Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Vəhhabilərin öz fiqhlərinə əsasən yol verdikləri bidətlər

Onların nəzərincə, Peyğəmbər (s) və səhabələrdən sonra baş vermiş yeniliklər bidət və haramdır, şirk və küfr səbəbidir. İbn Baz öz mövqeyinin sübutu üçün Peyğəmbərdən (s) bir rəvayət də sitat gətirir. Elə həmin rəvayətə əsasən də vəhhabilərin bidətlərinə nəzər salaq:

1.Müsəlmanları müşrik və kafir saymaq;
Peyğəmbər (s) və onun səhabələrinin dövründə belə bir münasibət yox idi. Hansı ki, fikir ayrılığı da olurdu, səhabələr mübahisə də edirdilər, savaş vəziyyəti də yaranırdı, hətta müsəlmanlar xəlifə saydıqları Osmanı öldürüb, yəhudi qəbiristanlığında basdırmışdılar. Bütün bunlara baxmayaraq, kimsə kimsəni kafir saymırdı. Vəhhabilər isə öz fiqhinə əməl edən, onlarla eyni fikirdə olmayanları şirk, küfr və dindən çıxmaqda ittiham edirlər. Onların bu işinin Qurana zidd olması ayələrdən aşkar görünür: “Müsəlmanlığını bildirənə kafir deməyin.” (Nisa surəsi, ayə 94) Bəli, vəhhabilərin aşkar bidətlərindən biri müsəlmanları kiçik işlərə görə şirk və küfrdə ittiham etmələridir. Onlar şərif ayə və öz nəql etdikləri rəvayətlərin ziddinə hərəkət edirlər.

2.Bəqi, Ühüd və Əbu Talib qəbiristanlıqlarına göstərilən münasibət;
Onlar qəbiristanlıqları hasara salır, gecələr və günün müəyyən saatları onların qapısını bağlamaqla qəbir ziyarətinə mane olur, qəbiristanlarda tablolar asıb, qeyri-münasib sözlər yazır, qəbirlər üzərində nəzarətçilər qoyurlar. Bütün bunlar bidətdir. Peyğəmbər (s) və onun səhabələri dövründə sadalanan işlərin heç biri mövcud olmamışdır. Mötəbər sünni mənbəyində nəql olunur: “Rəsulullah (s) gecə yarı, Ayişə yatdığı vaxt Bəqiyə qəbir əhlinin ziyarətinə gedirdi.” (“Səhih Buxari”, əlcənaiz, səh. 214, hədis 1340.) Başqa bir rəvayət: “Bəzən ölülər gecə dəfn olunar və Rəsulullah (s) növbəti gün onların qəbrinə namaz qılardı.” (“Səhih Müslüm”, əlcənaiz, səh. 412, hədis 974.)
Ən çirkin bidətlərdən biri budur ki, Ühüd şəhidlərinin qəbirlərini hasarlayıb, möhtərəm zəvvarların qəbiristana daxil olmasına mane olurlar. Ziyarət vaxtı səs gücləndiricilər ətrafda sakitliyi pozur, ziyarətçilərin hissləri təhqir olunur. Məgər müsəlman ziyarətçilərlə belə rəftar etmək bidət deyilmi?! Ziyarətçilərə bir belə maneə yaradanları Peyğəmbər (s) ardıcılı saymaq olarmı?

