Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Sələfi liderinin İŞİD açıqlamasına şərh

Bildiyiniz kimi, İraqda baş verən hadisələrlə bağlı aktual.az saytına açıqlama verən sələfi camaatının lideri Qamət Süleymanov İŞİD-in həm region, həm də Azərbaycan üçün real təhlükə olduğunu bildirib və özünü onun ən böyük düşməni adlandırıb.
Burda isə Molla Nəsrəddinin bir sözü yada düşür. Deyir ki, kimin nəyi itirsə, gəlib məndə axtarır və təsadüfən elə məndə də tapılır. Bu gün dünyanın hansı bölgəsində terror aktı törədilirsə, ilk şübhə Sələfi qruplarına yönəlir və nədənsə doğru da çıxır. Sözsüz ki, bütün sələfiləri terrorçu, başkəsən kimi təqdim etmək düz deyil. Lakin sual budur ki, nə üçün bugünkü başkəsənlərin hamısı eyni əqidəni bölüşürlər? Sələfiliyin yayıldığı bütün ölkələrdə qismən mötədil sələfiliklə paralel olaraq təkfirçilik, xəvaric və terrorçuluq da inkişaf edir. Bu, doğrudanmı təsadüfdür?!
Əslində isə sözügedən terrorizmin geniş vüsət tapmasını maddi və siyasi dəstəklərlə yanaşı onun elmi və mental əsasları ilə əlaqələndirmək və bunu da sələfiliyin təmin etdiyini söyləmək olar. Bu gün müxtəlif terror qruplaşmalarının İslam adı altında və “Allahu Əkbər” bağırtısı ilə baş kəsməsi, qətliamlar törətməsi sözdə terrorçuluğu pisləyən sələfi alimlərinin küfr, şirk, “Allah düşməni” və sair fətvalarının nəticəsidir. Səudiyyə Ərəbistanında Məhəmməd ibn Əbdülvəhhab tərəfindən yaradılmış Vəhhabi sələfiliyi və Hindistanda Şah Vəliyullah Dehləvi tərəfindən yaradılmış Deobəndi sələfiliyi bir adamda birləşir: İbn Teymiyyədə. Bu iki sələfi qolunun “uğurlu” məhsulları isə bunlardır: əl-Qaidə, ən-Nusra, İŞİD, Cihad, Taliban, Səhabə ordusu, Boko Haram və digər onlarla terrorçu təşkilat.
Sələfilik ümumi şəkildə deyir, təkcə demir, həm də dönə-dönə təkrarlayır və təbliğat aparır ki, təvəssül edən, ziyarətə gedən kafirdir və sair. Təkcə qalır bu "kafir"lərin qətlinə fərman vermək. Ərəbistan universitetlərinin birindən hər hansı yolla doktorluq dərəcəsi almış bir nəfər peyda olub bu fərmanı verəndə isə aləm qarışır bir-birinə.
İŞİD terrorunun mental bazası heç şübhəsiz, sələfilikdir. Bir vaxtlar Suriyada döyüşən terrorçuları qardaş adlandırmış Qamət Süleymanov haqlı olaraq deyir ki, İŞİD üçün sünni-şiə fərqi yoxdur, özləri kimi düşünməyən hər kəsə “kafir” deyib öldürürlər. İndi cənab Süleymanovdan soruşuruq: Məgər siz özünüz kimi düşünməyənlərə “kafir” demirsiniz?! Sizin ətrafınızda olan Mədinə tələbələrinin Youtube portalında yerləşdirilmiş dərslərinin əksəri elə bu barədədir. Onlar açıq şəkildə xalqa qarşı nifrət aşılamaqla, əksəriyyəti təşkil edən şiələrin etiqadlarını söyməklə məşğuldurlar. Bu baxımdan, sələfi liderinin İŞİD əleyhinə açıqlamaları səmimiyyətdən doğmur və sələfilərə yönəlmiş ictimai-siyasi qınağı dəf etməyə hesablanıb.
Bu gün İslam dünyasının ən böyük problemi sələfilik və vəhhabilikdir. Azərbaycanda da hər hansı məzhəb qarşıdurması yaranacağı təqdirdə bunun məsuliyyəti məhz sələfi və vəhhabi camaatının üzərinə düşəcək.

Nur-az.com


1696 بازدید
در حال ارسال اطلاعات...