Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Ərdəbilin cümə namazı – 27 iyun (6 tir)

Birinci xütbə



اعوذ بالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Allah-Taala əzəmətli təbirlə buyurur ki, özün üçün azuqə hazırla və dünya və axirətdə ən üstün azuqə təqvadır. (Bəqərə, 197)
İnsan dünyada sağlam yaşayıb, dünyadan sağlam getmək istəsə ruhi bir gücə ehtiyacı var. Bu ehtiyaclar təqva vasitəsi ilə əldə olunur. Dünya daim insana işarə etməkdədir (bax: nur, 43). İnsan dünyanın haram cazibələrindən azad olmaq üçün ömür boyu təqvaya ehtiyaclıdır. Onun iki məqamda ehtiyacı böyükdür. Biri dünya uçurumlarıdır. İnsan bu uçuruma süqut etməklə əbədi bədbəxtliyə düçar olur. Şəhvət, rəyasət, qəzəb, haram mal, tamah və başqa uçurumlar dünyanın böyük təhlükələridir. Dünya uçurumları bərzəx və məhşər əzabına aparır. Bu uçurumlardan, təhlükələrdən yalnız təqva ilə ötüb keçmək olar.
Allah-Taala buyurur: “Dünyada yığdığınız azuqələr uçurumlardan keçməkdə sizə yardım edər.” (Zumər, 61) Azuqə yığan insan çətinliklərdə qəm-qüssəyə qərq olmaz. Həmin azuqəni toplamaq üçün ən münasib zaman ramazan ayıdır. Təbii ki, Allahın nemət süfrəsi daim açıqdır. Şairin təbirincə bu feyz ziyafəti həmişə var və süfrə açıqdır. Bu ayda ticarət qapıları, ömrü ən baha qiymətə müamilə etmək üçün qapılar açıqdır. Bundan üstün ticarət yoxdur. Ən böyük müamilə Allahla müamilədir.
Şəban ayı müsəlmanlarla Peyğəmbər (s) arasında rabitə ayıdır. İnşaallah, bu aydan hər birimiz bəhrələnmişik. Şəban süfrəsi yığışmaqdadır. Bu ay peyğəmbər ayı idi.
Şəban ayının ən böyük faydası onun son 3 gününü oruc tutmaqdır. Həmin 3 günü oruc tutmaq bütün şəban ayını oruc tutmağa bərabərdir. Əgər 3 günü oruc tuta bilməsəniz hökmən şəbanın son günü oruc tutun. Bu orucunuzla şəban ayını layiqincə yola salın. Bu həm də ramazan ayını yaxşı qarşılamaqdır.
Allaha şükr edirik ki, bizə yenə də ramazanda oruc tutmaq imkanı verdi. Bərzəxdə milyardlarla insan qiyamətin başlamasını gözləyir. Onlar həsrət çəkirlər ki, bir an ramazanda yaşaya biləydilər. Bununla böyük bəhrə qazanardılar. Vay halına bu dəyərli ayı əldən çıxaranın!

Ramazan Allahın ziyafət ayıdır

Həzrət Peyğəmbər (s) şəban ayının son cüməsindəki xütbəsində buyurur: “Allahın ayı öz bərəkət, rəhmət və əfvi ilə sizə üz tutub. Bu ay Allahın nəzərində bütün aylardan üstündür. Onun gündüzləri bütün gündüzlərdən, gecələri bütün gecələrdən üstündür. Onun anları heç bir başqa anla müqayisəyə gəlməz. Siz bu ayda ilahi ziyafətə dəvət edilmisiniz...” Deyilənlərdən aydın olur ki, ramazan ayında Allahın lütf və mərhəmət qapıları açıqdır. Allah şəxsən Özü insanı bu ziyafətə dəvət edir. Allahın dəvəti tərbiyə baxımından böyük lütfdür. Hafizin təbirincə, mən heç kiməm, sənsən lütf edən.
İnsan Allah qarşısında heç olsa da Allah onu rəsmi şəkildə ziyafətə dəvət edir.
Həzrət Peyğəmbərin (s) şəban xütbəsində deyilir ki, insan bu ziyafətdə adi qonaq deyil, onun böyük hörməti var. Həzrət bu ziyafəti vəsf edərkən buyurur ki, bu ziyafətdə insanın nəfəs çəkməsi Allaha təsbihdir, yuxusu ibadətdir, əməlləri və duası qəbuldur.
Bu ayda bir ayə oxumaq bütün Quranı oxumaq kimidir. Çox insanlar ölümdən sonra həsrət çəkib deyərlər: Mən qafil oldum, bu fövqəladə fürsəti asanlıqla əldən çıxardım. İnsan qəflət yuxusundan oyananda artıq gec olur.
Allah-Taala müsəlmanların ziyafətinə hörmət göstərərək şeytanı zəncirləmişdir. Yer üzündə bir dənə olsun şeytan yoxdur. Bu ayda günaha batan özü təqsirkardır. Belələri çox təhlükəlidir və dünyanı viran qoyur.
Allah-Taala öz lütfü ilə bizi bu ziyafətdən bəhrələndirib. Rəvayətdə deyilib ki, ramazan ayında gündüz bir az yatmaq müstəhəbdir. Peyğəmbər (s) buyurur ki, Allah-Taala oruc insanı yatdığı zaman yedirib-içirər. Bu ilahi ziyafətin fəzilətlərindən nə qədər danışsaq azdır. Əgər yuxuda olanda belə lütf varsa, görün oyaq vaxtda hansı lütflər var!

