Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Ərdəbilin cümə namazı – 20 iyun (30 xordad)

Birinci xütbə


اعوذ بالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین




Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm

Bizə bundan böyük göstəriş yoxdur. Təqvasız insan özünü borclu edir. Çünki insan günaha batmaqla Allaha borclu olur.

Bu dünyada borclu adamdan borcunu təsdiq edən təzminat alırlar. Mənəviyyat və əxlaq sahəsində də günahkar insan öz günahlarının girovuna çevrilir. Allah-Taala buyurur ki, bütün insanlar öz əməllərinin girovudur. (bax: Muddəssir, 38)

Insan dünya həyatında günahlarını yuya bilməsə öləndən sonra belə bir imkanı olmur. Bu səbəbdən elə bu dünyada insan günahlarını yumağa çalışmalıdır.

Ramazan ayı tövbə vasitəsilə günahdan qurtuluş ayıdır.

Bu dünyada günahdan təmizlənməyin zərurəti barədə çox tövsiələr var. Peyğənbər (s) şəban ayının son cümə günü buyurdu: “Sizin canınız günahlarınız səbəbindən girova çevrilib. Tövbə etməklə özünüzü xilas edin.”

Ramazan ayı tövbə ilə təmizlənmək üçün böyük fürsətdir. Insanın bu dünyada günahdan xilas olmağa çalışmaması çox təhlükəlidir. Insan öləndə paklamaq yolu bağlanır və bir daha açılmır. Həzrət Əli (ə) Nəhcül-bəlağənin 183-cü xütbəsində böyük bir təhlükənin insana yaxınlaşmasından danışır. Insanlara xəbərdarlıq edir ki, nə qədər ki salamatsınız, xəstəliyə düçar olmamısınız, çalışın. Indi geniş dünyada yaşayırsınız və istədiyiniz işi görə bilərsiniz. Amma zaman gələr ki, kiçik qəbirdə sıxıntıya düşərsiniz. Nə qədər gec deyil, məsuliyyətinizi yerinə yetirməyə, günahlara tövbə qılmaqa, günahlardan qurtulmaqa səy göstərin.

Dünyadakı borcları ödəməyə vaxt çox olmur. Ölümdən sonra günahlardan paklamaq imkanı əldən çıxır. Artıq insanın əlindən heç bir iş gəlmir. Həzrət buyurur ki, dünya əməl yeridir, axirətdə bu möhlər başa çatır, sorğu-sual başlayır. (Nəhcül-bəlağə, xütbə 42)

Sipirtli içkilər bütün günahların açarıdır.

Əvvəlki söhbətlərimizdə namaz haqqında danışdıq. Bu gün başqa mövzuda danışmaq lazım gəlir. Bu, sipirtli içkinin haram olmasıdır. Təəssüf ki, son zamanlar bu çirkin iş genişlənib, hətta onun pis iş olması unudulmağa başlayıb. Insan öləndən sonra bəzi işlərin çox pis olduğunu başa düşəcək. Spirtli içki insanın Allah qarşısında böyük günahlarındandır.

Spirtli içki səhnəyə gələndə bərəkət aradan qalxır, bütün günahlara yol açılır. Bu çirkin əməl Allahın qəzəbinə səbəb olur. Şərab insanı Allah qarşısında üzüqara edir. Allahın qəzəbinə düçar olub dünyadan gedən insan, şübhəsiz ki, çəhənnəm odunda yanacaq.

Allah bütün peyğəmbərləri ilə əhd-peyman bağlayıb. Onları bu şərtlə peyğəmbərliyə seçib ki, spirtli içkinin haram olduğunu xalqa desinlər. Etiqada aid böyük günahlar arasında şirk o biri günahlardan öndə gəlir. Amma əməldə bütün günahların başlanğıcı spirtli içkidir.

