Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2014

"Onun həyatına görə qorxurdum..."

Ustad Ənsariyan:
Dünya şöhrətli pəhləvan Təxti Xaniabad uşaqlarından idi. Mən neçə il orada minbərə getmişəm. Təxti ailəsi ilə məscidə gələrdi. Mən də arabir zorxanaya  baş çəkərdim. Beləcə Təxti ilə yaxın olmuşduq.
Onun ölümü ilə bağlı müəyyən fikirlər var. Məsələn, bir gün bazara getmişdim, mədrəsə yoldaşımın atası cənab Şükuhinin dükanının qabağından keçirdim. Məni çaya dəvət etdi. O tanınmış seyid idi və çay satırdı. Təxtidən söz düşdü. Şükuhi dedi ki, Təxti burada olanda ona xəbərdarlıq etmişdim. Elə bir yol gedirdi ki, onun həyatına görə qorxurdum. Seyid Mahmud Taləqani ilə əlaqələri, milli cəbhənin üzvü olması, xalq arasında nüfuzu onun həyatı üçün təhlükə yaradırdı...
Mərhum Qulamrza Təxti xalq arasında böyük sevgi və nüfuza malik idi. Buyine-Zəhra məntəqəsində zəlzələ zamanı hökumət meydanda kömək toplamaq üçün çadır qurmuşdu. Amma camaat bu çadıra əhəmiyyət vermirdi. Təxti isə bazarın ortasında dayanıb, bir kəlmə deyirdi ki, camaat kömək edin. Təxtinin sözündən sonra camaat pulu sel kimi axıdırdı. Bir dəfə şəhər parkının yaxınlığındakı klubda məclis qurulmuşdu və şahın qardaşı Şahpur Qulamrza dəvət edilmişdi. O məclisə daxil olanda kimsə yerindən tərpənmədi. Onun ardınca Qulamrza Təxti daxil oldu. Bütün xalq ayağa qalxıb Təxtini alqışlayırdı. Bu hadisə Şahpur Qulamrzaya çox ağır gəldi. Bir müddət sonra Xaniabad məhəlləsində Təxtinin əza məclisi quruldu. Mərasim çox sakit keçirdi. Amma Pəhləvanın yeddisi günü İbn Babuyyədə inqilabçılar da daxil olmaqla insan əlindən tərpənməyə yer yox idi.

Ustad Ənsariyanın xatirələrindən

Nur-az.com