Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2014

QÜDS GÜNÜ (oxucu harayı)

BAĞIŞLAYAN VƏ MEHİİBAN ALLAHIN ADI İLƏ

Əldə etdiyimiz mötəbər rəvayyətlərə əsasən deyə bilərik ki, Qədr gecəsi mübarək Ramazan ayının son ongünlüyünə daxildir. Qədr gecəsi elə bir gecədir ki, onu diri saxlamaq ilahi ənənədir və onun qiyməti münafiqin yaşadığı min aydan üstündür. Xəlayiqin müqəddəratı o gecədə müəyyənləşir. Həmin gecədə ehya saxlayanların niyyətləri xalisləşsə, insan, öz azadlığının yalnız Allaha səmimi bəndəçilikdə olduqunu görər və həyatının başlıca həqiqətini anlamış olar.

Azadlıq insanın fitri və ən dəyərli istəklərindən birisidir ki, onu necə əldə etməyi bilmək insan üçün son dərəcə zəruridir.

İnsan bunu öyrənərsə, Allahu-Təalanın hökmləri qarşısında müti olmaqla, übudiyyət məqamına yetişib İlahi vilayət düsturunu canlandırmış olar; bununla da vilayət öz ruhuna, canına, cövhərinə ‒ qeybdən ümməti yönləndirən Zəmanə İmamına (əc) qovuşar.

Zamanın İmamı (Allah Onun zühurunu tələsdirsin) yer üzündə ilahi ədaləti bərqərar edib, bəşəri səadətə (mütləq azadlığa) çatdırmaqla, insanlar isə vilayətə bağlanmaqla mükəlləfdirlər.

Tarixi rəvayyətlərdən məlum olur ki, İmamın (ə) qeybə çəkilməsi insanların vilayətdən üz çevirərək itaətdən çıxmalarına görə baş vermişdir. Mövzuya məntiqi qaydada nəzər saldıqda belə anlaşılır ki, İmamın (ə) zühuru insanların vilayətə bağlanması ilə gerçəkləşə bilər.

Zamanın İmamı gözlərdən qeybdə olduğu müddət ərzində vilayətə bağlanmaq vilayət üsul-idarəsinin başında duran alim və əməli saleh fəqihə beyət edib ona itaət göstərməklə mümkün ola bilir.

İnsanlar bu mühüm əməli həyata keçirmək üçün (dünyanın müxtəlif bölgələrində) Xaliqin və məxluqun Vəlisi olan Fəqihi təmsil edən naib və müvvəkillərə müraciət edərək vəzfələrini müəyyənləşdirməlidirlər.

Vilayətə bağlanıb vəzifələrimizi müəyənləşdirmədikcə dünya evimizdəki (daşlanmış şeytana bağlı) istikbarçı güclərin zülmü hər yanı bürüyəcək.

Bu müstəkbirlərin batil inancına görə zülmün şiddəti son həddə çatdıqda, guya qeyb aləmindən bir xilaskar zühur edib, Qüds şəhərində Süleyman peyğəmbərin (ə.s.) taxt-tacına sahib çıxacaq və bütün dünya xalqlarını ram edərək onların taleini guyə seçilmiş olan bir qövmün ixtiyarına qoyacaq. ...Bu qövm də bütün insanlar üzərində qiyamət gününə qədər istədiyi kimi hökmranlıq edəcək!!

Heç şübhəsiz ki, insanlığın şərəf və ləyaqətini, dünya evinin əmin-amanlğını qorumaq üçün insanlığa sığmayan bu cür çirkin cəfəng nəzəriyyələr naminə ‒ insanların qanını tökən, namusuna təcavüz edən, malını-mülkünü və torpaqlarını qəsb edən canilərin ‒ zülm əli kəsilməlidir!

Məhz mərhum İmam Xomeyni (r) bu səbəbdən mübarək ramazan ayının son cümə gününü Qüdsün ilahi təqdirlə azadlığa qovuşması üçün “Qüds günü” elan etdi. Xüsusilə müsəlmanlar, bu günün əhəmiyyətini bilməlidirlər ki, qəflətdən ayılıb yer üzündə fəsad törədənlərin bu məkrindən agah olsunlar.

Qüds gününü bütün müstəzəflərin zülmə müqavimət göstərmə günüdür. Bütün dünya müstəzəfləri bu gündə bir araya gəlib zülmkar və təcavüzkarların qarşısında əzm ilə dayanaraq zalimə aman verməməlidirlər.

Qüds günü səfərbərlik günüdür, Qüds günü həyat və dirilik, zülmün və zorun batilə dönməsi günüdür!

Şeytana azqıncasına bəndə olanlar bilməlidirlər ki, Allahın bəndələri məğlub edilməzdir, Qüds gününün hədəfi belə bir mətləbi elan etməkdir!

Qüds günü ancaq Fələstin üçün deyil, bütün müstəzəflər üçün, ümmət üçündür!

Qüds günü bütün müstəzəfləri zülmkarların caynağından qurtaracağımız gündür!

Bu Allahın vədidir: ‒ «Yer üzünün əsil varisləri müstəzəflərdir».

Rəsul Əliyev


1194 بازدید
در حال ارسال اطلاعات...