Həzrət Peyğəmbər (s) şərabın günahı barədə xalqa buyurub: “Yəhudi və məsihilərə salam verin, amma şərab içənə salam verməyin.” Salamın cavabını almaq vacib olsa da, Peyğəmbər buyurur ki, şərab içənin salamını almayın.

Başqa bir məqamda peyğəmbər buyurur: “Yəhudi və məsihi ilə qonşu olmağın eybi yoxdur. Amma qonşunuz şərab içən olsa, evinizi dəyişin. Çünki şərab içənə bəla gəlsə, bu bəla qonşuları da tutar.” (Bihar, c.63, 499; Vəsail, c.17, 249)

Imam Sadiq (ə) qonaq getmişdi və Mənsurun adamlarında biri də orada idi. Ev sahibi Mənsurun adamının qarşısına şərab qoyanda İmam ayağa qalxdı və buyurdu: “Mən şərab olan süfrədə oturmaram. Çünki bəla gəlsə baxmayacaq ki, peyğəmbərin oğlu İmam Sadiqəm (ə), məni də alışdıracaq.” Dedilər ki, şərab süfrənin o biri başına, başqası üçün qoyulub. Imam buyurdu: “Allahın lənəti gələndə imamla başqaları arasında fərq olmaz.”

Həzrət qadınlara müraciətlə buyurur: “ Əriniz şərab içsə onun istəyini yerinə yetirməyin. Yerinə yetirsəniz göydəki ulduzlar sayda lənətə düçar olarsınız... Əgər qadın şərabxor ərinə tabe olsa və dünyaya övlad gəlsə, bu uşağın ruhu çirkaba batıb.” Bu işə görə şərabxor valideyn qiyamətə qədər məsuliyyət daşıyır.

Həzrət Əli (ə) buyurur: “Əgər quyuya bir damla şərab düşsə və onun üzərində minarə ucaltsalar, mən orada azan demərəm. Əgər bir torpağa həmin quyudan su verilsə, o torpaqda ot bitsə, oradan qoyun sürüsü küçsə, mən bu sürüdən olan qoyunun ətindən yemərəm.” Bütün xəlifələr imamların heybət və əzəmətindən qorxub. Xəlifələrdən biri göstəriş verdi ki, gecə vaxtı İmam Hadini (ə) (ya da İmam Məhəmməd Təqini) onun yanına gətirsinlər. Imam gələndə sərxoş xəlifə ona şərab təklif etdi. Imam buyurdu: “And olsun Allaha, mənim ətimə-qanıma şərab qatışmayıb və qatışmaz!”

Rəvayət olunur ki, İmam Rizaya (ə) onun şiələrindən birinin məst olduğunu xəbər verdilər. Həzrət çox narahat oldu. Necə ola bilər ki, imamın aşiqi olan şəxs bir qurtum şəraba görə imamı bu qədər narahat etsin!

Şərab içmək namazı atmaqdan pisdir.

Imam Sadiqdən (ə) soruşdular ki, şərab içmək pisdir, yoxsa namazı tərk etmək? Imam buyurdu: “Şərab içmək daha pisdir. Çünki şərab içən insan bir hala düşür ki, artıq Allahı tanımır.”

Imam Baqir (ə) buyurur: “İnsan onun ağlını məhv edən bir şeydən istifadə etsə Allah ona cəhənnəmin çirkin bir maddəsini, zinakarların cinsi orqanındaan gələn maddəni yedirər.”

Bu maddəni şərabxora içirərlər ki, şərab içməyin aqibətini görsün. Ona içirilən çirkin maddə içdiyinin ona qayıdan covhəridir. Insan dünyadan gedəndən sonra gördüyü nə varsa onun öz əməlləridir.

Imam (ə) buyurur: “Əgər bütün pisliklər bir evə toplansa, həmin evin açarı şərabdır. Şərab içən adam bütün pisliklərin qapısını öz üzünə açmış olur.”

