Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

Şiələrdə fərqli Quran varmı?

Sələfizmin banisi İbn Teymiyyə (1263-1328) əsrlər öncə yazırdı ki, yəhudilər Tövratı təhrif etdikləri kimi, şiələr də Quranı təhrif etmişlər. (İbn Teymiyyə. “Minhac əs-sünnə”, 1/25 - www.shamela.ws) Vəhhabizmin banisi Məhəmməd ibn Əbdülvəhhab (1703-1792) isə yazırdı ki, deyilənə görə, bugünkü şiələr Quranın sonuna Nureyn və Vilayət adlı iki surə əlavə ediblər. (Məhəmməd ibn Əbdülvəhhab. “Ər-Rədd əla ər-Rafizə”, 1/14 - www.shamela.ws) Bu iddiaların həqiqətdən uzaq olması bu gün heç kimə sirr deyil. Nə indi, nə də tarixin hər hansı dönəmində şiələrin fərqli Quranı olmayıb və bunu təsdiq edəcək heç bir fakt yoxdur. Sayı 400 milyonu ötmüş şiənin birində də fərqli Quran yoxdur. Belə mühüm məsələlərdə qeyri-dəqiq məlumatlara, hansısa deyilənlərə güvənib nə qədər müsəlmanın günahına