Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Qərb mədəniyyəti

Qərb mədəniyyəti və sivilizasiyasının xüsusiyyətləri

Qərb mədəniyyətinin kökü
Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və bunun ardınca Amerika mədəniyyətinə hakim olan elementlər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb, hörmət edirdilər, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!

Qərb mədəniyyətinin zahiri bər-bəzəyi
Bu gün Amerikada və Avropanın inkişaf etmiş ölkələrində aclıq, yoxsulluq, qida maddələrinin çatışmazlığı üzündən ölüm halları, evsizlik və hətta heyvani yaşayışdan ötrü lazım olan təhlükəsizlik də yoxdur. Bu ölkələrdə texnologiyadan və yeni elmərdən bəhrələnənlər xalqın yuxarı təbəqəsidir. Lakin bir qarın çörəkdən ötrü öz şərəfini, namusunu və şəxsiyyətini satmağa məcbur olanlar, müxtəlif təhqirlərə məruz qalanlar xalqın böyük bir hissəsini təşkil edir. Bu, bir həqiqətdir. Zahir çox gözəl və bəzəklidir. Televiziya kameraları və xəbər agentliklərinin xəbərləri, təbliğat məqsədilə dünyaya bər-bəzəkli və cazibəli məqamları göstərirlər.
Qərb mədəniyyəti bütün elmi tərəqqisinə, kosmik fəthlərinə, ixtiyarında olan və üçüncü dünyanın kasıb ölkələrindən çapıb-taladığı, qarət etdiyi böyük maddi sərvətlərinə rəğmən, inkişaf etmiş ölkələrdə yoxsulluğu aradan qaldırdığını iddia etsə, yalan demişdir. Buna görə də, Qərb mədəniyyəti rifah və asayiş içində olan maddi həyatı da bütün insanlara verə bilməmişdir.

Qərb mədəniyyətinin digər ölkələrə ixracı
Qərb dünyası və Qərbin pozğun mədəniyyətinin başçıları fəsadı, düşkünlüyü, növbənöv bədbəxtlikləri və rəzalətləri bütün dünyaya ixrac etməklərindən xəcalət çəkmirlər. Təəssüf ki, bu gün bütün dünyanı, ən çox da üçüncü dünyanın kasıb ölkələrini bürüyən əxlaqsız mədəniyyət haradan gəlib? Bu, Qərb mədəniyyətinin, istismarçı və müstəmləkəçi sivilizasiyanın eksportudur. Bu gün bəşəriyyəti incidən növbənöv fəsadlar, kasıb və geriqalmış ölkələrin çoxunda cavanları boğan aludəliklər, narkomaniya haradandır? Üçüncü dünyanın müsəlman və qeyri-müsəlman ölkələrinin əksəriyyətinə hakim olan yanlış istehlakçı mədəniyyəti haradandır? Əgər siz bizim öz regionumuzun neftli və neftsiz kasıb ölkələrinin bazarlarına getsəniz, görəcəksiniz ki, Qərbin lazımsız malları bunların bütün həyatlarını doldurub. İnsanın bütün bunlara ehtiyacı vardımı? Neft istehsal edən ölkələr bütün xalqa aid olan və ölkələrinin abadlığına sərf edilməli olan İlahi sərvətlərini verir, qarşısında fəsaddan və pozğunluqdan başqa təsiri olmayan mallar alırlar. Bütün bunlar Qərb mədəniyyətinin, Avropa və Amerikanın üçüncü dünya ölkələrinə ixracıdır. Amerika, Avropa və Qərb ölkələri öz mədəniyyətlərinin bir qrupa deyil, bütün bəşəriyyətə aid olan sənaye, elm və tədqiqat kimi gözəl məhsulları arasında növbənöv fəsadları, əxlaqsızlıqları və pozğunluqları da üçüncü dünya ölkələrinə yeritdilər, xalqı, cavanları və hökumətləri xar elədilər, qara günə qoydular. Onlar öz əməllərindən xəcalət çəkmirlər, digər ölkələrə etdikləri çirkli eksportları ilə fəxr də edirlər.

Qərb mədəniyyətindən imtina etməyimizin səbəbi
Kimsə bizdən soruşa bilər ki, siz niyə Qərb, Avropa və Amerika mədəniyyətindən qaçırsınız, niyə onlar barədə düşünmək istəmirsiniz? Bu, yerində olan bir sualdır. Bizim xalqımız inqilabdan sonra qismən də olsa, bunun cavabını tapmışlar. Lakin bu barədə bir neçə cümlə demək istəyirəm.
Qərb mədəniyyəti insanın fəsadına hesablanmış bir mədəniyyətdir, bəşəri dəyərlərlə ziddir, güc sahiblərinin və qüdrət imperatorlarının əlində alət olmuş bir mədəniyyətdir. Bu mədəniyyətlə Adəm övladlarını bütün insani fəzilətlərdən ayırmaq, insanları əxlaqsız, itaətkar, təslimçi, Allahdan və mənəviyyatdan xəbərsiz məxluqlara çevirmək istəyirlər. Onların maraqları bu mədəniyyəti yaymaqla təmin olunur. Bu çılpaqlıq mədəniyyəti və qadınla kişinin qeyd-şərtsiz qarışması, Qərb mədəniyyətinin əsaslarından biridir və ilk gündən insanların fəsadı və bəşəriyyətin humanitar dəyərlər sistemindən ixrac edilməsi üçün düşünülüb. Onların bəşəriyyətə ürəkləri yanmır.

Ayətullah Seyid Əli Xamenei

Nur-az.com


1419 بازدید
در حال ارسال اطلاعات...