Həzrət Peyğəmbər (s) buyurur: “ Şərab içən adamın istəyini yerinə yetirən, onun üçün kiçir bir iş görən insan min mömini öldürmüş, kəbəni min dəfə viran qoymuş kimidir.”

Həzrət Peyğəmbər (s) başqa bir məqamda buyurur: “Qızını şərabxora ərə verən adam onu öz razılıqı ilə zinaya göndərmiş kimidir.” Hədisin mənasını o zaman anlayırıq ki, bəzi hadisələrə şahid oluruq. Şərabxorla ailə quran qadınlar deyir ki, ərim dostları ilə evdə şərab məclisi quranda onlar ayılana qədər gizlənməyə məcbur oluram.

Peyğəmbər (s) buyurur: “Əgər şərabxor adam qızınıza elçi gəlsə ona qız verməyin. Şərabxor xstələnsə ona dəyməyə, öləndə onun dəfninə getməyin. Şərabxora əmanət tapşırmayım.” Şərabxor haqqında maraqlı söhbətlər çoxdur. Peyğəmbər buyurur ki, bir şəxs şərab içib yatsa, şeytan üçün gəlin olar. (Cameul-əxbar, s.178)

Həzrət buyurur: “Məst halda yatan insan sübhə qədər şeytana gəlin kimidir. Oyanandan sonra cənabət qüslü verməsi vacibdir. Qüsl verməsə vacib və müstəhəb əməlləri qəbul olmaz.” (Əlmustədrək, bab 5, c.7, s.137)

Həzrət Peğəmbər (s) böyük ədəb sahibi olmasına baxmayaraq bəzən çox sərt danışır. Burada bir sirr var. Ədürrəhman ibn Of həzrət Zəhraya elçi gəldi. Peyğəmbərə dedi ki, evimin qapısından sənin evinin qapısına qədər zərli xalça salaram. Bu şəxs Peyğəmbəri pulla aldatmaq istəyirdi. Artıq hörmətə yer qalmamışdı. Peyğəmbər yerdən bir ovuc torpaq götürüb onun üzünə atdı və buyurdu: “Məni pulla almaq istəyirsən!”

Allah-Təala hamıdan çox şərabxora nifrət edir.

Həzrət Peyğəmbərdən nəql olunan rəvayət insanı dəhşətə gətirir. Həzrət buyurur: “Allah yer üzündəki insanlar arasında hamıdan çox şərabxora nifrət edir.” (Ənvarul-idayə,c.1, s.302)

Həzrət Peyğəmbərin sözləri insanı lərzəyə gətirir. Həzrət buyurur: “And olsun məni peyğəmbərliyə seçən Allaha, şərabxor dünyadan təşnə gedər, qəbirdə təşnə qalar, qiyamətdə təşnə halda gələr və min il “yandım” deyib fəryad çəkər.” (Tənbihul-xəvatir, 2,115)

Bir saat susuz qalmaq çətindir. Şərabxor bərzəxdən qiyamətə qədər naməlum müddətə susuz qalar. Peyğəmbər buyurur ki, bu susuzluqdan sonra ona içmək üçün verilən şeyə onun hərarətindən yaxınlaşa bilməz. Şərabxor qiyamətdə susuzluqdan yandığı zaman ona əridilmiş dəmir kimi isti maye verilər. Bu maye ilə dolu qab onun qarşısına qoyulanda mayenin istisindən şərabxorun vücudu əriyər. Şərabxor həmin mayeni içməyə məcburdur. Mayedən içdikcə bədən əzaları od tutub yanar. Peyğəmbər (s) buyurur ki, bir şəxsin qəlbində Qurandan bir ayə yer alsa və bu şəxs sonradan şərab içsə qiyamətdə ayənin hər hərfinə görə cavabdeh olar, Quran bu adama düşmən olar. Peyğəmbər buyurur ki, Quranın düşmən olduğu adama Allah da düşməndir və Allahın düşməni oda atılar. (Cameul-əxbar, s.174)

