Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Qədr gecəsi itrət və vilayət gecəsi

“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” Bir gecə min otuz gündən, min aydan daha mühümdür. Nə üçün bir gecəyə bu qədər fəzilət vermişlər? Çünki Allahın bərəkəti bu ayda çoxdur. Bu ayda mələklərin nazil olması çoxdur. Bu gecə salam gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” ("Qədr", 5) Bu gecənin əvvəlindən sonunadək bütün anları ilahi salamdır. “Rəhimli Rəbdən (onlara) “salam” deyiləcəkdir.” ("Yasin", 58)
Allahın rəhmət və fəziləti bəndələrinə nazil olur. Qədr gecəsi vilayət gecəsidir. Həm Quranın nazil olduğu gecədir, həm mələklərin İmam Zamana (əc.) nazil olduğu gecədir, həm Quran gecəsi, həm də Əhli-beyt (ə) gecəsidir. Həm Quran gecəsi, həm itrət gecəsidir. Buna görə mübarək "Qədr" surəsi də vilayət surəsidir.
Qədr gecəsinin çox dəyəri var. Bütün ramazan ayı, gecələri və gündüzləri ülvidir. Əlbəttə, Qədr gecəsi ramazan ayının gündüzlərinə və gecələri ilə müqayisədə çox fərqlidir. Amma ramazan ayının gecələri və gündüzləri ilin digər gecə və gündüzlərinə nisbətdə çox fərqlidir.

İlin ən yaxşı gecələri

Ən yaxşı fürsət ilin bəzi günləridir. Mübarək ramazan ayı da bu qəbildəndir. Ramazan ayı arasında isə Qədr gecəsidir.
Qədr gecəsi bu üç gecənin (ramazan ayının on doqquzuncu, iyirmi birinci və ya iyirmi üçüncü gecəsi) arasındadır. Mərhum Mühəddis Quminin nəql etdiyi bir rəvayətə görə, soruşuldu: "Bu üç gecənin - və ya iki gecənin, yəni iyirmi bir və iyirmi üçüncü gecənin - hansı Qədr gecəsidir?" Cavabında buyurdu: "İnsanın iki gecəni - və ya üç gecəni - Qədr gecəsi hesab etməsi nə qədər asandır". Üç gecənin arasında şübhəli olmasının nə əhəmiyyəti var? Üç gecə nə qədərdir ki? Elə insanlar olmuşdur ki, bütün ramazan ayını əvvəldən axıradək Qədr gecəsi hesab etmişlər və Qədr gecəsinin əməllərini həyata keçirmişlər. (Bu gecələrin) Qədrini bilin.

Qədr gecəsi min aydan daha yaxşıdır

Ramazan ayının da qədrini bilin, Qədr gecəsinin də qədrini bilin. İyirmi üçüncü gecə çox mühümdür. Əlbəttə, iyirmi üçüncü gecənin Qədr gecəsi ilə nə əlaqəsi olması haqqında bir neçə fikir var. Bəziləri deyirlər ki, bu üç gecədən biri Qədr gecəsidir. İyirmi üçüncü gecə olması ehtimalı daha çoxdur. Sonra iyirmi birinci, sonra isə on doqquzuncu gecə ehtimal olunur. Demək, Qədr gecəsi bu üç gecədən biridir. Şam namazının əvvəlindən sübh azanına qədər Qədr gecəsidir. Onda bütün xüsusiyyətlər var: Mələklərin nazil olması, ilahi salam, duaların qəbul olması, min aydan daha yaxşı olmaq və s.
Bəzilərinin qənaətincə, bu üç gecə birlikdə Qədr gecəsidir. Yəni on doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü gecələr Qədr gecələridir. Amma bu üç gecənin hər birində ilahi lütf bir növ təcəlla edir. Bu üç gecənin hər biri ilahi ziyafət və lütf süfrəsini canlı və ayıq könüllər üçün bir şəkildə açır. On doqquzuncu gecədə hacətlər, ruzi və insanın müqəddəratı yazılır. İyirmi birinci gecədə təkid olunur, iyirmi üçüncü gecədə isə imza olunur. Yəni insan müqəddəratı bu üç gecədə qərara alınır. Siz diqqət və dua ilə öz müqəddəratınız üçün zəmin yarada bilərsiniz.

Qədr gecəsinin qədri

“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” ("Qədr", 3) cümləsindən başa düşmək olur ki, ilahi dəyər baxımından bir gecə min aya bərabərdir. Mübarək ramazan ayı günlərində oxuduğumuz dualarda ramazan ayının dörd xüsusiyyəti qeyd olunur: Biri bu ayın digər aylardan daha fəzilətli, əzəmətli olması, digəri orucun vacibliyi, o biri Quranın nazil olması, nəhayət, Qədr gecəsinin bu aya təsadüf etməsidir. Bu duada Qədr gecəsi ramazan ayına dəyər vermək üçün Qurana bərabər tutulmuşdur. Buna görə də Qədr gecəsini qənimət saymaq lazımdır.

Ayətullah Seyid Əli Xamenei

Nur-az.com


1381 بازدید
در حال ارسال اطلاعات...