Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Quranın təhrifinə dair qeyri-şiə hədisləri

Məlum olduğu kimi, Şiə və Əhli-sünnə firqələri Quranın təhrif edilmədiyini düşünürlər. Lakin son zamanlar bəlli amillər səbəbindən fəallaşan vəhhabilər, yaxud vəhhabi sələfiləri Şiə firqəsini təhrifə inanmaqda günahlandırır, hətta bununla bütün şiələri kafir sayırlar. Onların uyğun ittihama dəlillərindən biri də Şiə kitablarında yer almış bəzi uydurma hədislərdir. Biz burada belə hədisləri qəbul etmədiyimizi bildirir və onların da istifadə etdiyi qeyri-şiə mənbələrindən oxşar rəvayətləri yadlarına salmaq istəyirik.
Buxari və Əhmədin səhih bilərək qeyd etdiyi, Süyutinin Əbdürrəzzaq, Əhməd və İbn Hibbana istinadla yazdığı hədisə görə, Xəlifə Ömər həm rəcm (daşqalaq), həm də “atalarınızdan üz çevirməniz küfrdür” ayəsinin Qurandan olduğunu və Peyğəmbərin vaxtında oxunduğunu bildirmişdir. (Buxari, 8/168, h: 6830; Müsnəd-Əhməd, 1/451, h: 391; Süyuti. “Əd-Durr əl-mənsur”, 1/258) Rəcm “ayə”sinin Qurandan olduğunu Müslim, Tirmizi, Malik, İbn Macə və Əbu Davud da Ömərə istinadla qeyd etmişlər. (Müslim, 3/1317, h: 1691; Sünən-Tirmizi, 3/90, h: 1432; Malik, 5/1201, h: 3042; İbn Macə. Əs-Sünən, 2/853, h: 2553; Əbu Davud. Əs-Sünən, 4/144, h: 4418) Başqa bir rəvayətə görə, o, xilafəti zamanı rəcm (daşqalaq) ayəsinin Qurana düşmədiyinə görə təəssüf edərək deyirmiş ki, insanların tənəsindən qorxmasaydım, onu Qurana əlavə edərdim. (Buxari, 9/69, h: 7169; Malik, 5/1203, h: 3044; Əbu Davud. Əs-Sünən, 4/144, h: 4418) Bəzi mənbələrin qeyd etdiyinə əsasən, “atalarınızdan üz çevirməniz küfrdür” ayəsinin yazıldığı xurma yarpağı möminlər anası Aişənin evində olub və onun qoyunu yarpağı yeyib. (İbn Əsir. “Ən-Nihayə fi ğərib əl-hədis vəl-əsər”, 2/87) Başqa bir rəvayətdə isə Aişə deyir ki, rəcm və böyük adama 10 dəfə süd vermək ayələrinin yazıldığı vərəq mənim evimdə yatağın altında idi. Peyğəmbər xəstələnəndə başımız ona qarışdı və bir heyvan (qoyun, keçi) evə girib onu yedi. (Əhməd, 43/342-343, h: 26316) Xəlifə Ömərdən nəql olunan və Quranın təhrif olunduğuna dəlalət edən bir rəvayətdə isə onun Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyi göstərilir. (Süyuti C. Əl-İtqan, 1/242) Halbuki əlimizdəki Quranın bütün hərfləri bu rəqəmin təxminən üçdə biri qədərdir.
Müslimin rəvayətinə görə, Əbu Musa Əşəri (yəqin ki, Bəsrənin valisi olduğu zaman) şəhərin qiraətçilərini öz yanına çağırdı. O, 300 qiraətçinin toplaşmasından sonra etdiyi söhbətində dedi: “Biz uzunluqda və məzmununun sərtliyində Bəraət surəsinə bənzər bir surə, həmçinin Müsəbbihat surələrindən birinə bənzər bir surə oxuyurduq”. Əşəri daha sonra həmin iki surənin hər birindən xatırladığı kiçik bir hissəni əzbər oxudu. (Müslim, 2/726, h: 1050) Rəvayətdən aydın görünür ki, Əşəri qocaman səhabə kimi yeni qarilərə bir zamanlar Quran kimi oxuduqları və mövcud Quranda yer almayan surələrdən danışır. Bu isə Peyğəmbərdən sonra Quranın təhrif olunduğunu göstərir. Xatırladaq ki, rəvayətdə nəsxdən söhbət getmir və belə bir iddia üçün mütləq dəlil olmalıdır.