3.Məscidül-həram və Məscidün-nəbidə cənazə namazı qılmaq;
Cənazələri adı çəkilən məscidlərə daxil edib, meyit namazı qılan vəhhabilər belə bir rəvayət nəql edirlər:
Ayişə göstəriş verir ki, Səd ibn Əbu Vəqqasın cənazəsi məsciddən aparılsın və özü də ona namaz qılır. Müsəlmanların etirazı ilə qarşılaşan Ayişə deyir: “Peyğəmbərin (s) məsciddə Süheylə namaz qılmasını müsəlmanlar nə tez unutdu!” (“Səhih Müslüm”, əlcənaiz, səh. 412, fəsil 34, hədis 973.) “Səhih Müslim”dən daha mötəbər sayılan “Səhih Buxari”də bu məsələ açıqlanmır. “Əl-fiqh ələl-məzahibul-ərbəə” kitabının 1-ci cildində deyilir: “Məsciddə meyit namazı caizdirmi? – Məsciddə meyit namazı məkruhdur, hətta məscidin kənarında da – bu hənəfilərin və malikilərin mövqeyidir. Bildirilir ki, meyitə namaz qılınmamış onu məscidə daxil etmək məkruhdur. Hənbəlilər bu işi mübah, şafeilər isə müstəhəb sayırlar.” Başqa bir sünni kitabında mənbə göstərilmədən nəql olunur ki, Əbu Bəkr və Ömərin cənazə namazları məsciddə qılındı. (“Səlatul-mumin”, əl-Qəhtani, c.2, səh. 1277) İbn Baz deyir: “Məsciddə cənazə namazı caizdir. Bu namazı bayram namazı qılınan yerdə qılmaq əfzəldir.” (“Məcmuətül-fətavi”, Ben Baz, c. 13, səh. 164)
İndi özünüz qərara gəlin, məsciddə cənazə namazı qılınmasında təkcə bir rəvayətə istinad olunur və bu rəvayətdən də məlum olur ki, uyğun iş Peyğəmbər (s) dövründə adi sayılmışdır. Əgər bu rəvayəti düzgün saysaq, yalnız bir dəfə Peyğəmbər (s) məsciddə cənazə namazı qılmışdır. Sonra isə yenə də bircə dəfə Ayişə məsciddə meyit namazını yerinə yetirmişdi. Səhabələr dövründə belə bir namaz yalnız Ayişənin qıldığı namazdır və həmin namaz da etirazla qarşılanmışdır.
Mötəbər vəhhabi mənbələrindən məlum olur ki, onlar meyit namazında Quran və Peyğəmbər sünnəsinə zidd beş bidətə yol verirlər:

1.Dəlil göstərilən rəvayətdə Peyğəmbər (s) və Ayişənin Məscidün-nəbidə cənazə namazı qıldığı bildirilir. Bu rəvayətə əsasən Məscidül-həramda cənazə namazı qılınmasını caiz saymaq olmaz. Meyiti Məscidül-hərama daxil edib, meyit namazı qılmaq vəhhabilərin öz məntiqinə görə bidətdir.
2.Rəvayətdə həm Peyğəmbər (s), həm də Ayişənin cəmi bir dəfə bu işi gördüyü bildirilir. Rəvayətdən bu nəticə çıxmır ki, gündə məsciddə meyit namazı qılınmalıdır.
3.Rəvayətdə meyit namazının camaat namazından sonra qılındığı bildirilmir. Hansı əsasla bu namaz camaat namazından sonra qılınır?
4.Namazın təqibatı və nafilə namazları daha çox tapşırıldığı halda, meyit namazlarının hesabına müsəlmanlar bu işə imkan tapmırlar.
5.Meyit namazında azançı “əssəlatu ələl-əmvat” deyə Peyğəmbərin (s) kənarında haray salır. Hansı ki, vəhhabilər başqalarını həmin yerdə səsini çıxarmağa qoymurlar.
Cənazəni imkan daxilində tez dəfn etmək tapşırıldığı halda, sübh namazından sonra ölmüş adam dəfnə hazır olsa da, onu günortaya saxlayırlar ki, günorta namazından sonra meyit namazı qılıb, dəfn etsinlər. Bu iş əsil bidətdir. İndi özünüz görün ki, bu adamlar öz fiqhləri baxımından nə qədər bidətə yol verirlər.

Nur-az.com


1391 بازدید
در حال ارسال اطلاعات...