Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2014

Şiə etiqadları Qurana ziddirmi?!

Bəzi qərəzli vəhhabilərin iftirasına görə, Şiə etiqadları Qurana zidd olduğundan bu firqənin alimləri Quranın təhrif olunduğunu düşünürlər. Sözügedən alimlərin belə bir düşüncədə olmadığı haqda danışmağa lüzum yoxdur. Buna dair onlarla kitab yazılmış, yalan və iftiralar lazımınca cavablandırılmışdır. Lakin bu iftiranın birinci hissəsi diqqətimizi çəkdi. Gəlin görək şiə etiqadları Qurana ziddirmi ki, kimsə buna görə Quranın təhrif olunduğunu söyləməyə ehtiyac duysun.
Əvvəla, Əhli-beyt yoluna nifrətdən gözləri tutulan, beyinləri quruyan adamlar əgər həqiqətən din alimidirlərsə, bilmiş olmalıdırlar ki, Quranın təhrif olunduğunu düşünən bir neçə əxbari alimi də ona əlavələr edildiyini qətiyyətlə rədd edirlər. Bu baxımdan, bütün şiə və sünni alimləri mövcud Quranın Allah kəlamı olduğunu düşünürlər və hər hansı inanca uyğun olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Halbuki Şiə etiqadları hər hansı Quran ayəsinə zidd olsaydı, həmin ayələrin sonradan əlavə olunduğunu söyləməli idilər ki, belə bir söz söyləyən yoxdur.
Digər tərəfdən, şiə alimləri mövcud Qurana yüzlərlə təfsir, ümumilikdə Quran elmlərinə dair isə beş min kitab yazmış və öz etiqadlarına zidd olan heç bir ayə ilə rastlaşmamışlar. Şiə alimləri təvəssül, təbərrük, şəfaət, imamət, ismət, Allahdan qeyrisinə and içməyin haram və küfr olmaması və digər etiqadlarını əsasən Quranla isbat edir və bunda heç bir çətinlik çəkmirlər. Şiə bəlkə də yeganə mühüm firqədir ki, inanclarının böyük əksəriyyətini və çoxlu hüquqi məsələlərini Qurana və qeyri-şiə mənbələrinə əsasən sübuta yetirir. Bu baxımdan, öz etiqadi əsaslarına nəinki şübhə etmir, hətta oyunu meydançanın rəqibə aid hissəsində aparır.
Şiəlik sələfilik kimi sonradan peyda olmuş, hər bir firqə və məzhəb imamından bir şey götürərək aqressivləşdirmiş süni bir cərəyan olsaydı, etiqadlarını isbatlamağa çətinlik çəkərdi. Lakin o, Peyğəmbərin dövründə bəlli xətləri ilə seçilmiş, Allah rəsulunun ən yaxın adamı olmuş Əliyə və digər Əhli-beytə bağlı bir firqədir, etiqadlarını da Qurandan, Peyğəmbər sünnəsindən və mübahisəli məqamlarda Əhli-beytin açıqlamalarından alır. Şiə etiqadları Qurana zidd olsaydı, nə vəhhabilər bitib-tükənməyən neft pulları və dünyanın ən güclü dövlətlərinin siyasi dəstəyilə ona qarşı bu qədər dəridən-qabıqdan çıxar, nə də bu qədər vəhhabi alimi şiə olardı. Şiə etiqadları Qurana zidd olsaydı, İbn Teymiyyə Şiə mütəkəllimi Əllamə Hillinin bircildlik “Minhac əl-kəramə” kitabını səkkiz cildlə tənqid etməyə çalışmaz, çətinə düşəndə də təhqirə keçməzdi. Görünür Hillinin dəlilləri o qədər də zəif, yaxud vəhhabilərin dediyi kimi, Qurana zidd olmayıb!

Nur-az.com


1454 بازدید
در حال ارسال اطلاعات...