Ramazan ayında vəsvəsə qapıları bağlıdır

Allah-Taala insanların ramazanda çətinliksiz oruc tutması üçün bütün maneələri aradan qaldırıb. Əsas maneə şeytandır. Allah bu ayda şeytanları zəncirləyib. Şeytanın səhnədən çıxması ilə yer üzünə mənəvi fəza hakim olub. Mərhum böyük Qazi deyir: “Ramazan ayının başlamasını bilmək üçün aya baxmağa ehtiyacım olmur. Aləmi bürüyən mənəvi fəzadan hiss edirəm ki, ramazan başlayıb.” Bu, insanın soyuq və isti havanın otağa daxil olmasını hiss etməsi kimidir.
Allah ramazan ayında bütün vəsvəsə qapılarını bağlayıb. Rəhmət qapıları isə bütünlüklə açıqdır. (Kafi, c. 4, səh. 67) Bu ayda ərşin, behiştin qapıları açıqdır, cəhənnəmin qapıları bağlı.

Əvvəl paklanma, sonra ziyafət

Adət deyil ki, ev sahibi qonağı paklasın. Amma Allah ramazanın birinci gecəsi öz bəndələrini paklayıb ziyafət süfrəsinə oturdar. Həzrət Peyğəmbər (s) buyurur: “Allah ramazan ayında ümmətimə heç bir ümmətə vermədiyi 5 şey verib.” (Biharul-Ənvar, c. 96, səh. 367) Allah-Taala ramazanın birinci gecəsi öz bəndələrinə rəhmət gözü ilə baxar. Özümüzü elə hazırlamalıyıq ki, Allahın nəzərinə layiq olaq.
Ramazanın bütün gecələri Allahın rəhmət qapıları açıqdır. Amma 1-ci gecədə Allahın öz bəndəsinə nəzəri başqadır. Həmin gecə insanın duası qəbul olar. Bu ayda oruc tutanlar 19 saat ac-susuz qalacaq. Onların bütün istəkləri yerinə yetəcək. Bu tövfiq yalnız Allahın məsləhət bildiyi insanlara nəsib olur. Əgər bir adam üzürsüz olaraq oruc tutmursa səbəbi Allahın istəməməsidir. Burada hikmət var.
Həzrət İsa Allahın izni ilə ölüləri diriltmək gücünə malik idi. O öz anasını bir neçə anlıq dirildib soruşdu: “Ey ana, dünyaya qayıtmaq istəyirsən?” Anası cavab verdi: “Bəli.” Həzrət İsa soruşdu: “Sən Allahın ziyafətində ikən nə üçün dünyaya qayıtmaq istəyirsən?” Anası cavab verdi: “Qayıtmaq istəyirəm ki, uzun qış gecələri namaz qılım, uzun yay gündüzləri oruc tutum.”