Peyğəmbər (s) buyurur: “Kim sərxoş yatsa, ölüm mələyini də sərxoş halda görər, sərxoş halda qəbrə qoyular, sərxoş halda Allahın hüzuruna gətirilər. Ən ağır hal Allahın qarşısına ağılsız vəziyyətdə gəlməkdir. Allah soruşanda ki, bu nə haldır, cavab verər ki, mən məstəm.” (Biharul-ənvar c76, s148)

Allah soruşar ki, mən sənə bunumu əmr etmişdim?! Sonra göstəriş verər ki, onu cəhənnəmin ortasında şərabxorların çirklə qidalandığı dağa aparsınlar.

Göründüyü kimi burada Allah da sərt danışır. Fövqəladə ədəblə danışan Allah şərabxoru alçaldır. Imam Səccad (ə) buyurur: “Hansı ağıllı insan bir qurtum şəraba görə qiyamət günü Allah və Peyğəmbərin düşmənçiliyini qazanar?! Insan üçün qarın bu qədər mühüm olarmı!” (Əbu Həmzə Somali duası)

Insan heyvan deyil ki, bütün təlaşı yemək-içmək olsun. Yezid deyirdi ki, mən badəmin dibində qalan şərabı huruleynə dəyişmərəm. Yezidin yolunu getməkdən Allaha pənah aparaq!

Spirtli içki verilən toy mərasimi Yezidin könlüncədir. Belə şadlığa İmam Hüseyn (ə) yox, Yeziddən təbrik gələr. Belə toy mərasimi Yezidin ardınca getməkdir. Ən pisi budur ki, bəzi hökumətlər xalqı şərab içməyə həvəsləndirir.

Azərbaycan respublikasında bir icra bnaşçısı məscidə ayaqqabı ilə daxil olub. Ona xəbərdarlıq ediləndə istehza ilə deyib ki mənə Allahı göstərin!! Camaat bu məmurun itini öldürməklə ona qəzəbini bildirib. Sonradan bu şəxsin vəzifəsini böyütdülər, hökumət ona diqqət göstərdi. Onu Azərbaycanın böyük bir şəhərinə başçı təyin etdilər. Həmin şəhərdə bəziləri toy mərasimində şərab vermirdi. Bunu dindarlğa yozan başçı şadlıq sarayı müdürlərini toplayıb xəbərdarlıq etdi ki, spirtli içkisiz toy keçirilən saray sahibi cərimə ediləcək. Saray sahibləri cərimə qorxusundan içkisiz məclislərə yer vermədilər. Belə işlər Allahın qəzəbinə səbəb olar. Sağlam fəzada yaşamaq insanın haqqıdır. Heç kim başqasını şərab içməyə, cəmiyyəti günaha batmaqa məcbur edə bilməz. Allahın qəzəbindən Ona pənah aparırıq!


