Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Ana özü və uşaqlarını binadan atmaq istəyib

Bakıda intihara cəhd olub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) APA-ya bildirilib ki, saat 14:19-da 112 Xidmətindən Binəqədi rayonu Gənclər yaşayış massivi ərazisində yeni inşa edilən çoxmərtəbəli binada intihara cəhd hadisəsinin baş verməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, XRXX-nin tibb və psixoloji şöbəsinin əməkdaşları, intihar qrupunun qadın xilasediciləri, 2 mobil qrup və Yasamal rayonu üzrə xilasedicilər hadisə yerinə çıxıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Şirinova Dilarə Şahmalı qızı, 1980-ci il təvəllüdlü Şirinova Elnarə Şahmalı qızı və sonuncunun uşaqları, 1998-ci il təvəllüdlü Nazpəri və 2002-ci il təvəllüdlü Vüsal sosial səbəblərdən intihar etmək məqsədi ilə