Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

Hacı Qasim Süleymanidən İsrailə mesaj

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı dünya imperializmi və beynəlxalq sionizmin Fələstində Müqavimət Hərəkatını tərksilah etmək planlarına cavab verib. Hacı Qasim Süleymani bildirib ki, Fələstində müqaviməti tərksilah etmək istəyi sərsəm yuxudur.
Məşriq agentliyi Əl-Məyadin şəbəkəsinə istinadən xəbər verir ki, nadir hallarda bəyanatla çıxış edən Qüds Qüvvələri komandanı general Qasim Süleymani İran İslam Cümhuriyyətinin Fələstində Müqaviməti himayə etdiyini bildirib.
Hacı Qasim Süleymani deyib: Qatillər və muzdurlar bilsinlər ki, biz bir an olsun belə Fələstində Müqavimətin və Fələstin xalqının müdafiəsindən əl çəkməyəcəyik... Dünya bilsin ki, Müqavimətin tərksilahı puç fikirdir və heç zaman reallaşmayacaq təxəyyüldür... Münasib vaxtda öz qəzəbimizi sionistlərin başına endirəcəyik... Salam olsun Əl-Qəssam (Həmasın hərbi qolu) dəstələrinə, Səraya Əl-Qüdsə (İslami Cihadın hərbi qolu), Əbu Əli Mustafa, Ən-Nasir Səlahəddin, Əl-Əqsa şəhidlərinə! Salam olsun təzyiqlər qarşısında geri çəkilməyən müqavimət döyüşçülərinə!

Hacı Qasim Süleymani Fələstindəki qətliamla bağlı təəssüfünü bildirərək deyib: Fələstindəki üzücü səhnələr qəlbimizi ağrıdır, köksümüzdə qüssə ilə yanaşı qəzəb hiss edirik... Bu gün Fələstində yaşamaqda olan insanlıq və İslamın müdafiəsi üçün silahla, qanla, kəramətlə mübarizəni düzgün sayıram... Allahın lənətinə gəlsin sionist rejimi himayə edən zalımlar! Siz fələstinlilərin əzabını, dərd-qəmini görüb qətliamınıza sükutu ilə razılıq verənləri lənətə gəlsin! Lənətə gəlsin insani yardım qapılarını üzünüzə bağlayanlar, sionistlərin cinayətlərinə şərik olanlar! Qüssə və acılarınızı görüb öz sükutu ilə məzlumcasına qətlinizə razılıq verənlər lənət gəlsin! Bütün dünya bilsin ki, Müqavimətin tərksilahı puç, batil bir manevrdir. Bu heç zaman həyata keçməyəcək fantaziyadır. Bu fikir təbir olunmayan yuxu, qəbirə aparılacaq arzudur. Biz Allah-Taalanın hüzurunda şəhidlərlə əhd-peyman bağlayırıq ki, sözümüz üstündə dayanacağıq, mövqeyimizi dəyişməyəcəyik. Bu günə qədər olduğu kimi Müqavimətin müdafiəsində dini vəzifəmizi yerinə yetirəcəyik. Müqavimətin qələbəsi, onun uğuru üçün fəaliyyətlərimizi davam etdirəcəyik. O zamana qədər ki, torpaq, su və səma sionistlər üçün cəhənnəmə çevrilsin. Muzdurlar bilsinlər ki, bir an olsun belə Müqavimət və Fələstin xalqının müdafiəsindən əl çəkməyəcəyik. Bu yolda tərəddüdümüz yoxdur, qərarımız qətidir.
Hamının yadına salıram ki, biz şəhadət aşiqləriyik. Fələstin, Qüds yolunda şəhadət hər bir şərəfli müsəlmanın arzusudur. Azad insanlar bu şəhadətlə fəxr edir. Ümmətimizin tarixindəki bu mühüm anda bütün qardaşlara tövsiyə edirəm ki, Fələstində insanlıq və İslamın müdafiəsində silahınızı, qanınızı, kəramətinizi göstərin. Düşməni sevindirən daxili çəkişmələri kənara qoyun. Fələstində vəhdət düşməni dəhşətə gətirir, bütün dünyada qəsbkarlar üçün əmin-aman nöqtə qalmır. Əziz Fələstin yolunda bütün mücahid, müqavimətli, şücaətli, səbirli qadın və kişilərə baş ucalığı, qələbə və ilahi yardım arzulayıram!

Quran, Bəqərə surəsi, ayə 191
واقتلوهم من حیث ثقفتموهم وأخرجوهم من حیث أخرجوکم

Quran, Tövbə surəsi, ayə 14
قاتلوهم یعدبهم الله بأیدیکم ویخزهم وینصرکم علیهم ویشف صدور قوم مؤمنین

Nur-az.com


1624 بازدید
در حال ارسال اطلاعات...