Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2014

Azərbaycanda 5-ci hakimiyyət: Müğənnilər!

Yol polisi Azərbaycanın tanınmış müğənnilərindən birinin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq "cərimə meydançası"na aparıb.
Trend xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Elnarə Xəlilovanın idarə etdiyi "Jeep Wrangler" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb.

Belə ki, paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünür ki, müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb.

Video görüntülürdən görünür ki, "ELNARƏ" löhvəli avtomobili idarə edən müğənni Bakının Əzizbəyov heykəli yaxınlığındakı ərazidə yolla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl də edərək "salam" göndərir. Lakin bir neçə dəqiqədən sonra müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın "Azneft" meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı yerindəcə fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, görüntülərdəki 2013-cü il modelli "Jeep Wrangler" markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı Trend-ə bildirib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməllləri yolverilməzdir: "Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi və yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması qanunvericiliyin tələbinin pozulması deməkdir. Nəqliyyat vasitəsi mütləq dövlət nömrə nişanları ilə idarə edilməlidir və bütün hallarda, hava şəraitindən asılı olmayaraq, nömrənin görünməsi təmin edilməlidir. Əks halda kimliyindən asılı olmayaraq qanunvericiliyin bu tələblərini pozan şəxslərə qarşı müvafiq cəza tədbirləri görülür. Bu halda da kadrlardan göründüyü kimi Elnarə xanım Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar üsulla hazırlanmış və üzərində öz adı yazılmış lövhə ilə örtüb. Belə hallar yolverilməzdir. Məhz ona görə də həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilib".
Məsələ ilə əlaqədar Elnarə Xəlilovanın özünün münasibətini öyrənmək istəsək də, müğənni telefon zənglərinə cavab verməyib.


1423 بازدید
در حال ارسال اطلاعات...