Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

“Şiə və Quran təhrifi” mövzusunda Əhli-sünnə rəyi

İslamın Əhli-sünnə və Şiə firqələri, firqə olaraq, Quranın təhrif olunmadığına dair həmfikirdirlər. Bəzi istisna, ittiham və anlaşılmazlıqları çıxmaq şərtilə bunu onların özləri də qəbul etmiş və edirlər. Hələ hicrətin dördüncü əsrində Əbülhəsən Əşəri yazırdı ki, imamət və etizala bağlı olan, yəni ağlı bilik mənbəyi kimi qəbul edən və ya ədaləti üsuli-dinə daxil edən şiələrə görə, Quran nə azalıb, nə ona bir şey əlavə olub, nə də dəyişikliyə məruz qalıb. (Əşəri Ə. “Məqalat əl-islamiyyin”, 1/47 – www.shamela.ws) İmam Rəhmətullah Hindi yazırdı ki, on iki imamçı şiə alimlərinə görə, Quran təhrif olunmamışdır və Quranın azaldığını bildirənlərin sözləri məqbul deyildir. (Rəhmətullah Hindi. “İzhar əl-Həqq”, 3/928 – w