İkinci xütbə

اعوذ بالله من الشیطان الرجیم

بسم الله الرحمن الرحیم


Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İnsan həyatı mənzillərdən ibarətdir və bu dünya həmin mənzillərdən biridir.
Yaxşı düşün. Düşünmək bir il ibadətdən üstündür. Düşünmək bəzən 70 il ibadətdən üstün olur. Nə baradə düşünmək mühümdür. Elə mövzu var ki, həmin mövzuda düşünmək bir il, elə mövzu da var ki, o mövzuda düşünmək 70 il ibadətdən üstün olur. Bəzi düşüncələrə qiymət vermək olmur. Dünya həyatı bir keçəcək yerdir. İnsanın vücudu bu keçiddə haldan düşür. Sağlamlığına nə qədər diqqət yetirsən də zəifləməyin labüddür. Həkimə müraciət etmək, pəhriz saxlamaq bu geriləmənin qarşısını ala bilməz. Bu barədə yaxşı düşün. Sonda vəziyyət elə olacaq ki, boğazından bir qurtum su ötürmək üçün çalışacaqlar. Bunu istəsən də, istəməsən də baş verəcək, istəyindən aslı deyil. Şair deyir ki, can getmək istəyəndə dayan desəm də dayanmadı. Dedi dayana bilmirəm, tavan enir başıma. Bu barədə düşün. Gör həyatın necə dəyişəcək. Zaman ötdükcə hər şey əldən çıxacaq, həsrət çəkəcəksən. Bir gecə rahat yatmağın həsrətini çəkəcəksən. İnsan bəzən elə xəstəliyə, bəlaya düçar olur ki, ətrafındakılar yanında əyləşmək istəmir. Nəfəs ala bilmir. Yalvarır ki, Allah, mənim canımı al. Kim bu vəziyyətdən sığortalanıb! Yaşa dolmuş bir xan uzun fasilədən sonra qədim dostu ilə rastlaşanda onun halını görüb dedi: Uşaqlıq zamanı düşünürdüm ki, dünya üç mərhələdir və insan üçün daimidir. Biri uşaqlıq dövrü idi. Elə bilirdim oyun, əyləncə ilə keçən bu dövr başa çatmaz. İkinci dövr atanın işləyib evi dolandırması idi. Bu dövrün də heç zaman başa çatmayacağını zənn edirdim. Biri də qocaların əsa ilə gəzib, oturmağa daş axtardığı dövr idi. Elə bilirdim bu qocalar həmişə eyni halda qalacaq. Demə bu dövrlər ötəcəkmiş və mən də əlimə əsa alacaqmışam. Mənə də uşaqlar güləcəkmiş. Beli əyilmiş qocadan soruşdular ki, bu əyri beli neçəyə almısan? Dedi, bir az səbr edin, müftə, pulsuz verəcəklər. Şairin təbirincə, bilməz idim döngələr var, dönüm var, itkinlik var, ayrılıq var ölüm var. Tələs, özünə bir çarə qıl. Yolu Allaha bəndəlik, itaət, təqvadır.
Əzizlərim! Müqəddəs yerlərə üz tutan DAİŞ açıq deyir ki, hədəfimiz Kərbəladır. Kərbəlayilər Ərdəbilə göz dikib. Bu torpaq Hüseyn (ə) aiddir. Bütün hüseynçilər bu gün axşam namazından sonra öz sədaqətlərini bildirməyə qərar verib. Elan edəcəklər ki,  Hüseynin (ə), Əlinin (ə) tənha qalmağı bir dəfə oldu və qurtardı. Hüseyn (ə) bir də tənha qalıb deməyəcək ki, varmı mənə yardım edən? Əli (ə) minbərdə tənhalıqdan şikayətlənməyəcək. Onun ağlamağı bir dəfə oldu və qurtardı. Biz özümüzü tanıyandan sonra bir dəfə sədaqətimizi bildirmişik və bu gecə həmin ləbbeyki deyəcəyik.
