Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Ramazan və oruc haqqinda 40 hədis


1. İmam Baqir (ə): "Hər şeyin bir baharı var, Quranın da baharı Ramazan ayıdır." ("Vəsailuş-Şiə", c.7, səh.218 / "Biharul-Ənvar", c.93, səh.246)

2. İmam Əli (ə): "Ramazan Allahın ayı, Şaban Rəsulullahın ayı, Rəcəb mənim ayımdır." ("Vəsailuş-Şiə", c.7, s.366)

3. Rəsulullah (s): "İnsan, Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi." ("Biharul-Ənvar", c.93, s.344)

4. İmam Sadiq (ə): "Ən yaxşı (fəzilətli) cihad, isti havada oruc tutmaqdır." ("Biharul-Ənvar", c.93, s.256)

5. Rəsulullah (s): "Səmanın qapıları Ramazan ayının ilk gecəsi açılar və son gününün gecəsinə qədər bağlanmaz." ("Biharul-Ənvar", c.93, s.344)

6. İmam Sadiq (ə): "Kim Ramazan ayında (Allahın kitabından) Qurandan bir ayə oxusa, digər aylarda Quranı xətm edən kəs kimidir." ("Biharul-Ənvar", c.93, s.341)

7. Rəsulullah (s): "Cənnət, hər il Ramazan ayının gəlişiylə bəzənib zinətlənər." ("Səfinətul-Bihar, c.2, s.67)

8. İmam Sadiq (ə): "İnsanın başına bir bəla (müsibət) gəldiyi zaman oruc tutsun." ("Məhəccətul-Bəyza", c.2, s.123)

9. İmam Zeynulabidin (ə): "Salam sənə olsun ey Ramazan ayı ki, heç bir ay səninlə fəzilətdə yarışa bilməz." ("Səfinətul-Bihar", c.2, s.12)

10. Rəsulullah (s): "Cənnət dörd adamın həsrətini çəkər, biri ramazan ayında oruc tutandır." ("Mustədrəkul-Vəsail, c.7, s.400)

11. Rəsulullah (s): "Ramazan ayı bütün ayların, Qədr gecəsi isə bütün gecələrin ağasıdır." ("Biharul-Ənvar", c.40, s.54)

12. Rəsulullah (s): "Kim Ramazan ayını oruc halda keçirə, haramlardan və böhtandan çəkinsə, Allah ondan razı olar və Cənnəti ona vacib edər." ("Biharul-Ənvar", c.93, s.346)

13. Hz. Peyğəmbər (s) xütbələrinin birində belə buyurmuşdur: "Hər kim Ramazan ayını susaraq oruc tutub, qulağını, gözünü, dilini, şəhvətini və bədən üzvlərini Allahın razılığı üçün yalandan, haramdan və qeybətdən qorusa, uca Allah onu özünə yaxın edər, belə ki, o şəxs Hz. İbrahim Xəlilullaha (onun mövqeyinə) çatar və onunla birlikdə olar." ("Vəsailuş-Şiə", c.7, s.117)

14. İmam Baqir (ə): "Ramazan ayının digər aylara üstünlüyü Rəsulullahın digər peyğəmbərlərdən üstünlüyü kimidir." ("Səfinətul-Bihar", c.2, s.123)

15. Rəsulullah (s): "Ramazan ayı elə bir aydır ki, başlanğıcı rəhmət, ortası bağışlanma və sonu Cəhənnəm atəşindən xilas olmaqdır." ("Biharul-Ənvar", c.93, s.342)

16. İmam Əli (ə): "Oruc, qul ilə Yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz." ("Qisarul-Cuməl", c.1, s.394)

17. Rəsulullah (s): "Hər şeyin bir qapısı vardır, ibadətin qapısı da orucdur." ("Məhəccətul-Bəyza", c.2, s.122)

18. Rəsulullah (s): "Oruc səbrin yarısıdır." ("Məhəccətul-Bəyza", c.2, s.121)

19. Rəsulullah (s) (Səhabələrdən birinə xitab olaraq): "Oruc tut, çünki oruc kimi bir ibadət yoxdur (onun yerini tutacaq bir şey yoxdur)." ("Biharul-Ənvar", c.93, s.254, "Məhəccətul-Bəyza" c.2, s.121)

20. Rəsulullah (s): "Allah.Təala buyurur: "Adəm övladının orucdan başqa, bütün yaxşı əməlləri özü üçündür; amma oruc mənim üçündür və mən mükafatını verəcəyəm." ("Ərkani İslam" (Oruc) Salman Ğaveci, s.16)