İnsan ac olanda Allaha yaxın olur

Rəvayətə görə ac insan başqa vaxtlardakından daha asanlıqla Allaha yaxınlaşır. Allah-Taala Peyğəmbərə (s) buyurur: “Ey kaş aclıq, sükut və xəlvətin ləzzətini dadasan.” Daha mühümü bu 3 şeyin təsirlərini görməkdir. Ayədə sükut təbiri işlənsə də, bu sükut başqa mənadadır. Möminin sükutu onun Allahla söhbətidir. Şairin təbirincə, məni elə məst et ki, özümdən xəbərsiz, kimin gəlib getdiyini bilməyim...
Peyğəmbər (ə) ərz edir: “Pərvərdigara, aclığın faydası nədir ki, mənim onu dadmağımı istəyirsən?” Allah-Taala buyurur: “Hikmət, qəlbin hifzi və mənə yaxınlaşma!”
Feyz Kaşani Əl-Muhəccətul-Bəyza kitabında yazır: Həzrət Peyğəmbər (s) Usaməyə buyurdu: “Xoş halına oruc halda ölən insanın! Bu halda ölən insan peyğəmbərlərlə yoldaş olar, mələk onun ruhunun gəlişindən şadlanar, Allah ona salam söylər.” Peyğəmbər (s) özü oruc halda dünyadan getdi. Pak halda axirət dünyasına qədəm qoydu.

İkinci xütbə



اعوذ بالله من الشیطان الرجیم

بسم الله الرحمن الرحیم




Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. İnsan həmişə öz təqva halını qorumalıdır. Çünki öz gələcəyindən xəbərsizdir. Şair deyir ki, Allahdan başqa kimsə sabah nə baş verəcəyini bilmir.
Kiçik bir hadisə ilə insanın ömrü başa çata bilər. Allaha qarşı çıxmaq axmaqlıqdır. Allahın razılığını əldən çıxaran böyük zərərə düşüb. Allahın narazılığından yaranan peşmançılıq vəsfə gəlməz. Şairin təbirincə, zəif külək ömür günləri dəftərini vərəqləyib başa vurar.
İmam Hüseyn (ə) Ous qəsrinin qarşısından keçirdi. Qəsrin sahibi barədə soruşdu. Dedilər ki, bu qəsr Ousun qəsridir. Həzrət buyurdu: “O şəxs axirətdə arzu edir ki, bu qəsr yerinə bir çörəyi olaydı.” İnsan öz ömrünü boş yerə xərcləməməlidir. Əgər zamanı puça çıxarsanız zaman da sizi puça çıxarar.

Ədalətli hökm bir il yağışdan bərəkətlidir

7 tir, ali məhkəmə həftəsi ərəfəsindəyik. Allah-Taala cəmiyyətimizin həyatını bu təşkilatın ixtiyarına verib. Hakimin qələmi yer-göyə təsirlidir. Hakim ədalətsiz hökm çıxaranda yağış kəsilər torpaq bərəkətdən düşər. Amma həzrət Peyğəmbər (s) buyurur ki, ədalətli hökm bir il yağışdan bərəkətlidir.
Ədalət, düşmənçiliklərin həlli, məhkəmənin mötəbərliyi xalqın əsas istəklərindəndir. Allahdan diləyirik ki, millətimizə ideal bir məhkəmə sistemi nəsib etsin.
Hüquqların yerinə yetirilməsinə diqqətli olun. Bütün səmavi kitablar hüquqların bərpası üçün nazil olub. (Ənfal, 7)
7 tir hadisəsi böyük faciədir. Həmin gün 72 tanınmış şəxsiyyət şəhadətə çatıb. Bu ağır bir xatirədir. İranda terrora məruza qalanların sayı çoxdur. Münafiqlər tərəfindən 17000 insan terror edilib. Ali məhkəmənin sədri, parlament nümayəndəsi, nazir, prezident, baş nazir, mehrab şəhidləri, 900 şagird, minlərlə tacir, 200 ruhani, fəhlələr, tələbələr, əkinçilər bu şəhidlər sırasındadır.
Avropa Parlamenti və ABŞ konqresi münafiqlər təşkilatını terrorçular siyahısından çıxardı, onları rəsmən tanıdı. Beynəlxalq təşkilatlar onları himayə etdi. Aydın olur ki, bu qüvvələrin terrorla mübarizə şüarı şəxsi və çirkin mənafelərə çatmaq üçündür.

