Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Başınıza söz batsaydı... (vəhabilərə)

Qoru məni yaxınlardan,
fikrim Allah, sözüm Allah.
Əli daşlı kafirlərdən
qorunaram özüm, Allah.

Qoru məni azğın nəfsin yalanından,
qoru məni damarımda kəc qanımdan,
mələksifət İblisindən qoru məni,
keşiyimdə polisimdən qoru məni.

Açıq şeytanpərəstlərə
çətin deyil dözüm, Allah,
dərddi sağda, soldakının
fikri başqa, sözü Allah.

Bu günorta istisində
alnında möhür yarası
qonşu döyür çəkicini,
gəzir sətirlər arası.

Divar titrir zərbələrdən,
Hər birinin "ya Allahı."
Əsəblərdə rəcəz deyən
salam deyəcək sabahı.

Azadlıq da, ədalət də,
tanrı, kitab, mərhəmət də
dünyamızda şüar olub,
insan yaman qəddar olub.

Daş dövründən fərqi budu
öldürəndə Adın gəlir ortalığa.
Allah deyib öldürürlər,
Allah göydən baxa-baxa.

Andlı düşmən, yağı düşmən
İblis durub sözü üstə:
şeytanları qrimləyib
yola salır dəstə-dəstə.

Vaşinqton,Tel-Əvivdə
böyük sənət dünyasında
şeytan oxur monoloqun
Nüsrə, Daiş libasında.

Yalan olub xaricilər,
Mövlamızı üzən tayfa.
Yalan olub xaç yürüşü,
hər şey Allah baxa-baxa!

Fikrim Allah, sözüm Allah,
canım Allah, gözüm Allah,
böyük səbrin hara qədər,
hara qədər uzanacaq bu qəbirlər?

Vicdan sözü kəsib deyir
hər nə gəlirsə ağzına:
Öz əlinlə qul kəməndin
keçirmisən boğazına.

İti ağlın, qılıncının
sözü hanı, işi hanı?!
Düşmənini tanıdın sən,
indi qorxaq nəfsi tanı.

Vəhabiyyət əsərini
zamanında oxudunmu?
Tarixdəki vəhşiliyi
yüzmü, minmi, trilyonmu?

Hərəmlərə atılan daş,
divarlardan sökülən daş
saya gəlməz - saya gəlməz
baltalanan, kəsilən baş.

Biri deyir İraq ölsün,
dava-dalaş iraq olsun!!<