Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2014

25 iyul Ümumdünya Qüds günüdür

Dünya müsəlmanları iyulun 25-də Ümumdünya Qüds günü mərasimində iştirak edərək bir daha məzlum Fələstin xalqına dəstək verdiklərini nümayiş etdirəcəklər. İİR-in banisi İmam Xomeyninin (r) təşəbbüsü olan Ümumdünya Qüds günü həmrəylik nümayişlərində milyonlarla insanın iştirakı dünya miqyasında işğalçı Sionist rejimin qeyri-insani və vəhşi xislətini ifşa edir. İmam Xomeyninin (r) 1979-cu il avqust ayının əvvəllərində, ramazan ayının 13-də ramazan ayının son cüməsini Qüds günü təyin etməsi Sionist rejimə qarşı beynəlxalq etiraza yol açdı. Ümumdünya Qüds günündə bütün ilahi dinlərin tərəfdarları və dünyanın azadlıqsevər insanlarının məzlum Fələstin xalqına dəstək verməsi bu məzlum xalqın Sionist İsrail rejimi və onun tərəfdarları ilə mübarizəsini gücləndirdi. 1987-ci ildə 1-ci İntifazə qi