Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Şeyx Noxudəkinin 14 tövsiyəsi

Şeyx Noxudəki İsfahani hələ yetkinlik, büluğ həddinə çatmamış ustadlarının hüzurunda kamal və mərifət yolunu keçib arif olmuşdu. O, rəcəb, şəban və ramazan aylarını ömrünün sonuna qədər oruc tutub. Şeyx Noxudəki hicri-qəməri 1361-ci ildə dünyasını dəyişib, İmam Rizanın (ə) pak məzarı civarında Abbasi eyvanında dəfn olunub.
Vəfat ildönümü günlərində Şeyxi yada salır, onun həyatını nəzərdən keçiririk. Şeyx Həsənəli Noxudəki hicri-qəməri 1279-cu ildə dindar bir ailədə dünyaya göz açıb. Atası Molla Əliəkbər təqvalı, alim bir insan olub. Arif Hacı Məhəmmədsadiqdən kəramətlər görmüş Molla Əliəkbər 22 il onun ona xidmət edib, onunla yanaşı ibadət və riyazətə məşğul olub. Molla Əliəkbər qazancının yarısını Arif Məhəmmədsadiqlə birlikdə yoxsullara paylayıb.
Şeyx Həsənəli uşaq yaşlarından başlayaraq atasının təsiri ilə kamal yolunda qədəm götürüb. Atası hər sübh onu oyadar, namaz və raz-niyazla tanış edərdi. 11 yaşınadək arif Məhəmmədsadiqin hüzurunda olan Noxudəki onun göstərişlərindən faydalanıb. Həsənəli çox vaxt gecələri sübhədək oyaq qalardı. 11 yaşından ömrünün sonunadək ildə üç ay ardıcıl və beyz günləri oruc tutub.
Əyanlardan biri nəql edir ki, uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirmiş. İmam Rizanın (ə) ziyarətinə gedir və orada halı pisləşir. Xidmətçilərdən biri onu Şeyx Noxudəkinin yanına göndərir. Noxudəki ona bir parka qənd verib deyir: “Bir çox xəstəliklər xəstəliyi unutmaqla sağalır.” Həmin şəxs Şeyxin verdiyi qəni yeyir və xəstə olduğunu üç gün unudur. Əhvəlatyı Şeyxə danışanda Şeyx tapşırır ki, bu barədə heç kimə bir söz deməsin. Bu şəxs on il səbir edir. On ildən sonra bir məclisdə əhvalatı danışır və xəstiliyi geri qayıdır…
Bir şəxs nəql edir: Həyat yoldaşım altı ay idi yataqda idi. Dostların məsləhəti ilə Noxudəkinin yanına getdim. Vəziyyəti danışdım. Bir xurma verib dedi ki, ye. Dedim ki, mən xəstə deyiləm, zövcəm xəstədir. Dedi sən ye, sonrası ilə işin olmasın. Düşündüm ki, yəqin xəstəmə ümid olmadığı üçün belə edir. Amma xurmanı yedim. Evə qayıdanda heyrətdən donub yerimdə qaldım. Zövcəm xəstə deyilmiş kimi yataqdan qalxmışdı…

* * *

Şeyx Noxudəkinin 14 tövsiyəsi:
1.Yövmiyyə (gündəlik) namazlarını vaxtında qıl;
2.Xalqın istəyini yerinə yetirmək üçün çalış və düşünmə ki, hansısa iş əlindən gəlməz. Allah haqq yolda qədəm götürənə yardımçıdır;
3.Seyidləri əziz tut, yoxsulluqdan qorxmadan onlara pul xərclə. Pulun olmasa vəzifən də yoxdur;
4.Gecə namazını unutma, təqvalı ol;
5.O qədər oxu ki, təqliddə azad olasan;
6.Məkruh işlər bəndəni alçaldır, müstəhəb işlər onu yüksəldir – bunu unutma;
7.Əgər seyr-süluda bir məqama çatmışamsa, gecələr oyaq qalmaq, müstəhəbə əməl etmək, məkruhları tərk etməyin bərəkətidir. Əsası isə bütün əmllərin ruhu Peyğəbərə (s) xidmət olub;
8.İki şeyə diqqətli ol: halal ruzi və namaza diqqət. Bu iki şərt ödənsə qalan işlər düzələr. Qəlbin islahı, sübhlər “ya həyy və ya qəyyum” zikri də bunun üçündür.
9.İki tülu arasında (sübhdən gün doğana qədər) vaxtı 4 yerə böl: zikr üçün, dua üçün, Quran qiraəti üçün, ötən günün əməllərini fikirləşmək üçün. İbadətdə müvəffəq olsan şükür et, günaha batsan tövbə qıl;
10. Az da olsa hər gün sədəqə ver. Gecələr dünyanın etibarsızlığı haqqında düşün, gör öz əhli ilə necə davrandı;
11.Zikrdən qabaq salavatla qəlbinizi hazırlayın;
12.Gecə ibadətinə müvəffəq olmaq, çətinliklərin həlli üçün hər sübh Quran, xüsusilə Yasin oxu;
13.Pis adamlarla ünsiyyətdən yaranan istilik salehlərlə ünsiyyət vasitəsilə aradan qalxar;
14.Günahkarla yaxınlıqdan çəkinmək tapşırılıb. Bir vəsvəsənin zərərini uzun illərin zəhməti ilə aradan qaldırmaq olmur…

* * *

Şeyx Həsənəli Noxudəki ölümündən iki ay qabaq yaxınlarına bu barədə xəbərdarlıq etdi. Hətta həmin vaxtdan əvvəl bir dəfə ruhu bədənindən ayrıldı Amma İmam Rizaya (ə) təvəssüllə bəzi vəsiyyətləri yerinə yetirmək üçün həyata qayıtdı.


Nur-az.com


1382 بازدید
در حال ارسال اطلاعات...