Quranın şərəfi onun nazil olması ilədir

Mübarək ramazan ayında Quran nazil olub. Bu aya dəyər verən oruc yox, Quranın nazil olmasıdır. Oruc tutmağımız bu ayda Quranın nazil olması ilə bağlıdır. Allah buyurur ki, bu ayda oruc tutun. Bəli, ramazanı fəzilətli edən Quranın nazil olmasıdır. Müstəhəbdir ki, Quran oxumaqla ramazanı qarşılayaq. Bu ayda Quran oxumağın fəziləti böyükdür. Bir ayə oxumaq bütün Quranı oxumağa bərabərdir.
Bəzi şəhərlərdə camaat məscidə toplanır, hər gecə bir cüz Quran oxuyur. Təəssüf ki, şəhərimizdə belə ənənə yoxdur.
Həzrət Peyğəmbər (s) buyurur ki, ümmətim üçün Allahın kitabı və Əhli-Beytimi əmanət qoyuram. Təkcə Quranı dəyərli saysaq və Əhli-Beyti unutsaq heç bir qazancımız olmaz. Eləcə də Əhli-Beytə bağlanıb Qurana diqqətsizlik göstərsək heç nə qazanmarıq. Əgər məhərrəm ayında məscidlərimiz dolursa ramazanda da Quran məclisləri qurmalıyıq.

Məhəllə əhli hər gecə bir cüz Quran oxusun!

Qarşıya məqsəd qoymuşuq ki, bu ramazan ayı bir ənənənin bünövrəsini qoyaq. Şəhərimizdə hər məhəllənin əhalisi məhəllə məscidinə toplanıb bir cüzv Quran oxusun. Sonra hərə öz işinin dalınca getsin. Məscid fəalları bu proqramın icrası üçün təşkilatçı təyin etməlidir.

Narkotikadan qazanc murdardır!

5 tir narkotika ilə mübarizə günü idi. Narkotika ailə institutu üçün böyük təhlükədir. Narkotik maddələr imperializmin əlində vasitəyə çevrilib. Onlar bu yolla millətləri köləyə çevirirlər. Nakotikaya aludə xalq vətənini, mədəniyyətini, dinini müdafiə etmək gücündə deyil.

Narkotikaya aludə insan nəinki ailəsini idarə edə bilmir. Öz işlərini görməkdə acizdir. Bu problemin aradan qalxması üçün milli iradə ortaya qoyulmalıdır. Şəriət hər kəsə vacib edib ki, narkotika alış-verişindən xəbərdar adam bu barədə lazımi orqanlara məlumat versin. Bu işi görməyən adam həmin günaha şərikdir və qiyamətdə cavab verəsidir. Həyat yoldaşı narkotika alveri edən xanımlar bilməlidirlər ki, bu alverdən gələn qazanc haramdır və onunla övlad tərbiyə etmək olmaz. Bu pis işin qarşısını almaq qədr gecəsi və başqa vaxtlarda ibadətdən böyük savaba malikdir. Ramazan ayı və qədr gecəsinin əzəməti böyükdür. Amma əmr be məruf və nəhy əz münkərlə müqayisədə okean qarşısında damla kimidir.

