Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Bəhlulun məscidi

Bəhlul xeyriyyəçilərin məscid tikdiklərini görüb tez özünü çatdırıb soruşur: 
-Nə edirsiniz?
Cavab verirlər ki, məscid tikirik. Bəhlul soruşur ki, nə üçün? Cavab verirlər ki, Allahın razılığı üçün.

Bəhlul məscid tikənlərin səmimiyyətini yoxlamaq üçün sifariş verir ki, bir daş yonaraq üstünə “Bəhlulun məscidi” yazsınlar və həmin daşı məscidin qapısı üzərindən asdırır.

Məscid tikdirənlər məscidin qapısında “Bəhlulun məscidi” yazıldığını görüb narahat olurlar. Bəhlulu tapıb onu top-tüfəngə tutu