Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Allah kəlamının təsiri

Ərəb ədiblərindən olan Əsməi, 800 il bundan əvvəl ərəb dilində yazılmış “Təfsiri-Yusif” kitabından nəql edir: Bəsrədəydim, həcc mövsümü yaxınlaşdığından mən də həccə getmək istəyirdim. Amma həcc müsafirləri getmişdilər. Ona görə də Məkkəyə tək yola düşməli oldum. Bəsrə ilə Ərəbistan yolu arasında oğru ilə rastlaşdım. Oğru dedi: 
-Hər nə qədər pulun varsa ver!
Dedim:
-Baş üstə! Amma bir miqdarını mənim üçün saxla.
-Olmaz, gərək hamısını verəsən.
Mən də 400 dinar pulun hamısını ona verdim. Sonra üzünü mənə tutub dedi:
-Sən kimsən?
-Bağdaddanam.
-Hardan gəlirsən?
-Bəsrədən.
-Bəsrənin harasından?
-Öz evimdən.
-Hara gedirsən?
-Məkkəyə.
-Məkkə haradadır?
-Filan məntəqədə.
-Nə üçün gedirsən?
-Allahın evinə gedirəm.
- Məgər Allahın evi var?
Dedim:
-Bu ev sən fikirləşdiyin ev kimi deyil. Allahın evi möhtərəm bir evdir, Onun müqəddəs vücuduna bağlıdır.

Soruşdu:
-Allahın evinə nə etmək üçün gedirsən?
-Gedirəm və Allahın sözlərini oxuyuram.
- Məgər Allahın sözü var?
-Bəli.
-De görüm Allahın sözlərindən yadında qalanı var?
- Bəli.
Öz-özümə fikirləşdim ki, camaatın pullarını oğurlayana Quranın hansı surəsini oxuyum? Dedim ki, əyləş sənin üçün oxuyum. Mübarək Zariyat surəsini oxumağa başladım. Bu oğru ərəb idi və mənim nə oxuduğumu başa düşürdü. Zariyat surəsinin 22-ci ayəsinə çatdım.

“وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ”

“Göydə də ruzinin və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).”

Yəni, sizin halal yaşayışınız üçün ruzini Mən təyin etmişəm və siz işləməklə onu əldə edə bilərsiniz. Bu ayəni oxuyan kimi oğrunun bədəni əsməyə başladı. Fikrə getdi və düşündü: Bu bir həqiqətdir, ruzini həmişə Allah yetirib. Nemətlərlə dolu süfrə açılmışdı. İndi mən bu çöllükdə digərlərinin süfrəsini necə boşaldım…
Sonra dedi:
-Məni də özünlə bu səfərə apar! Xərcimi özüm ödəyəcəyəm.
Razılaşdım və birlikdə yola düşdük. Bir yerə çatdıq ki, ehram libası geyməli idik. Düzü heç kimdə onun ruhiyyəsi yox idi. Ehramdan sonra onu itirdim. Bir ildən sonra Bağdaddan yaxşı bir karvanla Məkkəyə gəldim. Təməttö ümrəsi yerinə yetirdim. Əməlləri yerinə yetirdikdən sonra yenidən ehram geyindim. Təməttö həccini yerinə yetirmək üçün əvvəl Ərəfata getdim. Gecə Məhşər və Minaya, sonra da Məkkəyə qayıtdım. Məkkə əməllərini qurtarıb müstəhəb təvaf etmək istəyirdim ki, kimsə çiynimə vurdu və dedi:
-Məni tanıyırsan?
Nə qədər üzünə baxdımsa tanıya bilmədim. Dedim ki, yox. Çünki mən onu oğru görkəmində görmüşdüm. Oğru görkəmi ilə abid görkəmi çox fərqlidir. Dedi:
-Amma mən səni tanıyıram. Yadındadır, keçən il çöllükdə mənə Allahın sözlərindən oxudun? Mən keçən ildən indiyə kimi buradayam. İstəyirəm camaatdan oğurladığım pulları sahiblərini tapıb onlara qaytarım. O qədər işləyəcəm ki, hamının haqqını verib palklanım. De görüm Allahın sözlərindən yenə də bir şey bilirsən?
Dedim ki, bilirəm. Fikirləşdim ki, keçən il surəni hara kimi oxudum və hansı kəlmə ona təsir etdi?

“وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ”

“Göydə də ruzinin və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).”

Sonra bu ayəni onun üçün oxudum:

فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ

“Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.” (Zəriat, 23).

Bu ayəni eşitdikdən sona ürəyini tutub yıxıldı. Baxdım,ki, daha nəfəs almır. Dostlarımı çağırdım, onu götürüb hicri-İsmailə tərəf apardıq. Artıq o dünyasını dəyişmişdi.

Bu hal düşüncənin nəticəsidir, insanı cəhənnəmin yeddinci qatından behiştin səkkizinci qatına aparır.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1595 بازدید
در حال ارسال اطلاعات...