Yaxın Şərqin parçalanma təhlükəsi

İraqda türk tayfa başçıları ölkədəki böhrandan istifadə edib müstəqillik iddiası ilə meydana giriblər. Bizə məlumdur ki, MOSSAD-ın təlimatçıları neçə aydır kürdlər arasında fəaliyyət göstərir. Dövlətimiz bu məsələyə ciddi yanaşmalıdır. Təəssüf ki, Türkiyə dövləti məsələnin mahiyyətini anlamayıb İŞİD-i himayə etməklə öz zərərinə addım atdı. Türkiyə dövləti İraq dövlətinə təzyiq göstərməklə müstəqillik iddiasına düşmüş kürdlərə yardım göstərmiş oldu.
Əlimizdə olan mötəbər sənədlərə əsasən müstəqillik elan etmiş kürdlər İsrailə tabe olacaq. İsrail xarici işlər naziri deyib ki, parçalanmaqda olan İraqda müstəqil dövlət qurmaq istəyən kürdləri rəsmən biz birinci tanıyacağıq.
Amerika elan edib ki, bu əsrin sonuna qədər BMT-yə 300 yeni ölkə qoşulacaq. Onlar bu fikirdədir ki, hər tayfanı bir dövlətə çevirsinlər. Məqsəd tayfaların hüquqlarını müdafiə etmək yox, dünyanın böyük ölkələrini parçalayıb təsir altına salmaqdır. Kiçik dövlət öz milli hökumətini hifz edə bilmir, nəticədə böyük ölkənin qanadı altına girir. İraq Kürdistanının müstəqilliyi İŞİD-dən təhlükəli mövzudur.
Parçalanma təhlükəsi bütün Yaxın Şərqi hədələyir. Amerika, Avropa, İsrail və mürtəce ərəb ölkələri İraqı parçalamaq fikrindədir. İŞİD bu məqsədlə ortaya atılıb. Bu həm də İranı zəiflətmək məqsədi daşıyır. Düşmən məqsədə çatmaq üçün makiyavelistcəsinə çalışır və günahsız insanların qanını axıtmaqdan çəkinmir.
İsrail hökuməti iki kabinetdən ibarətdir. Böyük kabinet və kiçik kabinet. Stratejiyönlü nazirliklər kiçik kabinetdə toplanır. Bu kabinet qarşıya iki məqsəd qoyub: Rəqibi öz qardaşının əli ilə məhv etmək və Yaxın Şərqi zəif kiçik dövlətlərə parçalamaq.
Biz bu təhlükənin sovuşması üçün çox dua etməliyik. Təhlükə yaradan əsas məsələ imamət yolunun gedilməməsi, mərcə alimlərin ümmət arasında olmamasıdır. Belə bir şəraitdə yerindən qalxan şəxs hökm verir. İŞİD, DAMES, Ən-Nüsrə, Taliban, Əl-Qaidə və minlərlə başqa qrup dinin yanlış təfsirindən qaynaqlanır.

Ramazanla bağlı bir neçə tövsiyə

Ramazandan bəhrələnməyin qaydaları var. Birincisi qəsb olunmuş haqqı qaytarmaq lazımdır. Haram mal duaya 40 gün mane olur. Nəticədə tutulan oruclar, qədr gecəsi Quranı başa qaldırmaq fayda vermir. İnsan şəban ayında sədəqə verməklə, qəsb olunmuş haqqı qaytarmaqla haramın təsirindən çıxmalıdır. Rəvayətə görə şəbanda sədəqə verən insan sədəqəsini qat-qat artıq şəkildə qiyamətdə geri alar. Sədəqənin şəbanda verilməsi tövsiyəsi ramazan süfrəsinə pak halda getməkdir. Sədəqə və haqqın qaytarılması insanın həyatında haramın təsirlərini uzaqlaşdırır, ramazan əməlləri təsirli olur. İkinci iş pis əməllərə tövbə edilməsidir. İlk gündə tövbə qüslü verilməlidir. İnsan ramazandan qabaq çirkin əməllər və pis əxlaqa tövbə etməlidir. Allah-Taala həzrət Adəmə buyurdu ki, xəta etsən mənim civarımda qala bilməyəcəksən. Tacirlərə tövsiyəmiz budur ki, ramazan ayında müştərilərə Allahın qonaqları kimi baxsınlar. Ramazana qədər yoxsul yaşayanlar həmin yoxsulluq içində oruc tuta bilməz.
Oruc tutanlar ramazan ayı kimi ilahi şüarlardandır. Onları alçaltmaq olmaz. Peyğəmbər (s) buyurur ki, hətta bir gecə qiyməti qaldıran şəxsin 40 illik əməlləri batil olacaq. Xalqa tövsiyəmiz budur ki, ramazan ayının qədrini bilsinlər, vaxtı boş yerə tələf etməsinlər. Hamı bu fürsətdən ən gözəl şəkildə faydalanmalıdır. Ramazan əziz aydır. Onu hörmətdən salmaq olmaz. Bu müqəddəs ay qiyamət günü ona hörmətsizlik edənləri hörmətdən salar, onlara düşmən olar. Peyğəmbər (s) buyurur ki, ramazanın düşmən olduğu adamlardan uzağam. Həzrət Məhəmməd (s) ədəb və mərhəmət peyğəmbəridir. Allah ondan bəzi məqamlarda sərtlik istəyir. Bütün vücudu ilə sevgi və mərhəmət ağuşu olan Peyğəmbər (s) ramazan ayının hörmətini gözləməyənləri lənətləyir, Cəbrail amin deyir.
Allahdan istəyimiz budur ki, bizi nemət və ağıl məstliyindən hifz etsin.

nur-az.com


1981 بازدید
در حال ارسال اطلاعات...