Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Tövbə deməklə günahlar yuyulur?

İslam təlimlərində böyük günahlardan biri Allahın mərhəmətindən ümidi üzməkdir. Allah-Taala günahlarına görə peşman olmuş insan üçün tövbə qapıları açıb. Həzrət Əli (ə) buyurur: “Günahı tərk etmək tövbədən asandır.” İmamın buyuruğundan aydın olur ki, tövbə bəzilərinin başa düşdüyü kimi dildə “əstəğfirullah” demək deyil. Tövbə insanın bütün vücudu ilə Allaha doğru qayıdışıdır. Günahlarına görə peşman olmuş insan bir daha günaha qayıtmamaq qərarına gəlir. Bununla iş bitirmi? Əgər bir şəxs namaz və oruc kimi ibadətləri yerinə yetirməyibsə gücü həddində onların qəzasını yerinə yetirməlidir. Belə ibadətlər Allahın haqqıdır və Allah istəsə öz haqqını bağışlaya bilər. Amma başqa bir haqq da var. Bu xalqın, cəmiyyətin, yaxınların, himayədə olanların tapdanmış haqqıdır. Qurani-