Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Oxucu məktubu: Bir dissertasiya mövzusu!

Salam və hər vaxtınız xeyirli olsun. Məqaləni (Dini cameəmizin din qədər gərəkli dil ehtiyacı / http://www.nur-az.com/az/articles/view/198/8) vaxtından gec mütaliə etdiyimə görə təəssüflənsəm də bu barədə olan yazılara çoxdan ehtiyac olduğunu sanıram və ümid edirəm ki, özünüzün qeyd etdiyiniz kimi, "ağır maddi durumu yüngülləşdirmək üçün" tərcüməyə əl atanlar bu məqaləni oxuyublar. Yazı məni qeyd olunan terminlər barədə bir daha düşünməyə və daha artıq tədqiqə vadar etdi. Ümumi məlumatlarımı oxucuların da diqqətinə çatdırmağı özümə borc bildim.

Biz insanlar ümumi halda ideologiyanı dinlə eyni hesab edirik. Əlbəttə bəzi fərqləri və geniş mənaları nəzərə almamaq şərtilə hər bir din insanın ideologiasını formalaşdırdığını da unutmamalıyıq. Amma bu iki sözün ortaqlıql