Yay tətili günlərində valideynlərdən istəyim budur ki, övladlarını tərbiyə ocaqlarına göndərsinlər. İmkan verməsinlər ki, küçədə vaxt keçirən uşaqların tərbiyəsi küçənin ümidinə qalsın. Həlqehaye-salehin deyilən gözəl tərbiyə mərkəzi var. Tərbiyəçilər bu mərkəzlərdə xidmət etməlidir.
Əzizlər! Zaman ötdükcə imamətin zərurətini daha artıq dərk edirik. Hadisələrlə üzləşəndə görürük ki, mərcəiyyət, din alimlərinin dəyəri nə imiş. Əgər İmamət və mərcəiyyət olmasa din adından qan tökənləri kim ifşa edəcək! Vəhabiyyət haradan gəldi? Vəhabiliyin ərəb qolu Əl-Qaidə, əfqan və ordu qolu Taliban, iraq-şam qolu DAİŞ, afrika qolu Bukuharamdır. Düşmənin kəşfiyyat zabitləri, casusları işləyir bunların arasında. Düşmən bu qrupları alətə çevirib, idarə edir. İndi yeni qrup çıxarmaq istəyirlər səhnəyə. Adı DAMES-dir. Bu dam Mərakeş və Sudan qolu olmalıdır. Mərakeş, Əlcəzair, Tunis, Liviya, Mavritaniyaya nüfuzla bütün İslam dünyasını əsarət altına almaq istəyirlər. Sabitliyi pozur, yeni orta şərq layihəsi üzrə öz qanlı ideyalarını həyata keçirməyə çalışırlar.  
Bu həftə DAİŞ-in sözçüsü Əbu Məhəmməd Ədnani dedi: “ABŞ orta şərqi bizə tapşırıb. Biz bu məntəqədə qılınc gücü ilə İslam xilafəti yaradacağıq.” Bu adam şiələri müşrik adlandırdı, onların qətlini vacib élan etdi. Dedi ki, Əbülfəzl, Fatimədən kömək gözləyən şiələrin evlərinə daxil olub onları öldürün. ABŞ bu qrupu yaratmaqla üç məqsəd izləyir:
1.İraqda seçkilərin nəticələrini tanımamaq və Nuri Malikini hakimiyyətdən uzalaşdırmaq. Deyiblər ki, Malikidən başqa istənilən bir şəxslə həmkarlığa hazırıq.  DAİŞ-in cinayətləri qərbin İraqdakı vəziyyətdən dolayı qəzəbini göstərir.
2.Azğın məqsədlərə çatmaq, azadlığı boğmaq üçün məntəqədə terroru gücləndirmək.
3.Böhranı genişləndirib, İranda sünni-şiə qarşıdurması yaratmaq.
Terrorçu qruplar öz işlərində məzhəblərarası ixtilafı qızışdırmaq üsulundan istifadə edir. Onların həyatı bu ixtilaflardan aslıdır. Xüsusilə şiələrlə ixtilaf! Quran buyurur: “(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
Sən onların üzərində hakim deyilsən!” (Ğaşiyə, 20,21) Əgər vəhabilər təkcə bu ayəyə əməl etsələr, ABŞ, Qərb, İsrail ixtilaf yarada bilməz. Bu bir ayə bütün problemləri həll edə bilər.
Bu dövlətlər ən ifratçı fərdləri qrup başçısı seçirlər. Onlar rəsmi şəkildə deyirlər ki, Əhli-beyt (ə) düşmənidirlər, Bəni-Üməyyənin yolunu gedirlər. Kərbəlanı hədəf seçiblər.  Deyirlər ki, arzu edirik şiələrin inandığı İmam Zaman zühur etsin, onunla döyüşə girək. Hansı ki İmam Zaman (əc) haqqında əksər rəvayətlər sünni mənbələrində nəql olunub. Bəzi vəhabilər İmama qarşı kitab yazır.
