Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Möminə zərər vurmaq olar?

Bir nəfər Mədinə şəhərində Səmərə ibn Cündəb adlı bir şəxsdən ev alır. Səmrə evi satanda şərt kəsir ki, həyətin ortasında olan xurma ağacını evlə birlikdə satmır. Ağac onun mülkü olaraq qalacaq.

Beləliklə, Səmərə hər gün xurma ağacına baxmaq üçün satdığı evə gəlir və ev sahibini narahat edir.

Ev sahibi Səmərədən şikayət etmək üçün Peyğəmbərin (s) yanına gedir. Peyğəmbər (s) Səmərəni çağırıb ona deyir: “O ağacı ev sahibinə sat.” Səmərə ağacı satmaqdan imtina edir. Peyğəmbər (s) buyurur: “Əgər ağacı ev sahibinə satsan sənin behiştə gedəcəyinə zəmanət verirəm.” Səmərə yenə də evi satmadığını deyir. Həzrət Peyğəmbər (s) evin azad olması üçün məşhur qayda olan “لا ضرر ولا ضرار فى الاسلام”, yəni İslamda zərərə səbəb olan heç bir hökm yoxdur – qaydasını tətbiq edir.

Daşürəkli Səmərə bu pis əməlindən əl çəkmək istəmirdi. Peyğəmbər (s) bu məşhur qayda əsasında ev sahibinə icazə verdi ki, ağacı kökündən çıxarıb küçəyə atsın. Səmərə də ağacını istədiyi yerdə əksin.

Səmərə yaradılmışların ən üstünü olan həzrət Peyğəmbərə (s) hörmətsizlik göstərdiyi, o həzrətə (s) itaətsizlik etdiyi üçün özü özünü behişt ağaclarından məhrum etdi, əziz Allahın mərhəməti qarşısında sədd oldu.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1453 بازدید
در حال ارسال اطلاعات...