Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Qurandan uzaq düşsən

Ayətullah Mirza Əli Qazi mərhum Ayətullah Şeyx Əli Məhəmməd Bürucerdiyə (Qazinin şagirdi) buyurur: "Heç vaxt Qurandan uzaqlaşma!" Cənab Bürucerdi ömrünün sonuna qədər ustadın tövsiyəsinə əməl edir. Zəruri işləri başa vurub vaxt tapan kimi Quran oxuyur.

Əxlaq alimlərinin ən mühüm göstərişlərindən biri Quran qiraətidir. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamətdə nə peyğəmbər, nə mələk, nə də qeyrisi Quran kimi şəfaətçidir." Başqa bir məqamda həzrət buyurur: "Allah-Taala varlıq aləmini yaratmazdan 1000 il qabaq Taha və Yasin surələrini oxudu. Surələri eşidən mələklər dedilər: Xoş bu ayələrin nazil olduğu ümmətin halına! Xoş bu ayələrin hifz olunduğu sinələrin halına! Xoş bu ayələri oxuyan dillərin halına!"

Xanım Mərziyə Hədidəçi deyir: İmam üçün xörək aparanda onu Quran oxuyan vəziyyətdə görərdim. Onun çox Quran oxuması məni düşündürürdü. Bir gün ona ərz etdim ki, siz başdan ayağa əməldə Quransınız. Bu qədər Quran oxumağınızın səbəbi nədir? İmam buyurdu: "İnsanlıqdan baş açmaq istəyən, insan olmaq istəyən şəxs daim Quran oxumalıdır."

Ayətullah Nəcabət deyir: Ayətullah Mirza Əli Qazi mərhum Ayətullah Şeyx Əli Məhəməd Bürucerdiyə tövsiyə edirdi ki, heç vaxt Qurandan uzaqlaşmasın. Dəyərli şagird ustadın tövsiyələrinə daim əməl edərdi. Demək olar ki, gün uzunu fürsət tapan kimi Quran oxuyardı.

Seyid Məhəmmədhəsən Qazi buyurur: "Quranı üzündən, gözəl, düzgün oxuyun." Onun digər bir tövsiyəsi İslam tarixi ilə bağlı idi. Buyurardı ki, Peyğəmbərin (s) mövludundan hicri-qəməri 255-260-cı ilə qədər İslam tarixini bir dövrə oxuyun. Tapşırardı ki, bu işləri görəndən sonra get gecə namazı qıl!

Ayətullah Qazi Ayətullah Təbatəbaiyə məktubunda yazır: "Əməli göstəriş Qurani-Kərimdir. Bütün dərdlərin şəfası, gözün nuru ondadır. Quranla doğru yol işıqlanar. Onu gözəl, qaydasında, xüsusilə gecə yarı oxumaq üstün seyrlərdəndir." Sözünü belə davam etdirir: "Gecələr gözəl və qəmgin səslə Quran oxumağı yaddan çıxarmayın. Quran möminləri sirab edən çeşmədir. Quran oxuyanda azı bir cüz oxuyun." Allah-Taala buyurur ki, Quranı təfəkkürlə oxuyun. Quran mətni ilahi maarif, moizə-nəsihət, hökmlər, zərif nöqtələrdən ibarətdir. İman əhli olan insan davamlı Quran oxusa və tilavət şərtlərinə əməl etsə, bunun təsirini hiss edər. Qurandan daha yaxşı bəhrələnmək üçün məsumlardan rəvayətlər nəql olunub. Quran oxumağın öz qaydaları var. Bu qaydalar zahiri və batini olmaqla iki yerə bölünür. Misvak çəkmək (dişi fırçalamaq) dəstəmaz almaq, üzü qibləyə oturmaq, vüqarlı olmaq, hüznlə oxumaq, gözəl səslə tilavət, mənalara diqqət, Quran oxunarkən sakitliyi gözləmək, Allaha pənah aprıb Onun adı ilə başlamaq zahiri qaydalardandır.

Batini qaydalar Quran oxuyanın ruhiyyəsi ilə əlaqəlidir. Quranın yüksək məqamını etiraf etmək, Quran sahibinə ehtiram, qəlbin iştirakı, oxunan ayələr barədə düşünmək, ayələrin məqsədinə diqqət, özünü Allah hüzurunda görmək, ayələrdən təsirlənmək, özünü xətakar saymaq, qəlbdə xoşhallıq batini qaydalardandır.

Alimlərdən biri Quranı açarkən həmişə "bu mənim Rəbbimin kəlamıdır" - deyər və özündən gedərdi.

Qurani-Kərim insanların hidayəti, doğru yolu tapması üçün nazil olmuşdur. Bu məqsədin təmini üçün Quranı düşürərək oxumaq lazımdır. Çox vaxt günah insanı düşünmək tövfiqindən məhrum edir. Məhəmməd surəsinin 24-cü ayəsində buyurulur: "Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?" Dünyapərəstlik, günah insana imkan vermir ki, ayələr barədə düşünsün. Qəlb güzgüsündə günah kimi möhkəm qıfıl yoxdur.

Quranın mənalarını anlmaq istəyən insan qarşısında Allah heç bir maneə yaratmayıb. Sadəcə günahdan uzaq olmaq lazımdır. Günahdan uzaq insan Qurana baxanda böyük dostun camalını görür, Quran mənalarından faydalanır. Sənai Qəzvini deyir: "Dünyaya əsir, günaha mübtəla insan Quran sirlərinə necə məhrəm olar?!" Quran əhli olmaq istəyirsənsə öncə özünü paklamalısan.

Nur-az.com


1790 بازدید
در حال ارسال اطلاعات...