Vəhhabilərin etimad etdiyi məşhur rəvayətçi və səhabələrdən olan Abdullah ibn Ömər deyir: “Kimsə bütün Quranı öyrəndiyini söyləməsin. Quranın çoxu əlimizdə deyil”. (Süyuti C. Əl-İtqan, 3/81-82)
Süyuti öz kitabında bu mövzuda çoxlu rəvayət nəql edib. Aişədən nəql olunan rəvayətdə deyilir ki, Əhzab surəsi Peyğəmbərin dövründə 200 ayə oxunurdu, Osman yazanda isə indikindən artığı tapılmadı. (Süyuti. Əl-İtqan, 3/82; Qurtubi. Təfsir, 14/113) Hüzeyfə deyir ki, bir gün Ömər ibn Xəttab məndən soruşdu: “Əhzab surəsi nə qədərdir?” Mən cavab verdim ki, 72, ya da 73 ayə. Ömər dedi: “O, Bəqərə surəsi kimi idi və onda rəcm ayəsi də vardı”. (Süyuti. “Əd-Durr əl-mənsur”, 6/559) Eyni fikir İkrimə (Yenə orada) və Übəy ibn Kəbdən (Əhməd, 35/134, h: 21206-21207) də nəql olunmuşdur. Onlar Əhzab surəsinin Peyğəmbərin dövründə Bəqərə surəsi qədər, ya da daha artıq olduğunu bildirmişlər. Bu isə Quranın Peyğəmbərdən sonra dəyişdirildiyini göstərir.
Uzun olduğu iddia olunan başqa bir surə də Bəraət surəsidir. Malik ibn Ənəsdən nəql olunan rəvayətə görə, Bəraət surəsi Bəqərə surəsi qədər uzun idi və əvvəlində “Bismillah” da vardı. (Süyuti. Əl-İtqan, 1/226) Hüzeyfə ibn Yəman isə deyirmiş ki, siz Bəraət surəsinin yalnız dörddə birini oxuyursunuz. (Hakim Nişapuri. “Əl-Müstədrək əla əs-səhihəyn”, 2/361)
Başqa bir rəvayətə görə, Übəy ibn Kəbin topladığı Quranda Həfd və Xəl adlı iki qısa surə də olub və hətta Ömər ibn Xəttab namazın qünutunda onları oxuyurmuş. Bu ayələr digər səhabələrdən də nəql olunub. Hətta Ənəs onun Quran ayəsi olduğuna dair Allaha and da içmişdir. (Süyuti. “Əd-Durr əl-mənsur”, 8/695-697) Süyuti başqa bir kitabında Übəy ibn Kəbin topladığı Quranda yer alan 116 surənin adlarını qeyd etmişdir. Süyutinin rəvayətinə görə, Abdullah ibn Məsud əlimizdəki Quranın son iki surəsini Qurandan hesab etməyərək onun 112 surədən ibarət olduğunu bildirirmiş. (Süyuti. Əl-İtqan, 1/226) Daha maraqlısı budur ki, Abdullah ibn Məsud son iki surəni öz Quranından silir və Qurandan olmadığını israr edirmiş. (Əhməd, 35/117, h: 21187) Bu hərəkətindən isə onun Quranı toplayan heyətin qərarı ilə razılaşmadığı ortaya çıxır. O, həm də etirazla deyirmiş: “Məni kimin qiraətinə tabe olmağa çağırırsınız?! Peyğəmbərin səhabələri bilirlər ki, mən onların arasında Allahın kitabına ən elmli şəxsəm”. (Müslim, 4/1912, h: 2462) Xatırladaq ki, Quranı toplayan heyətin başçısı gənc səhabələrdən olmuş Zeyd ibn Sabit idi. Abdull