Tarixdə DAİŞ kimi vəhşi qrup olmayıb. Onlar insanlardan qabaq mərhəməti öldürürlər. Allah-Taala qadını mehr-məhəbbət qaynağı yaradıb, buy olla cəmiyyəti mərhəmətə sövq edir. DAİŞ bir vəziyyət yaradıb ki, onların qızları 50 şiə başını özlərinə mehriyə təyin edir.  Gəlin maşınını kəsili şiə başı ilə bəzəyirlər. Avropa şərhçiləri yazır ki, bəşər tarixində DAİŞ kimi vəhşi qrup olmayıb. Onlar təkcə Mosulda 2500 nəfəri qətlə yetirib, edam səhnələrini lentə alıb yayıblar. Əl-Qaidə və Taliban DAİŞ-in bu uşinə etiraz bildirib. Ötən həftə İraqda Aviasiya institutunun 1700 tələbəsini qətliam ediblər.  Əl-Əhzər ustadlarından biri vəhabilərin Peyğəmbər müqəddəsliklərini ayaq altına almasına ağlayıb.
Bu qrup Suriyada 160 min nəfəri qətlə yetirəndə dünya birliyi bu cinayətlər qarşısında susdu. Hətta bu cinayətlərə bəraət qazandırmaqla onun İraqda təkrarlanmasına rəvac verdirlər. Məqsədləri böhranı genişləndirib İrana daxil etməkdir. İnformasiya imperatorluğu da arxalarında dayanıb. Bu müharibəni sünni-şiə müharibəsinə çevirmək istəyirlər. İran xalqını qızışdırmaq, münaqişəyə qatmağa çalışırlar. Xarici şəbəkələrə bax. BBC öz məlumatlarında daim sünni və şiə ifadələrini işlədir. Malikinin adını çəkəndə şiə Maliki deyirlər. İraqlılar Londonda BBC-nin qarşısında etiraz aksiyası keçirib bu ifadələrin işlədilməsinə qarşı çıxdılar. Son həftə informasiya hücumunu gücləndirib İranda anti-sünni, anti-ərəb ruhiyyənin hakim olması təsəvvürünü yaratmağa çalışdılar. Planları boşa çıxanda atom bombası kimi partlaya biləcək bir xəbər yaydılar. Əgər İran xalqının, sünnə əhlinin böyük bəsirəti olmasaydı faciə baş verərdi. Amma həmişəki kimi düşmənin arzusu gözündə qaldı.
BƏƏS  DAİŞ-I idarə edir, onlardan intiqam alır. DAİŞ eynın BƏƏS-in Fratdan Nilədək planını həyata keçirir. Bizdə dəqiq məlumat var ki, Səddamın BƏƏS qüvvələrinin komandanları DAİŞ-ə başçılıq edir. MOSSAD bütün imkanlarını İraqda işə salıb. DAİŞ-in rəisi Əbubəkr Bağdadi BƏƏS-in kəşfiyyat zabitlərindəndir. Harada oxuyub, hansı yolu keçib, dəqiq bilirik. Bindan qabaq Əbuömər Bağdadi idi. O öldü, bunu təyin etdilər yerinə. İndi bizim ölkədə Əhməd Əl-Həsən adında biri meydana çıxıb özünü Yəmani adlandırır. Bir qrup adamı yığıb başına. Bu adamların halına acıyıram.  Vaxtı ilə Səddam öz zabiti olan bu şəxsi saldı həbsxanaya. Həbsxanada birinə baxıb deyərdi ki, səni cümə günü edam edəcəklər. Bu adamı böyütmək üçün həmin adamı cümə günü edam edirdilər. Məhbuslar bu adamı müqəddəs saymağa başladılar. Dedi mən Yəmaniyəm, İmam Zamanın oğluyam. Kitablarında nə Qurandan, nə dəlil-sübutdan xəbər var. Allaha pənah aparırıq bu fitnələrdən. Bu fitnələr İmamın zühuruna qədər dayanan deyil.
Əl-Əzhər bəyanat verdi ki, DAİŞ-in İslam dininə heç bir aidiyyatı yoxdur. İraq Sünni Alimlər İttifaqının rəisi, Ayətullah Sistanini bütüb İraqın müctəhidi adlandırdı.
Ötən həftə İordaniya dövləti bir məlumat yaydı. Bu məlumat  İslam dünyasını silkələnməli idi.  Dedilər ki, ABŞ beş il qabaq bugünkü DAİŞ-n başçılqrına İordaniyada təlim keçib. Məlum oldu ki, DAİŞ-in sünnə və şiə əhlinə heç bir aidiyytaı yoxdur.

Nur-az.com


2208 بازدید
در حال ارسال اطلاعات...