21. İmam Əli (ə): "İslam beş təməl üzərində qurulmuşdur; namaz, zəkat, həcc, oruc, vilayət." ("Biharul-Ənvar", c.93, s.257, "Məhəccətul-Bəyza", c.2, s.121)

22. Rəsulullah (s): "Oruc, Cəhənnəm atəşindən qoruyan bir sipərdir (qalxandır)." ("Məhəccətul-Bəyza", c.2, s.123)

23. Rəsulullah (s): "Üç əməl Allahın rəhmətindəndir: Gecə namazı qılmaq, mömin qardaşın halını soruşmaq və oruc tutmaq." ("Biharul-Ənvar", c.93, s.257)

24. Rəsulullah (s): "Allah.Təala mələkləri oruc tutanlara dua etməklə vəzifələndirmişdir." ("Məhəccətul-Bəyza", c.2, s123, "Biharul-Ənvar" c.93, s.253.255)

25. Rəsulullah (s): "Oruc tutanın yuxusu ibadət, susmağı təsbih, əməli qəbul və duası müstəcəb olar." ("Məhəccətul-Bəyza", c.2, s.122, "Biharul-Ənvar", c.93, s.248.253)

26. Rəsulullah (s. a. a): "Oruc tutanın duası rədd edilməz." ("Biharul-Ənvar", c.93, s.256)

27. Rəsulullah (s. a. a): "Cənnətin Rəyyan adlı bir qapısı var; o qapıdan ancaq oruc tutanlar girəcək." ("Biharul-Ənvar", c.93, s.252, Məhəccətul-Bəyza", c.2, s.122)

28. İmam Kazim (ə.s): "Oruc tutanın duası iftar vaxtı qəbul olar." ("Səfinətul-Bihar", c.2, s.64)

29. Rəsulullah (s): "Oruc tutan bir şəxs, özünə təhqir edilən zaman "Allahın salamı üzərinə olsun, mən bu gün orucam" desə, Allah.Təala buyurar: "Oruclu qulum mənə sığındı, onu Cəhənnəm atəşindən qoruyub Cənnətimə yerləşdirin." ("Vəsailuş-Şiə", c.4, s.121, "Səfinətul-Bihar", c.2, s.65)

30. İmam Sadiq (ə): "Oruc tutan hər mömin, sahur və iftar vaxtlarında Qədr surəsini oxusa, bu iki vaxt arasında Allah yolunda canını verən kimsə kimidir." ("Səfinətul-Bihar", c.2, s.67) 31. Rəsulullah (s): "Oruc tutan kəsin iki xoşbəxtliyi vardır; iftar vaxtı və Qiyamət günü." ("Biharul-Ənvar", c.93, s.249)

32. İmam Əli (ə): "Hər şeyin bir zəkatı vardır, bədənin zəkatı da orucdur." ("Nəhcul.Bəlağə", hikmətli sözlər 131, "Vəsailuş-Şiə" , c.4, s.3)

33. İmam Sadiq (ə): "Allah, orucu varlı ilə kasıb bərabər olsunlar deyə, vacib etdi." ("Vəsailuş-Şiə, c.7, s.3, "Məhəccətul-Bəyza" c.2, s.124

34. Xanım Fatimə (s.ə): "Allah, orucu ixlası sağlamlaşdırmaq üçün vacib etmişdir." ("Biharul-Ənvar", c.93, s.368)

35. İmam Riza (ə.s): "Əgər soruşulsa ki, niyə Ramazan ayının orucu, bundan az və ya çox vacib edilməyib? Belə cavab verilər: "Çünki bu, zəif və güclünün qüvvətinin çatdığı bir miqdardır." ("Biharul-Ənvar", c.93, s.370)

36. Rəsulullah (s): "Bu ay Ramazan deyə adlandırıldı; çünki bu ay günahları təmizləyər." ("Biharul-Ənvar", c.93, s.367)

37. Rəsulullah (s): "Canım əlində olan Allaha and olsun ki, oruc tutan şəxsin ağzının qoxusu, Allah yanında müşk qoxusundan daha yaxşıdır." ("Biharul-Ənvar". c.93, s.250)

38. Rəsulullah (s): "Oruc tutun ki, sağlam olasınız." ("Məhəccətul-Bəyza" c.5, s.160)

39. Rəsulullah (s): "Kim Ramazan ayının oruc tutarsa və haramlardan çəkin