Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Ramazan "Səhifeyi-Səccadiyyə"də

İmam Səccad (ə) bu duada da "Səhifeyi-Səccadiyyə"nin digər dualarında olduğu kimi dua və yalvarış halında, Allahla söhbət halında olmasına baxmayaraq, elə söhbət edir ki, sanki bir əsaslandırma axarı, nəticənin səbəbi izləməsi prosesidir. "Səhifeyi-Səccadiyyə"nin əksər duaları – mən oxuduğum qədərincə – həmin qaydadadır. Hər şey tərtiblə düzülmüşdür. Sanki bir nəfər dinləyici qarşısında əyləşib onunla dəlillər göstərərək, məntiqi şəkildə söhbət edir. "Səhifeyi-Səccadiyyə"dəki aşiqanə iniltilər həmin tərzdədir.
Burada da belədir. İmam (ə) sözügedən duanın əvvəlində buyurur: "Həmd o Allaha məxsusdur ki, bizi həmd-sənaya yönəltmiş və həmd-səna əhli etmişdir.
Biz ilahi nemətlərdən qafil deyilik. Ona tərif söyləyir, şükür edirik. O, bizim önümüzdə yollar açmışdır ki, hə