a təvəssül eləmişdim. O Həzrətdən (ə) şəfa verməsini istədim. Yarım saatdan sonra, birdən gördüm ki, məscid qəribə şəkildə nurlanıb və gözəl ətirli olub. Ətrafa baxdım. Gördüm ağam Əmirəl möminin Əli (ə), imam Hüseyn (ə), Qəməre Bəni Haşim Həzrət Əbul Fəzl (ə) və imam Zaman (ə) məsciddədirlər. Onları görcək özümü itirdim. Bilmədim nə eləyim. Birdən imam Zaman (ə) mənə tərəf baxdı və o Həzrətin lütfü və diqqəti mənim halımı dəyişdi. Mənə buyurdu: «Siz sağalmısınız, gedin başqalarına deyin ki, zühurum üçün dua eləsinlər. Zühurum, inşallah, yaxındır. Bu gecə bu məkanda yaxşı və geniş əzadarlıq olacaq, biz də burada olacağıq.»
Xidmətçi söyləyir: - O kişi şəfa tapdı. Bir qızıl üzük idarənin hədiyyə şö’bəsinə təqdim etdi və sevinərək getdi. Məsciddə sakitçilik idi. Gecənin axırı bir əzadar dəstə Təbrizdən Cəmkəran məscidinə gəldi. Əzadarlıq və növhə oxumaqla məşğul oldular. Məclis çox gözəl və insanın mənəviyyatını oyadan bir məclis idi. Məclisə baxdıqca o kişinin söylədiklərini yadıma salırdım.

Zəhərlənərək ölmüş cavanın şəfası

Bir cavan şəxs belə deyir: Zəhərləndikdən sonra Şiraz xəstəxanasında neçə gün bihuş halda yatırdım. Həkimlər mənim sağalacağımdan ümidlərini kəsmişdilər. Qardaşım həmin vaxt çarpayımın yanında idi. O deyir ki, ürəyin işləməsini göstərən aparat ekranda saf üfüqi xəttin uzunluğunu göstərməyə başladı. Qardaşım ağlayaraq özünü mənim üstümə atdı. Həkimlər onu otaqdan çölə çıxartdılar. Bədənimdə olan müalicə ləvazimatlarını götürdülər. Mənim cənazəmi qohumlarıma verməyə hazırlaşırdılar.
Birdən yaşamaq hissi məndə canlandı, ürəyim işləməyə başladı. Qanımın təzyiqi üçdən ona çatdı. Həkimlər təcili məni Sədi adına xəstəxanaya qanımı təmizləməyə apardılar. Həkimlərin nəzərinə və əqidəsinə görə, əgər dializ (qanın dəyişməsi) də olsa, hələ sağ qalmağım məlum deyildi. Amma mən sağ qaldım.
Bibim möminə və təqvalı bir qadındır. Həmişə məsum imamları yuxuda görür. Yetmiş doqquz yaşı var. Elə ki, mənim halımın pis olmasını və ölüm xəbərimi ona çatdırmışdılar, o gecə yuxusunda imam Zamanı (ə) görür. Həzrət (ə) bibimə “Qorxmayın və narahat olmayın! Biz sizin cavanın şəfasını Allahdan istəmişik. Allah sizin cavana şəfa verdi”- buyurur.
Bibim yuxudan oyanarkən otaqda Həzrət Məhdinin (ə) gözəl ətrini hiss edir. Mənim şəfa tapmağımı qohumlarıma deyir. Əvvəlcə hamı onu məsxərə edərək ələ salırlar. Sözünə inanmırlar.
Bu möcüzədən sonra o Həzrətə (ə) təşəkkür etmək üçün müqəddəs Cəmkəran məscidinə yola düşdüm.

Övlad sahibi olmaq üçün dua

Bir nəfər belə söyləyir: On altı il idi ki, evlənmişdim. Amma övladım olmurdu. Bütün həkimlərə müraciət elədim, müalicə də aparıldı. Amma nəticə vermədi. Həkimlərin nəzərinə əsasən, ər-arvad hər ikimiz sağlam idik. Uşağın olmaması səbəbini isə bilmirdilər.
Xülasə, hər yerdən ümidsiz oldum. Həyatım da puç olurdu. Bir gün dostlarımdan biri dedi: Həkimlərə az müraciət elə. İmam Zamanın (ə) yanına get və istəyini o Həzrətdən (ə) tələb elə!
Cəmkəran məscidinə yollandım. Ürəyi sınıq halda namaz qıldıqdan sonra ağaya təvəssül e